İncəsənət
Gimnaziyasında
Kurikulum Mərkəzi açılıb
Oktyabrın 31-də Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət
Gimnaziyasında Kurikulum Mərkəzinin
açılışı oldu. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov, institutun direktor müavini, Kurikulum Mərkəzinin
direktoru Ənvər Abbasov,
Təhsil Nazirliyi Təhsil Sektorunun
İnkişafı üzrə İkinci
Layihənin LƏQ məsləhətçisi, əməkdar
müəllim Almaz Həsrət və
gimnaziyanın pedaqoji kollektivi,
KİV nümayəndələri iştirak
edirdilər.
Tədbiri giriş
sözü ilə İncəsənət
Gimnaziyasının direktoru Maya Şabanbəyova açaraq
bildirdi ki, təhsildə
həyata keçirilən islahat
proqramı ilə əlaqədar bütün
pedaqoji kollektiv kurikulum kurslarının təlimlərindən
keçib. Gimnaziyada bu işləri ardıcıl olaraq
davam etdirmək üçün
müəyyən bir qurumun
olmasına ehtiyac yaranmışdı. Ona görə də bu
ehtiyacı nəzərə alaraq gimnaziyada Kurikulum Mərkəzi
yaratmağı qərara aldıq.
Sonra müəllimlər
hazırladıqları təqdimatları nümayiş
etdirdilər. İlk olaraq
gimnaziyanın bu il
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olan, ibtidai
siniflər üzrə metodist Təranə
Əliyeva təqdimatla çıxış etdi.
O, gimnaziyanın yaranma tarixi, dünəni və bu
günü barəsində məlumat verdi. İncəsənət
Gimnaziyasının beynəlxalq əlaqələri, uğur və nailiyyətləri barədə
də danışdı. Müəllimlər yeni
təlim proqramlarının (kurikulumların) tətbiqi ilə
bağlı hazırladıqları nümunəvi dərslərini
qonaqlara təqdim etdilər. Onlar bildirdilər ki, xüsusi qabiliyyət tələb olunan incəsənət yönümlü
təhsil müəssisələri üçün
standartlar hələ hazırlanmayıb. Lakin mövcud ümumtəhsil
proqramlarından (kurikulumlardan) istifadə
etməklə işimizi
nizamlayırıq.
Təqdimatlardan sonra Kurikulum Mərkəzinin
direktoru Ənvər Abbasov
müəllimlərin fəaliyyəti haqqında tövsiyələrini,
məsləhətlərini verdi. Müəllimlərin
yeni təlim proqramlarına (kurikulumlara) olan münasibətləri,
onların dərslərində tətbiqi yüksək qiymətləndirildi.
Sonra çıxış edən Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov İncəsənət Gimnaziyasında Kurikulum Mərkəzinin yaradılmasını təqdirəlayiq hal kimi dəyərləndirdi. Gimnaziyanın pedaqoji kollektivinə uğurlar, yeni-yeni nailiyyətlər arzuladı.
Hicran ƏKBƏROVA
Azərbaycan müəllimi.- 2013.- 8 noyabr.- S.3.