Azərbaycan təhsilinin
uğurları
Prezident
təqaüdçüləri
Nərmin MƏMMƏDLİ,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
1996-cı ildə Mingəçevir şəhərində
anadan olub. 2013-cü
ildə Mingəçevir şəhər Mehdi
Hüseynzadə adına 3 nömrəli tam
orta məktəbi qızıl medalla bitirib. Oxuduğu illərdə respublika
fənn olimpiadalarında ingilis dili üzrə II,
tarix fənni üzrə III yerə layiq görülüb.
Ali məktəbə qəbul imtahanında
700 bal toplayaraq Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının siyasi idarəetmə
fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul
olub.
Bu gün Nərmin Məmmədli
Prezident İlham
Əliyevin sərəncamı ilə Prezident
təqaüdünə layiq
görüldüyündən qürur hissi keçirir. Deyir ki, gənclərə
olan bu cür
diqqət onların savadlı mütəxəssis kimi yetişməsi
üçün stimuldur.
Düşünür ki, hər bir insan
qarşısına məqsəd qoyarsa və
bu məqsədə çatmaq
üçün yorulmadan
çalışarsa, o, öz arzusuna
çata bilər.
Maya
ABBASOVA,
Bakı
Dövlət Universitetinin
tələbəsi
1996-cı ildə Bakı şəhərində
anadan olub. 2013-cü ildə Bakıdakı Namiq Həmzəyev adına 238 nömrəli
tam orta məktəbi qızıl medalla bitirib. Ali məktəblərə
qəbul imtahanında
690 bal toplayaraq BDU-nun hüquq fakültəsinə
daxil olub. 2010-2011-ci tədris ilində məktəblilərin
fənn olimpiadalarının
şəhər turunda
kimya fənni üzrə I yeri tutub. 2011-ci ildə
20 Yanvar faciəsinin
21-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsində diplom
və qiymətli hədiyyə ilə təltif olunub. Eyni zamanda ümummilli
lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş bilik olimpiadasında I, Breyn-rinq
intellektual oyununda isə II yeri qazanıb. 2011-ci ildə Azərbaycan
Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində
fəaliyyət göstərən
Liderlik Məktəbinin
Uşaq Hüquqları
Konvensiyası üzrə
tam kursu bitirib.
Prezident
təqaüdünə layiq
görüldüyünə görə dövlətimizin
başçısına minnətdarlığını
bildirir.
Günel
ABDULLAYEVA,
Bakı
Dövlət Universitetinin
tələbəsi
1996-cı ildə Bərdə rayonunda anadan olub. O, 2013-cü ildə Bakıdakı 240 nömrəli orta məktəbi qızıl
medalla bitirib. Məktəb illərində
"Araz" kurslarının
keçirdiyi "Ənənəvi
bilik" yarışlarında
II, Azərbaycan tarixindən
fənn olimpiadasının
respublika turunda III yeri qazanıb.
Bu il ali məktəbə qəbul imtahanında III qrup üzrə 695 bal toplayaraq BDU-nun hüquqşünaslıq
fakültəsinə daxil olub. Prezident təqaüdünə layiq görülməsi ona
böyük fəxr
hissi bəxş edib. Qazandığı uğurlara görə 240 nömrəli orta məktəbin pedaqoji
kollektivinə minnətdardır. Onun arzusu universiteti əla qiymətlərlə
bitirib, peşəkar hüquqşünas
olmaqdır.
Günel dərslərini
yaxşı oxumaqla bərabər, həm də fəal bir gəncdir. O, oxuduğu fakültənin
ictimai işlərində
yaxından iştirak edir, tapşırılan işin öhdəsindən
həmişə yüksək
səviyyədə gəlir.
Kənan
SƏFƏRLİ,
Qafqaz Universitetinin tələbəsi
1996-cı ildə Göyçay
rayonunda anadan olub. 2002-ci ildə Xalid Quliyev adına tam orta məktəbin I sinfinə
daxil olub. 2003-cü ildə
Bakıya köçdüklərindən təhsilini Bakıdakı 277 nömrəli
idman təmayüllü
tam orta məktəbdə davam
etdirib. Orta məktəbdə oxuduğu
vaxtlarda idmanın cudo növü ilə məşğul olub. "Araz" kursunda universitetə
qəbul olmaq üçün ciddi hazırlıq keçib.
2013-cü ildə orta
məktəbi bitirdikdən
sonra uşaqlıqdan
arzusunda olduğu
Qafqaz Universitetinin maliyyə fakültəsinə
690 balla qəbul olub. II qrup üzrə ən yüksək bal toplayan Kənan Səfərli hazırda
universitetdə
ingilis dilində oxuyur.
Universitetin hazırlıq
fakültəsinin dekanı Cəlil Ərdəm onun barəsində xoş sözlər dedi.
O, təhsildə əldə
etdiyi bütün uğurlarına görə
hər şeydən əvvəl, orta məktəb müəllimlərinə borclu olduğunu deyir.
Nərmin
MİKAYILOVA,
Qafqaz Universitetinin tələbəsi
1996-cı ildə Naxçıvan
MR Şərur rayonunun Dizə kəndində anadan olub. 2002-ci ildə həmin
kənddəki tam orta
məktəbin I sinfinə
qəbul olub və 2013-cü ildə məktəbi bitirib. Məktəbdə
oxuduğu vaxtlarda biologiya fənnindən respublika
fənn olimpiadasında III yeri tutub.
Ali məktəblərə qəbul imtahanında 686
bal yığaraq Qafqaz Universitetinin tərcüməçilik fakültəsinə qəbul olub. İngilis dilində təhsil
alır.
Vaxtının çoxunu universitetin
kitabxanasında keçirir.
Çalışır ki,
ingilis dilini yüksək səviyyədə öyrənsin.
Nərmin
söhbət zamanı
qeyd etdi ki, Prezident təqaüdünə
layiq görülmək
böyük şərəfdir. Ən əsası bu adı qorumaqdır.
Nərmin Mikayılova
universiteti əla qiymətlərlə qurtardıqdan
sonra xaricdə magistratura pilləsində
təhsilini davam
etdirmək istəyir.
Hazırladı: Şakir CƏFƏROV
Azərbaycan
müllimi.- 2013.- 1 noyabr.- S.7.