Sosial  şəbəkədə "Azərbaycan dili və Ədəbiyyat

Müəllimləri Birliyi" qrupu yaradılıb

 

 Respublikanın ayrı-ayrı bölgələrində  işləyən  bir qrup müəllimin  təşəbbüsü ilə Facebook sosial şəbəkəsində "Azərbaycan dili və Ədəbiyyat Müəllimləri Birliyi" qrupu yaradılıb. Qrupun təsisçisi Saatlı rayonundakı S.Vurğun adına 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Günay Qənbərovadır.

Qrupun artıq  500  nəfərə yaxın üzvü vardır.  Burada Azərbaycan dili və ədəbiyyat fənninin ən aktual problemləri, eləcə də tətbiqi, nəzərdə tutulan yeniliklərin müzakirəsi və müxtəlif fikir mübadilələri aparılır.  Qrup yalnız virtual fəaliyyət göstərməklə kifayətlənmir, həm də vizual olaraq bir sıra tədbirlər də həyata keçirir.

Tədbirlərdə  Bakıdakı fizika-riyaziyyat, informatika təmayüllü liseyinin  müəllimi Nərmin Hüseynzadə, Şəmkir şəhəri Zəyəm qəsəbə  tam orta məktəbinin müəllimi Vüsalə Mehtiyeva, Zərdab rayonunun Hüseynxanlı kənd ümumi  orta məktəbinin  müəllimi Pərviz Bəşirov və  başqaları xüsusi fəaliyyət göstərirlər. "Azərbaycan dili və Ədəbiyyat Müəllimləri  Birliyi" qrupunun ilk tədbiri paytaxtın Nizami rayonundakı 1 nömrəli kimsəsiz uşaqlar evində körpələrlə görüşü olub. 

 

Şakir CƏFƏROV

 

Azərbaycan müəllimi.- 2013.- 15 noyabr.- S.8.