Azərbaycan təhsilinin
uğurları
Prezident təqaüdçüləri
Anar DADAŞZADƏ,
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
1995-ci ildə Bakı
şəhərində anadan
olub. 2013-cü ildə paytaxtdakı 32 nömrəli tam orta məktəbi bitirib.
Bu il ali məktəblərə III qrup üzrə keçirilən
qəbul imtahanında
670 bal toplayaraq
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dövlət
və bələdiyyə
idarəetməsi ixtisasına
daxil olub. 2013-cü ildə ulu öndər
Heydər Əliyevin
90 illik yubileyinə həsr olunmuş olimpiadada rayon üzrə
III yeri qazanıb.
Təhsilini ABŞ və
ya Almaniyada davam etdirmək istəyir. Ən böyük arzusu
ona göstərilən
etimadı doğruldaraq
ixtisası üzrə
savadlı mütəxəssis olmaqdır.
Şamxal
HACILI,
Azərbaycan Respublikasının Prezidenti
yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
1996-cı ildə Bakı şəhərində
anadan olub. 2013-cü ildə
Bakı şəhərindəki
32 nömrəli tam orta
məktəbi bitirib.
Ən çox sevdiyi fənn riyaziyyatdır. IX sinifdə oxuyarkən
Bakının Nizami rayonu üzrə keçirilən "Breyn-rinq"
yarışmasının qalibi
olub. Uşaqlıqdan DİA-nın tələbəsi
olmaq arzusunda olub. Qəbul imtahanında 670 bal toplayaraq DİA-nın inzibati idarəetmə fakültəsinə
qəbul olub.
Akademiyanın
tələbəsi olduğu
üçün özünü
çox xoşbəxt
hesab edir. Prezident təqaüdçüsü adını
ləyaqətlə daşımağı
və seçdiyi ixtisasın incəliklərinə
dərindən yiyələnərək
peşəkar mütəxəssis
olacağını qarşısına
məqsəd qoyub.
Xəyalə İSMAYILOVA,
Qafqaz Universitetinin tələbəsi
1996-cı ildə Sumqayıt şəhərində
anadan olub. 2002-ci ildə Sumqayıt şəhər
31 nömrəli orta məktəbin I
sinfinə daxil olub. 2013-cü ildə Sumqayıt
şəhərindəki N.Gəncəvi
adına texniki və təbiət elmləri liseyini bitirib. Orta məktəbdə oxuduğu müddətdə keçirilən bilik yarışlarında iştirak edib və uğurlar qazanıb. Bu il III qrup üzrə
ali məktəblərə qəbul
imtahanında 695 bal toplayaraq
Qafqaz Universitetinin dil və ədəbiyyat
müəllimliyi ( ingiliscə) fakültəsinə
daxil olmaqla öz arzusuna çatıb.
Prezident təqaüdünə
layiq görüldüyünə
görə ailə üzvləri adından
Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirir.
Ən
böyük arzusu ona göstərilən etimadı doğruldub Azərbaycanda tanınmış
müəllim olmaqdır.
Cavid
QƏDİROV,
Qafqaz Universitetinin tələbəsi
1996-cı ildə Bakı şəhərində
anadan olub. 2002-ci ildə Bakıdakı
14 nömrəli orta məktəbin I sinfinə
daxil olub. Sonra təhsilini 204 nömrəli
məktəbdə davam
etdirərək 2013-cü ildə
həmin məktəbi
bitirib.
Orta məktəb
illərində "Araz"
kurslarında fəal iştirak edib və tarix fənnindən
olimpiadada Xətai rayonu üzrə I yeri tutub.
Ali məktəblərə qəbul
imtahanında II qrup üzrə 680 bal toplayaraq
Qafqaz Universitetinin maliyyə (ingiliscə) fakültəsinə qəbul
olub.
Prezident
təqaüdünə layiq
görulməsindən qürur
hissi duyur. Universiteti fərqlənmə diplomu ilə bitirmək üçün
səylə çalışır. İxtisasını
dərindən öyrənmək
üçün dərsə
başladığı ilk gündən
ingilis dilində keçirilən kurslarda fəal iştirak edir.
Samir
BABAYEV,
Azərbaycan Tibb Universitetinin
tələbəsi
1995-ci ildə Bərdə şəhərində
anadan olub. 2013-cü ildə Laçın
rayon Çıraqlı kənd
tam orta məktəbində təhsilini başa vurub. Orta məktəb illərində iki dəfə "Yolumuz Heydər yoludur, bu yol vətənə
doğrudur" adlı
ümumrayon şeir müsabiqəsinin qalibi, məktəblilər
arasında keçirilən
"Cəsurlar" hərbi-idman
yarışlarının mükafatçısı
olub.
Bu il IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 681 bal toplayaraq
ATU-nun müalicə- profilaktika fakültəsinə
qəbul olub. Prezident təqaüdünə layiq
görüldüyünə görə üzərinə
düşən məsuliyyəti
ciddi dərk edir. Tələbəlik illərində
daha böyük uğurlar qazanmaq üçün səylə çalışır.
Hazırladı: Şakir CƏFƏROV
Azərbaycan müəllimi.- 2013.- 15 noyabr.- S.5.