BDU-nun alimləri Nobel
mükafatçıları ilə
nanotexnologiyaların
perspektivlərini müzakirə ediblər
Oktyabrın 30-da
Bakı Dövlət Universitetində Nobel
mükafatı laureatları Laflin Robert Betts (fizika),
David Gross (fizika), Markus Rudolf Arturun (kimya) iştirakı ilə
"Nanotexnologiyaların perspektivləri mövzusunda
qabaqcıl tədqiqatlar" mövzusunda
"dəyirmi masa" keçirilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov
Nobel mükafatçılarını
salamlayıb və onları universitetdə görməkdən
məmnun olduğunu bildirib.
Maraqlı
elmi müzakirələrin keçdiyi
"dəyirmi masa"da
professorlar -
Məhəmmədəli Ramazanov
"Bakı Dövlət Universitetində nanotexnologiyalar
sahəsində elmi-tədqiqat işləri və onların inkişaf perspektivləri", Eldar
Şahbazov "Neft sənayesində
nanotexnologiyalar" (Bakı Dövlət Universiteti ilə Azərbaycan Respublikası
Dövlət Neft Şirkətinin birgə işləri) və Eden Mamut
"Nanomayelər sahəsində elmi
tədqiqatların hazırkı vəziyyəti - gələcək
tədqiqatlar üçün xüsusiyyətlər,
modellər və perspektivlər" (Qara
Dəniz Universitetləri Şəbəkəsi) mövzusunda məruzə ediblər.
Nobel mükafatçıları Bakı
Dövlət Universitetində elmi müstəvidə
bakalavr və magistr
pilləsində təhsilin təşkili proseslərini təqdirəlayiq
hesab etdiklərini vurğulayıblar. Onlar nanotədqiqatlar sahəsində
aparılan tədqiqat işlərini də yüksək qiymətləndirib
və universitet alimlərinin bu istiqamətdə dünya
alimləri ilə bərabər səviyyəli işlər
apardıqlarını qeyd ediblər. Eyni zamanda universitetdə bu istiqamətdə təhsilin yüksək səviyyədə
təşkil olunduğunu və gələcəkdə
dünya təhsil sisteminə inteqrasiya barədə öz
tövsiyələrini veriblər. "Dəyirmi masa" verilən suallara ətraflı
cavablarla başa
çatıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.-
2013.- 1 noyabr.- S.3.