Heydər Əliyev Azərbaycan
Konstitusiyasının
memarıdır
Naxçıvan Dövlət Universitetinin sosial idarəetmə və hüquq fakültəsində "Heydər Əliyev Azərbaycan Konstitusiyasının memarıdır" mövzusunda tədbir keçirilib. Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev çıxış edərək Konstitusiya günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
1995-ci ildə qəbul
olunmuş Konstitusiyanın müstəqil
Azərbaycanın ilk, ümumilikdə isə
respublikanın dördüncü
Konstitusiyası olduğu qeyd
edilib.
Sosial idarəetmə və hüquq
fakültəsinin dekan müavini,
fəlsəfə və sosial iş kafedrasının baş
müəllimi Abbas Əhmədov "Heydər
Əliyev Azərbaycan Konstitusiyasının
memarıdır" mövzusundakı məruzəsində bildirib ki, Konstitusiyanın
qəbulu cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklərə
yol açıb, insan
hüquq və azadlıqlarının
qorunması üçün əlverişli
şərait yaratmaqla həyatın bütün sahələrinin inkişafına
təkan verib. Natiq qeyd edib ki,
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın
hazırlanması zərurəti meydana
çıxıb. Bunun üçün
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyevin rəhbərliyi ilə xüsusi
komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq
müzakirəsinə çıxarılmışdır.
1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.
Vurğulanıb ki, Əsas Qanunun qəbul edilməsindən sonra ölkəmizdə bütün
sahələri əhatə edən genişmiqyaslı islahatlar nəticəsində böyük
inkişaf və tərəqqiyə nail olunub.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
Azərbaycan müəllimi.-
2013.- 15 noyabr.- S.3.