"Boloniya sistemi
böyük
Avropa layihəsidir"
Asif
Nəbiyev 1978-ci ildə
Azərbaycan Dövlət
Pedaqoji Universitetini bitirərək o vaxtdan həyatını müəllimliyə
bağlayıb. 30 ildən artıqdır ki, gənc nəslin
təlim-tərbiyəsi ilə
məşğul olan Asif müəllim pedaqogika üzrə fəlsəfə doktorudur.
20-dən çox metodiki məqalə və bir metodiki
vəsaitin müəllifidir.
Bu yaxınlarda onun "Boloniya sistemi böyük Avropa layihəsidir" adlı kitabı işıq üzü görüb. Almaniyada Lap lambert
nəşriyyatı tərəfindən
ingilis dilində nəşr olunan bu kitabda müəllif
nəzəri təhlil
apararaq Boloniya prosesi, onun hansı
zərurətdən yarandığı
haqqında fikirlər
söyləyib. Azərbaycanın da qoşulduğu bu təhsil layihəsinin uğurları,
Boloniya sisteminin məqsədləri haqqında
məlumat verilərək,
əsas Boloniya prinsipləri ilə bağlı geniş şərh verilib.
Kitabda
kredit sistemi, diploma əlavələrin vahid forması, təhsilin keyfiyyətinin yüksəldilməsi,
ömürboyu təhsil,
Avropa təhsil məkanı və Avropa elm məkanı haqqında faydalı məlumatlar verilib. Bundan başqa, müəllif orta məktəblərin Boloniya
sistemindən necə faydalandığı və
orta məktəblərdə
təhsilin keyfiyyətinin
yüksəldilməsi haqqında
fikirlərini bölüşərək
qabaqcıl orta məktəblərin adını
da çəkib: Avropa Azərbaycan məktəbi, Heydər Əliyev adına
Müasir Təhsil Kompleksi, akademik Zərifə Əliyeva adına lisey və s. Azərbaycanda ilk olaraq Boloniya sisteminə Xəzər və Qafqaz universitetləri keçiblər.
Hazırda Azərbaycanın bütün universitetlərində
iki pilləli təhsilə keçilib,
imtahanlar kredit sistemi əsasında aparılır. "2007-2015-ci
illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı" uğurla
yerinə yetirilir.
Qeyd olunur ki, Azərbaycan
hökuməti təhsilin
bütün sahələrində
keyfiyyətin artırılmasına
diqqət yetirir.
Boloniya sistemində orta təhsilin keyfiyyətinin yüksəldilməsi nəzərdə
tutulub. Son dövrlərdə
müasir tələblərə
cavab verən, yeni tipli orta
təhsil ocaqları yaradılıb ki, bunlara nümunə Avropa Azərbaycan məktəbini, Heydər Əliyev adına
Müasir Təhsil Kompleksini, akademik Zərifə Əliyeva adına liseyi və Türkiyə Dəyanət Vəqfinin Bakı Türk liseylərini və s. göstərmək olar.
Yeni
kitabının işıq
üzü görməsi
münasibətilə Asif
Nəbiyevi təbrik edir, ona yaradıcılıq
uğurları arzulayırıq.
Kərim
CƏFƏRLİ,
Avropa Azərbaycan məktəbinin
riyaziyyat kafedrasının
koordinatoru,
2008 və 2013-cü illərdə
"Ən yaxşı
müəllim" müsabiqəsinin
qalibi
Azərbaycan müəllimi.-
2013.- 15 noyabr.- S.8.