Bakı Pedaqoji Kadrların İxtisasartırma

və Yenidənhazırlanma İnstitutu daha bir

beynəlxalq elmi konfransa ev sahibliyi edib

 

Oktyabrın 30-da  Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər UniversitetiBritaniya Şurasının (British Council) birgə təşkilatçılığı ilə "Xarici dillərin tədrisində yeni tendensiyalar: mövcud təcrübə və inkişaf strategiyaları" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Təhsil Nazirliyinin, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin məsul şəxsləri, ali məktəblərin rəhbərləri, mütəxəssisləri, KİV nümayəndələri iştirak ediblər. Konfransdan əvvəl iştirakçılar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər. Akademik Zərifə xanım Əliyevanın abidəsi önünə də tər çiçəklər düzülüb. Şəhidlər xiyabanında vətənimizin azadlığı və bütövlüyü uğrunda həlak olanların xatirəsi anılıb.

Konfrans iştirakçıları Bakı şəhərindəki Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəblə də tanış olublar.

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev muzey-lektoriyası ilə tanışlıqdan sonra konfransın plenar iclası öz işinə başlayıb. Konfransı giriş sözü ilə institutun rektoru, professor Asəf Zamanov açaraq iştirakçıları salamlayıb, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə uğurla aparılan daxilixarici siyasətin bütün sahələrə olduğu kimi, elm və təhsil sahəsinə də müsbət təsirini xüsusi vurğulayıb. Rektor Azərbaycanın 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən biri seçilməsi, 2013-cü ildə dünyanın "kosmik ölkələri" sırasına daxil olması, BMT-nin 2010-cu il üzrə insan inkişafı hesabatına əsasən "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna daxil olmasını diqqətə çəkərək, təhsilin maddi-texniki bazasının gücləndirilməsi, həmçinin kadr potensialının formalaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətini xüsusilə vurğulayıb. Rektor müasir dünyada insan kapitalının dövrün tələblərinə uyğun formalaşması üçün zəruri olan yeniləşmiş ali təhsilin istənilən ölkənin sosial, siyasitexniki problemlərinin həllində zəruriliyindən, bütün bu problemlərin uğurlu həlli üçün az əhəmiyyətli olmayan məsələlərdən birininxarici dillərin yüksək səviyyədə öyrədilməsi olmasından, məhz bu mənada həmin mövzuda beynəlxalq konfransın keçirilməsinin aktuallığından danışıb. Son beş ildə BPKİYİ-nin dünyanın 35-dən çox ali məktəbi və elmi-tədqiqat institutu ilə səmərəli əməkdaşlığını, professor-müəllim heyəti tərəfindən respublikamızda və xaricdə nəşr etdirilən 700-dən çox elmi əsərin (monoqrafiya, kitab, elmi məqalə və s.) 150-sinin xarici dövri jurnallarda nəşr edildiyini məmnuniyyətlə qeyd edib. 

Plenar iclasda Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov, Britaniya Şurasının Azərbaycan üzrə direktoru xanım Yelizavet Vayt, Azərbaycan Milli TEMPUS ofisinin rəhbəri Pərviz Bağırov, Belarus səfirliyinin rəsmisi Dmitri Avsianski, Özbəkistan səfirliyinin rəsmisi Cahangir Aminov, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini, dosent Şaiq Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov və ali məktəblərin nümayəndələri son 5 ildə BPKİYİ-nin təşkilatçılığı ilə keçirilən artıq 9-cu beynəlxalq konfransın elmipedaqoji potensialın formalaşması, təhsilin keyfiyyətinin yüksəlməsi üçün əhəmiyyətini vurğulayaraq,  iştirakçıları təbrik ediblər.

Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin kafedra müdiri, professor Layloxan Axmedova "Özbəkistanda xarici dillərin tədrisində innovasiyalar", Britaniya Şurasının rəsmisi Gülşən Hüseynova "Davamlı peşəkarlığın inkişafı çərçivəsində atılan uğurlu addımlar" mövzularında məruzələrlə çıxış ediblər.

Konfransın proqramına Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Böyük Britaniyanın Norviç Dil Təhsili İnstitutu, Özbəkistan Dövlət Dünya Dilləri Universiteti, Kiyev Milli Linqvistika Universiteti, Minsk Dövlət Linqvistika Universiteti, Volqoqrad Dövlət Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma Akademiyası, Gürcüstan Elm və Təhsil Nazirliyinin Müəllimlərin Peşəkar İnkişafı Mərkəzi, Azərbaycan Turizm İnstitutu, Qafqaz Universiteti və digər təhsil müəssisələrinin mütəxəssislərinin məruzələri daxil edilib.

İki gün davam edən konfransın plenar iclasında və üç elmi bölməsində (müasir xarici dil təhsilinin metodoloji aspektləri və tərcümənin problemləri; xarici dillərin tədrisində innovativ texnologiyalar; xarici dillərin tədrisinin psixoloji-pedaqoji problemləri)  mütəxəssis alimlərin 50-yə qədər məruzəsi dinlənilib və geniş müzakirə edilib.

Oktyabrın 31-də  beynəlxalq konfransa ev sahibliyi edən BPKİYİ-nin rektoru, professor Asəf Zamanov konfransın uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edibonlara sertifikatlar təqdim olunub. 

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2013.- 1 noyabr.- S.5.