Azərbaycan Müəllimlər İnstitutunda

Respublika elmi konfransı

 

Oktyabrın 25-də Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) təşkilatçılığı ilə "Tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu" mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans iştirakçıları öncə institutun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzini ziyarət edib, ulu öndərin büstü önünə əklil qoyublar. Daha sonra konfransın plenar iclası keçirilib.

 

AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı giriş sözündə ölkəmizdə tarix mədəniyyət abidələrinin qorunmasına tədqiq olunmasına xüsusi diqqət qayğının göstərilməsindən söz açıb. Rektor A.Naxçıvanlı bildirib ki, müstəqil Azərbaycan dövləti xalqımıza məxsus tarixi-mədəni dəyərlərin mühafizəsinə, tədqiqinə, tədrisinə təbliğinə çox böyük önəm verir. Elmi-mədəni əhəmiyyətə malik tarixi abidələrimiz dərindən öyrənilir, qədim yaşayış məskənlərində arxeoloji qazıntılar, bərpa konservasiya işləri aparılır. Biz dünya xalqlarının mədəniyyət xəzinəsinə tarixi-mədəni irsimizi öyrənməklə qovuşuruq. Bu sənət nümunələri həm estetik tərbiyə vasitəsidir. Ümummilli lider Heydər Əliyev mənəvi irsimizin bədii-estetik təsir gücünə əsaslanaraq demişdir: "Estetik təsir vasitələrindən fəal geniş istifadə olunması ideya-tərbiyə işinin dairəsini genişləndirir, yüksək bədii zövqlər meyarlar yaradır".

Rektor qeyd edib ki, konfransın keçirilməsində məqsəd Azərbaycan ərazisindəki çoxsaylı tarix mədəniyyət abidələrinin mövcud vəziyyəti, onların tədqiqi, tədrisi, təbliği mühafizəsində aidiyyəti qurumların, xüsusən təhsil müəssisələrinin, bütövlükdə geniş ictimaiyyətin iştirakı məsələlərinə işıq salınması, beləliklə yetişməkdə olan nəslin Vətənə, tarixi-mədəni dəyərlərə məhəbbət ruhunda tərbiyə olunmasına dair elmi tədqiqatları təşviq etməkdir.

A.Naxçıvanlı vurğulayıb ki, Azərbaycanın müxtəlif şəhər rayonlarından olan ali, orta ixtisas, orta məktəblərdən, elmi müəssisə institutlardan, elmi, eləcə ictimai mərkəz birliklərdən daxil olmuş 60-dan çox məruzə konfransın proqramına daxil edilib konfransda yerli elm təhsil müəssisələrinin mütəxəssisləri ilə yanaşı, Türkiyə, İtaliya İspaniya alimləri iştirak edir.

Akademik Teymur Bünyadov, Təhsil Nazirliyinin nümayəndəsi Kamil Məcidov, Mədəniyyət Turizm Nazirliyinin sektor müdiri Arif Əliyev Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.

Bildirilib ki, son illərdə respublikamızda tarix mədəni irsin qorunması istiqamətində ciddi işlər görülmüşdür. Otuzdan çox abidədə bərpa-konservasiya, 50-dən çox abidədə elmi-tədqiqat işləri aparılmış, beş tarixi ərazidə qoruqlar yaradılmışdır. Bütün bunlar ölkə rəhbərliyinin tarix mədəni abidələrə diqqət qayğısının parlaq nümunəsidir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq, tar ifaçılıq sənətləri, xalçaçılıq YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib.

İtaliyalı mütəxəssis Luici Skrinzi Azərbaycanın qədim tarixi əhəmiyyətli abidələrlə zənginliyindən, səkkiz ildir ki, buradakı abidələrin tədqiqi bərpası ilə məşğul olmasından danışıb, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini bildirib.

Tədbirdə Azərbaycan Müəllimlər İnstitutu ictimai elmlər kafedrasının müdiri, professor Qafar Cəbiyevin "Müstəqillik illərində Azərbaycanda tarixi-mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi diyarşünaslıq işinin təşkili sahəsində görülən işlər qarşıda duran vəzifələr" mövzusunda məruzəsi dinlənilib.

Sonra konfrans işini "Tarixi-mədəni irsin tədqiqi, təbliği mühafizəsi" "Tarixi-mədəni irsin tədrisi diyarşünaslıq işinin təşkili" adlı bölmələrdə davam etdirib.

Oktyabrın 26-da müvafiq bölmə iclaslarında müzakirələr davam etdirilib konfransa yekun vurulub. Yekun iclasda bölmə sədrlərinin hesabatları dinlənilib, məruzələrin aktuallığından danışılıb, müəyyən təkliflər irəli sürülüb, respublika konfransının materiallarının toplu şəklində dərc ediləcəyi bildirilib.

 

Konfransın Təşkilat Komitəsi

 

Azərbaycan müəllimi.- 2013.- 1 noyabr.- S.5.