1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi
Günüdür
Ümumiyyətlə,
uşaqları görəndə hər bir
yaşlı insan, ata-ana,
valideyn sevinir. Çünki uşaqlar bizim sevincimizdir, həyatımızın
mənasıdır, uşaqlar bizim gələcəyimizdir. Uşaqlar
həyatımızı şənləndirən, bəzəyən,
gözəlləşdirən doğma
övladlarımızdır. Hər bir insan üçün dünyada uşaqdan istəkli bir şey ola bilməz.
Heydər ƏLİYEV
Uşaqlar
bizim sabahımızdır
1950-ci
il iyunun 1-də Birləşmiş
Millətlər Təşkilatının (BMT) Baş
Assambleyası tərəfindən təşkil olunan "Qadınların beynəlxalq
konfransı"nda uşaq
hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər
səsləndirilmiş və elə həmin tədbirdə də
1 iyun tarixini uşaqların beynəlxalq
müdafiəsinə həsr etmək qərara
alınmışdır.
Ümummilli liderimiz
uşaqları çox sevirdi,
onlara həmişə böyük
diqqət və qayğı göstərirdi. Bu
ənənəni uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin müvafiq
tarixli sərəncamı ilə 2009-cu il Azərbaycanda "Uşaq
ili" elan edilmişdi.
Heydər
Əliyev Fondunun prezidenti,
Milli Məclisin deputatı Mehriban
xanım Əliyeva da Azərbaycanda uşaq hüquqlarının qorunmasına böyük diqqət göstərir, bu sahədə geniş
işlər görür.
Uşaqlar dünyanın ən pak, ən məsum, ən qiymətli
varlıqlarıdır. Müqəddəslərimiz "Uşaq qoxusu cənnət qoxularındandır"
demişlər. Filosoflar körpə
qığıltısını ən təntənəli simfoniya
adlandırmışlar. Uşaqsız evi el içində susuz dəyirmana
bənzətmişlər.
Övlad sahibi
olmaq Tanrının insana
ən böyük lütfüdü!
Ata qüruru, ana fərəhi
yaşamaq ölçüyə gəlməyəcək
bir səadətdi!
Uşaqlar bizim
sabahımızdır. Uşaqlar bəşəriyyətin
gələcəyidir.
Uşaqları
qorumaq, onları müdafiə etmək və cəmiyyət üçün
yararlı bir vətəndaş olaraq yetişdirmək hər kəs üçün bir vicdan borcuna çevrilməlidir.
Uşaqların
qayğısına qalmaq hər bir cəmiyyətin borcudur.
Yalnız bu borcu ləyaqətlə
yerinə yetirməyi bacaran cəmiyyət
öz sabahına ümidlə baxa bilər.
Körpə
balam! Dünyanın ən qəddar
qanunlarını yazan müharibələr
belə sənin bu gözəl
baxışlarının saflığına toz
qondura bilməz. Sən hələ bilmirsən
baxışlarının uzanıb getdiyi
üfüqlərin o biri
üzündə nələr olur, nələr
olacaq...
Bəlkə
də elə azad Vətən sənin baxışlarının
azadlığından, sənin gözlərindəki məsumluğun
sehrindən başlanır?!
Eşit dualarımı, ey gözəl varlıq! Sənin
Zamanının tarix kitabları qanla yox, su
ilə yazılsın.
Sənin
günəşinin üzünü qara buludlar örtməsin.
Beşiyin yurd
yerlərimizdə yırğalansın, əsirlikdən
çıxaracağımız
bağ-bağatlarımızın yaşıl-yaşıl
yarpaqlarının pıçıltısı laylan olsun.
Atalı-analı,
bacılı-qardaşlı, elli-obalı böyüyəsən.
Kaş dünya dediyimiz bu sirli
aləm güllə səslərindən yox,
sənin gülüşlərindən diksinsin.
Ellada UMUDLU
Azərbaycan
müəllimi.- 2013.- 31 may.- S.5.