Azərbaycanlı
gənc Almaniyada mükafata layiq görülmüşdür
Yetişməkdə olan nəsil tükənməz güc
deməkdir. Cəmiyyətdə öz sözünü deməyi bacaran
fəal gənclərimiz çoxdur.
Dövlət gənclər siyasətinin uğurla
həyata keçirilməsinin nəticəsidir
ki, gənclərimizin beynəlxalq aləmdə öz
potensialını nümayiş etdirməsi üçün
münbit zəmin
yaradılmışdır.
Dünyagörüşü, intellektual
səviyyəsi, həyata baxışı ilə seçilən
gənc nəsil Azərbaycanın sabahıdır. Gəncliklə
qürur duyan, istedad və bacarığı, xüsusi
ifaçılıq qabiliyyəti ilə fərqlənən, yeniyetmə
yaşlarından Prezident təqaüdçüsü olan Toğrul Hüseynli də
belə gənclərdəndir. T.Hüseynli
1994-cü ildə Bakıda anadan olmuşdur. İlk öncə
o, görkəmli bəstəkar Oqtay Zülfüqarovun Uşaq Filarmoniyasının nəzdindəki "Aysel" uşaq
teatrının solisti
seçilmişdir. Bakı Musiqi Akademiyasının nəzdindəki pedaqoji hazırlıq kafedrasında təhsilə
başlamış, fortepiano
ifaçılığına
yiyələnmişdir. 9 yaşında o, Nazim Əliverdibəyov
adına gənc
ifaçıların 4-cü
ümumşəhər
müsabiqəsində birincilik əldə etmişdir.
Toğrulun beynəlxalq müsabiqələrdə
də müvəffəqiyyətləri az
olmamışdır. Belə ki,
2005-ci ildə Gürcüstanda
keçirilən
pianoçuların II beynəlxalq müsabiqəsində III yeri tutaraq bürünc medala layiq görülmüşdür.
2006-cı ildə Rauf Adıgözəlovun
rəhbərlik etdiyi Azərbaycan Dövlət
Simfonik Orkestri ilə filarmoniyada konsert vermişdir. 2008-ci ildə ulu
öndər Heydər Əliyevin anadan
olmasının 85 illik yubileyinə həsr
olunmuş gənc musiqiçilərin birinci respublika müsabiqəsinin
qalibi olmuşdur. Heydər
Əliyev Fondunun dəstəyi ilə Qəbələdə keçirilən Beynəlxalq musiqi
festivalında da uğur
qazanmışdır.
Gənc
ifaçı növbəti uğurunu isə Belarusda
keçirilən musiqi festivalında əldə
etmişdir. Böyük
bir musiqi bayramı
yaşandığını qeyd edən Toğrulun
sözlərinə görə, o, 4-cü
dəfədir ki, Belarusda
keçirilən belə bir möhtəşəm
musiqi festivalında iştirak
edir. Gənclər Akademiyasında olarkən
dünya şöhrətli musiqiçi və tanınmış sənətçilərlə
görüşmüş, onlardan həm ustad, həm
də fərdi dərslər almışdır. Bir həftə ərzində 2 konsert
verdiyini deyən Toğrul,
bunlardan birinin Musiqi
Akademiyasının böyük
zalında, digərinin
isə Belarus
Dövlət
Filarmoniyasında baş tutduğunu söylədi. Gənclər
Akademiyasının ilk konsertində ən
istedadlı musiqiçilər iştirak etmişdir. Final konsertində
isə Azərbaycanın təmsilçiləri daha çox fərqlənmişlər.
O,
2009-cu ilin noyabrında Azərbaycan
Dövlət Filarmoniyasında Prezident təqaüdçülərinin hesabat konsertində Verdi-List
Konsert parafrazasını uğurla
ifa etmişdir. 2009-cu ilin dekabrında
istedadlı gənc Beynəlxalq Uşaq
Olimpiadasına həsr olunmuş konsertdə maestro
Teymur Göyçayevin
dirijorluğu və Azərbaycan Dövlət Uşaq Simfonik Orkestrinin müşayiəti ilə T.Quliyevin
"Qaytağı" pyesini məharətlə
ifa etmişdir. 2009-cu ilin 8-14 dekabr tarixlərində
keçirilmiş M.Rostropoviç
adına Beynəlxalq musiqi
festivalı çərçivəsində
filarmoniyanın səhnəsində baş
tutmuş konsertdə T.Hüseynli yaddaqalan
ifaçılardan biri olmuşdur. O, 2009-cu ilin
martında F.Şopenin
200 illik yubileyi
münasibətilə
keçirilən festivalda Polşa pianoçusu S.Deya və
ölkəmizin bir sıra pianoçuları ilə eyni səhnəni paylaşaraq əsl istedad sahibi olduğunu bir daha sübut
etmişdir.
Gənc pianoçu Bülbül
adına Orta İxtisas Musiqi Məktəbini fərqlənmə attestatı ilə
bitirmişdir.
İstedadlı
gənc incəsənətdə nail olduğu bütün
müvəffəqiyyətlərə görə ölkə rəhbəri
İlham Əliyevə və Heydər Əliyev
Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevaya təşəkkürünü bildirir.
Hazırda
Toğrul Hüseynli Almaniyanın Köln
şəhərində konservatoriyada fortepiano
ifaçılığı üzrə təhsilini davam etdirir, II kursda oxuyur. Bu müddət
ərzində o, bir
sıra solo konsert
proqramları ilə çıxışlar etmişdir.
Almaniyada ən böyük uğuru isə 2012-ci ildə Frankfurt
şəhərində keçirilmiş
müsabiqədə mükafata layiq görülməsi olmuşdur.
Toğrul Hüseynli "Alman pianoçular" mükafatçısı
seçilərək Frankfurtun məşhur Alfe Oper konsert salonunda
da konsert proqramı ilə
çıxış etmişdir. Azərbaycanın Berlindəki səfirliyində 20 Yanvar faciəsinə
həsr olunmuş tədbirdə gənc pianoçu Avropa
tamaşaçılarını
heyrətləndirmişdir. Toğrul
Hüseynlinin Frankfurtdakı "Alman pianoçular"
mükafatına layiq görülməsi haqqında Londonda
"TEAS" jurnalında məqalə dərc olunmuşdur.
2013-cü ilin martında gənc
ifaçı Bakı Musiqi
Akademiyasında "Perlender. Romantik"
adlı solo konsert
proqramı ilə çıxış etmişdir.
Toğrul artıq peşəkar musiqiçi kimi özünü doğrultmaq
üçün
daha böyük
uğurlara imza atmaq əzmindədir.
Sifai SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 31 may.- S.8.