"Microsoft Azərbaycan" şirkəti təhsillə bağlı

layihələrini bundan sonra da davam etdirəcək

 

Azərbaycan hökuməti ölkədə təhsil sisteminin inkişafı üçün bu sahəyə özəl sektorun iştirakçılarını cəlb etmək niyyətindədir. Təhsil sisteminin inkişafında özəl və dövlət sektoru əməkdaşlığının vacıbliyini dəyərləndirən "Microsoft Azərbaycan" şirkəti artıq öz töhfəsini təhsil iştirakçılarına təqdim etməkdədir. "Microsoft Azərbaycan"ın təhsildə əsas məqsədi  təhsil sisteminin transformasiyasını həyata keçirməkdə və XXI əsr bilik və bacarıqlarının öyrəncilərə aşılanmasında ümumtəhsil məktəblərinə, universitetlərə və digər təhsil müəssisələrinə yardım etməkdir. Bunu "Microsoft Azərbaycan" şirkətinin "Təhsildə əməkdaşlıq" proqramı üzrə meneceri Emin Axundov bildirib: "Biz bir texnoloji şirkət olaraq təhsil sistemində olan yeni yanaşmaları yaxından izləyirik və ona görə də dünyada baş verən bir çox təhsil cərəyanlarını yaxşı bilirik. Hesab edirik ki, yeni təhsil sistemi məhz XXI əsr bilik və bacarıqları ətrafında qurulmalıdır. Bunun üçünbiz Azərbaycanda bir sıra layihələr həyata keçiririk".

 

E.Axundovun sözlərinə görə, 2006-cı ildən "Microsoft"un "Təhsildə əməkdaşlıq" proqramı Azərbaycanda fəaliyyətdədir və şirkətin ilk addımı ölkənin orta məktəblərinin kompüterləşdirilməsi layihəsinə dəstək olub: "Dəstəyimiz orta məktəblərdə mövcud kompüterləri lisenziyalı və keyfiyyətli proqram təminatı ilə təchiz etməkdən  ibarət olub. Bunun üçün biz Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə 2006-cı ildə "Təhsildə əməkdaşlıq" memorandumunu imzaladıq və onun çərçivəsində "Microsoft Scholl Agreement" sazişinə imza atdıq. Bu saziş çərçivəsində Azərbaycanın bütün orta məktəblərində kompüterlər imtiyazlı şərtlərlə lisenziyalı "Windows" və "Office" proqramları ilə təmin olundu. Bundan sonra biz 2009-cu ildə "Azərbaycanda "Microsoft": Təhsildə əməkdaşlıq forumu" müəllimlər müsabiqəsinə start verdik və artıq dördüncü ildir ki, sözügedən müsabiqə ölkədə uğurla davam etdirilir. Müsabiqənin əsas məqsədi ölkənin orta məktəblərində fəaliyyət göstərən fəal, yenilikçi müəllimləri müəyyən etmək və onları dərslərdə yeni yanaşmalardan istifadə etməyə stimullaşdırmaqdır. İlk müsabiqədə Azərbaycanın iki müəllimi qalib gəldi və onlar Azərbaycanı Avropa müsabiqəsində təmsil etdi. Müsabiqənin növbəti illərində də Azərbaycandan olan müəllimlər yaxşı nəticə göstərərək Avropa müsabiqəsinə, bu müsabiqədə yüksək yerləri tutaraq dünya müsabiqəsinə qatılıblar. Biz sözügedən müsabiqəni Təhsil Nazirliyi ilə birlikdə davam etdirmək niyyətindəyik və yaxın zamanlarda bununla bağlı elan olacaq".

Şirkətin rəsmisi həmçinin bildirib ki, "Microsoft Azərbaycan"ın Azərbaycanda icrasına 2009-cu ildə başlanılan "İnnovativ məktəblər" layihəsi də mövcuddur ki, layihəyə Bakının 7 nömrəli tam orta məktəbi qoşulub. Şirkət Təhsil Nazirliyi ilə birlikdə layihədə iştirak edən məktəblərin sayını artırmağı planlaşdırır. Hazırda nazirliklə birgə məktəblərin sayının artırılması üzərində və ümumiyyətlə, layihənin genişləndirilməsi  barədə düşünülür.  Layihənin  məqsədi məktəblərin  əldə  etdiyi  uğurları  digər məktəblərlə bölüşməkdən ibarətdir.

"Bununla yanaşı, "Microsoft"un astronomiya, riyaziyyat, kimyabu kimi fənlər üzrə bir sıra texniki həlli mövcuddur ki, bunlar təhsil üçün pulsuzdurbiz müəllimləri bu həllərdən yararlanmağa sövq edirik. Təhsil nazirliyi ilə qərara gəlmişik ki, "Microsoft Learning Suite" ("Öyrənmə dəsti") adlanan paket Nazirliyin veb-saytı vasitəsilə müəllimlərə paylansın", - deyə E.Axundov bildirib.

"Microsoft"un bütün son məhsullarının ("Windows XP"dən başlayaraq "Windows 8"dək və "Office 2003"dən sonuncu "Office"dək) həm təhsil, həm də qeyri-təhsil üçün Azərbaycan versiyası hazırlanıb. Bunun nəticəsində şirkət texnologiyaların azərbaycanlılara daha yaxın olacağını düşünür.

Təhsil sahəsində bulud texnologiyalarının tətbiqi təhsil müəssisəsinin kənarına çıxaraq həm müəllim, həm öyrənci üçün təhsili istədiyi yerdən və istədiyi vaxt əlçatan edir və Azərbaycanda da hazırda təhsil sistemi məhz bu istiqamətə yönəldilib. Əsas üstünlük bulud üzərində fərdiləşmiş təhsil sisteminin yaradılmasıdır. Şagird və tələbələr fərdi və ya qrup şəklində istədikləri vaxt müəllimə İnternet vasitəsilə sual verə, müəllim isə müvafiq olaraq istədiyi yerdən bu sualları cavablandıra bilər. Yəni, bulud texnologiyası "müəllim-şagird" ünsiyyətini daha asaneffektiv edir.

 "Bulud texnologiyasının təhsil sistemində tətbiqini iki məcrada görürük: Birincisi, bulud üzərində qurulan idarəetmə və ya öyrənmə mühiti; ikincisi, bulud üzərində olan təhsilin məzmunudur. Bulud üzərində mühitə gəldikdə əsas məhsulumuz "Office 365"dir. Bu proqram paketi ilə məktəblər elektron mühit quraraq "müəllim-şagird" ünsiyyətini daha da asanlaşdırır. Buraya bir neçə proqram təminatı daxildir ki, bunların vasitəsilə müəllim və şagirdə elektron poçt açmaq, müəssisədaxili veb-sayt yaratmaq, online konfransya dərslər təşkil etmək mümkündür. "Office 365" kommersiya məhsuludur və şirkətlərə satılmasına baxmayaraq, təhsil müəssisələrinə tam pulsuz olaraq təqdim olunur. Bu məhsul Azərbaycanda 1 ildən artıqdır təklif olunur ki, həm Təhsil Nazirliyi (müəllimlər üçün), həm bir neçə universitet "Office 365"dən fəal istifadə edir. Bu müddət ərzində 10 mindən artıq müəllim "Office 365" üzərində qeydiyyatdan keçib, onların hamısının fərdi elektron poçtları və sadalanan alətlərə çıxışları mövcuddur. Bu alətlər vasitəsilə məktəbin həm inzibati heyəti işlərini daha səmərəli edib, ünsiyyəti düzgün qura biləcək, həm də təhsil prosesi daha açıq, şəffaf, sürətli və əlçatan olacaq. Yəni müəllim və şagird istədiyi zaman sinxronasinxron ünsiyyətdə ola biləcək. Ümumiyyətlə, hazırda "Microsoft Azərbaycan" şirkəti sözügedən məhsulun təhsil müəssisələrində geniş yayılması üzərində işlərini davam etdirir. Bu məhsul təhsil müəssisələri üçün pulsuz olduğundanqeydiyyat prosesi cəmi bir necə gün təşkil etdiyinə görə məktəb və universitetlərin "Office 365"ə marağı böyükdür", - deyə şirkətin rəsmisi əlavə edib.

Təhsildə bulud texnologiyaları Finlandiya, İsveçrə, İsveç, Braziliya, Avstraliya, Sinqapur, Cənubi Koreya kimi informasiya texnologiyaları inkişaf etmiş ölkələrdə uğurla tətbiq olunur. Məsələn, İsveçdə sinfi olmayan məktəb mövcuddur ki, orada şagirdlər 1-ci, 2-ci və ya 3-cü sinfə bölünməyib və 10 yaşlı şagird 16 yaşlı şagirdlə eyni fənni öyrənə bilər. Orada şagird istədiyi istiqaməti və fənləri özü seçir. Digər bir nümunə: Braziliyada elə bir məktəb mövcuddur ki, orada nə dərs, nə də sinif mövcuddur və şagirdlər fənn deyil, layihə seçir. Məsələn, şagirdin velosiped düzəltmək layihəsini seçdikdə, bir neçə həftə ərzində sıfırdan başlayaraq velosiped düzəldir və bu müddət ərzində riyaziyyat müəllimi ona dairəni, fizika müəllimi qravitasiyanı öyrətsin və s. Nəticədə şagird həm müəyyən fənlər üzrə bacarıqlar əldə edir, həm də bir məhsul hazırlayaraq layihəni icra edir. Burada bulud texnologiyası olmadan hər bir şagirdin fərdi olaraq inkişafını izləmək qeyri-mümkündür.

Ali məktəblərdə "Microsoft Azərbaycan" tərəfindən həyata keçirilən layihə və proqramlara gəldikdə, E.Axundov bildirib ki, şirkətin ali təhsil ocaqları üçün nəzərdə tutulmuş "Microsoft virtual academy" proqramı mövcuddur. Bu proqram çərçivəsində tələbələr, xüsusilə də texnoloji fakültələrin tələbələri fərdi şəkildə "Microsoft"un yeni məhsulları ilə tanış olaimtahanlara hazırlaşa bilir.

Bundan başqa, tələbələr üçün "Microsoft IT academy" layihəsi də mövcuddur ki, bu layihə çərçivəsində təhsil ocaqlarında "Microsoft" Tədris Mərkəzi yaradılacaq və müəllimlər "Microsoft" məhsulları haqqında bilikləri tələbələrə çatdıracaq. Bu layihə də bulud texnologiyalarına əsaslanır. Artıq Azərbaycanın iki universitetində sözügedən Tədris Mərkəzi fəaliyyət göstərir və daha 4 təhsil müəssisəsi "Microsoft"a bu mərkəzin açılması ilə bağlı müraciət edib.

Bu tədris layihələrinin iştirakçıları sənaye sertifikasiyasına hazırlaşdırılır. Ümumiyyətlə, sadalanan layihələrə tələbə və müəllimlər tərəfindən olduqca böyük maraq vardır.

E.Axundov onu da qeyd edib ki, "Microsoft Azərbaycan"ın "Microsoft DreamsPark" layihəsi vasitəsilə müəllimlər və tələbələr "Microsoft"un ən son sistem və proqramlaşdırma məhsullarını pulsuz əldə edə bilir. Belə ki, şirkət müəllim və tələbələrin lisenziyalı proqram təminatının istifadəsini təşviq etmək üçün layihə iştirakçılarına qeydiyyatdan keçdikdən sonra "Microsoft"un məhsullarından tam pulsuz istifadə etmək imkanı yaradır.

"Microsoft Azərbaycan" şirkətinin Azərbaycanda həyata keçirdiyi daha bir layihə "Microsoft Student Partner" layihəsidir. Bu layihənin əsas məqsədi "Microsoft Azərbaycan"ın məhsulları haqqında bilikləri universitetlərdə səfir tələbələr vasitəsilə yaymaqdan ibarətdir. Hazırda bu layihənin genişləndirilməsi istiqamətində işlər aparılır.

"Microsoft Azərbaycan" şirkəti Azərbaycanda həmçinin "Xalq kompüteri" layihəsinin iştirakçısıdır. Layihənin iştirakçıları sırasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rabitə İnformasiya Texnologiyaları Nazirliyi "HP-Azərbaycan" şirkəti yer alıb. Layihə "Best Comp Group" şirkəti tərəfindən icra olunur. 2009-cu ilin aprel ayında start verilən layihə çərçivəsində Azərbaycandakı orta məktəblərin müəllimləri, şagirdləri, ali məktəb tələbələri təhsil sektorunun işçiləri güzəştli şərtlərlə kompüterlər almaq imkanı əldə ediblər. Layihədə təqdim edilən kompüter noutbuklar lisenziyalı proqram təminatına malikdir bazar qiymətlərindən 25-40% aşağı qiymətə, 12 ay müddətində faizsiz kreditlə təqdim edilir. Ümumiyyətlə, indiyədək 20 mindən artıq müəllim şagird fərdi kompüter noutbuk əldə edib. Hazırda layihənin inkişaf etdirilməsi istiqamətində işlər aparılır ki, şagirdlər bu layihə çərçivəsində planşetləri güzəştli şərtlərlə əldə edə biləcəklər.

E.Axundov onu da əlavə edib ki, "Microsoft Azərbaycan" şirkəti hazırda Təhsil Nazirliyi tərəfindən ölkənin təhsil sistemində baş verən yeniliklərin daimi iştirakçısı olmağa hazırdır.

 

Nicat MUSTAFAYEV,

"Red Communications" şirkətinin media üzrə meneceri

   

Azərbaycan müəllimi.- 2013.- 1 noyabr.- S.7.