Bakı Pedaqoji
Kadrların İxtisasartırma
və Yenidənhazırlanma İnstitutunda Dövlət
Bayrağı və Konstitusiya günləri qeyd edilib
Noyabrın 8-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda ümumxalq bayramları - Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr edilmiş təntənəli yığıncaq keçirildi. İnstitutun professor-müəllim heyətinin, Gənclər Təşkilatının üzvlərinin qatıldığı tədbiri açıq elan edən rektor, professor Asəf Zamanov iştirakçıları bayramlar münasibətilə təbrik etdikdən sonra Dövlət himni səsləndirildi.
Natiq çıxışına davam edərək vurğuladı ki, qürur mənbəyimiz
olan və hazırda başımız
üzərində dalğalanan
bayrağımızın xalqımızın taleyi
kimi keşməkeşli, lakin
şanlı tarixi vardır.
Bildirildi ki, 28 may 1918-ci il tarixdə Tiflis şəhərində Azərbaycanın
Dövlət Müstəqilliyi elan olunduqdan sonra Gəncədə
fəaliyyət göstərmək məcburiyyətində qalan Azərbaycan Xalq
Cümhuriyyətinin müvəqqəti hökuməti iyunun 24-də dövlət atributları
haqqında qərarlar qəbul
etdi ki, onlardan birincisi dövlət
bayrağı ilə bağlı idi. Lakin Dövlət
bayrağının üzərindəki təsvirlər
hökumət Bakıya köçdükdən sonra da müzakirə mövzusu olaraq
qalırdı. 9 noyabr
1918-ci ildə, nəhayət ki, üç üfiqi göy, qırmızı və yaşıl rəngli
zolaqlardan ibarət, mərkəzində ağ aypara və səkkizguşəli
ulduz olan milli bayrağımız təsdiq edildi.
Diqqətə
çatdırıldı ki, türkçülüyü, müasirləşməni
və islam sivilizasiyasına mənsub olduğumuzu təsdiqləyən bu bayraq 28 aprel
1920-ci il çar
Rusiyasının Azərbaycana qarşı
işğalçılıq yürüşlərinə qədər
məmləkətimizin başı üzərində
dalğalandı. Sonrakı
70 ildə SSRİ-nin tərkibində olarkən
respublikamızda yeni sosial
quruluşu özündə əks etdirən
və bir neçə dəfə dəyişikliklərə
məruz qalan Dövlət bayrağı qəbul
edildi.
1990-cı
ildə isə SSRİ-nin süqutu
ərəfəsində uzun illərdən
sonra üçrəngli milli
bayrağımız noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin qərarı ilə dövlət
bayrağı kimi rəsmən elan edildi və Azərbaycan
SSR Ali Soveti
qarşısında vəsatət qaldırıldı ki, üçrəngli, ay-ulduzlu bayraq
Azərbaycanın dövlət bayrağı kimi
qəbul edilsin. Ulu
öndər Heydər Əliyev burada Azərbaycan
Xalq Cümhuriyyətinin
bayrağını Dövlət bayrağı kimi
rəsmən elan etdi.
O vaxt hələ Sovet İttifaqının dağılmasına
bir ildən də çox
vaxt qalırdı. Bizim
müstəqilliyə gedən yolumuz o gündən başladı. Elə o vaxtdan da
Azərbaycanımızın işıqlı gələcəyinin
təməli qoyuldu.
Professor Asəf Zamanov onu da vurğuladı ki, ulu öndər Heydər
Əliyevin siyasi kursunu
uğurla davam etdirən
möhtərəm Prezidentimiz İlham Əliyev də bu
mühüm dövlət atributu
ilə bağlı taleyüklü qərarlar
qəbul edib. O, 2009-cu il
17 noyabr tarixli sərəncamı
ilə noyabrın 9-nu rəsmən
Dövlət Bayrağı Günü elan edib.
2010-cu il
sentyabrın 1-də isə Dövlət Bayrağı
Meydanının açılış mərasimi oldu. İndi bu meydanda dünyanın ən
hündür bayrağı
dalğalanır. Dövlətimizin hər bir
uğurunun, hər bir
qələbəsinin başı üzərində
üçrəngli, ay-ulduzlu
bayrağımız dalğalanır. Hazırda
dünyanın 70 ölkəsində Azərbaycanın müxtəlif
statuslu diplomatik
nümayəndəlikləri üzərində də Dövlət
bayrağı dalğalanır. Əminik ki,
tezliklə bu bayraq
Xankəndi və işğal olunmuş digər rayonlarımızın
başı üzərində dalğalanacaq.
Natiq çıxışını daha bir bayramın tarixi ilə davam etdirərək
bildirdi ki, 12 noyabr - Milli
Konstitusiyamızın qəbul edildiyi gündür. Hər iki mühüm dövlət atributunun
qəbulunun bir həftəyə
düşməsi simvolik olduğu
qədər də qanunauyğundur. Çünki onlar bir-birini tamamlayırlar. Müstəqil və müasir Azərbaycanın memarı olan ümummilli lider Heydər Əliyev digər milli qürur günlərimizlə
yanaşı, konstitusiya ilə
bağlı da milli
maraqları rəhbər tutan mühüm qərarlar qəbul etmişdir. Hələ 1978-ci ildə ölkəmiz
Azərbaycan SSRİ tərkibində
olarkən yeni qəbul edilmiş
Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili
dövlət dili kimi yer almışdır. Müstəqillik
dövründə isə 1995-ci ildə Prezident
Heydər Əliyevin rəhbərliyi altında yeni
konstitusiyanın hazırlanması ilə bağlı xüsusi işçi qrupu yaradıldı və çoxsaylı
müzakirələrdən sonra - 1995-ci il noyabrın
12-də ümumxalq referendumu
ilə Azərbaycan Respublikasının yeni
konstitusiyası qəbul edildi.
Sonrakı dövrdə ölkəmizin inkişafı ilə
bağlı yaranan zərurətlər nəticəsində
Əsas Qanunda müvafiq
dəyişikliklər edildi.
Preambula, 5 bölmə, 12 fəsil və 158 maddədən
ibarət olan Azərbaycan Respublikasının
Konstitusiyası ölkəmizin əsas qanunu
kimi vətəndaşların həyat və
fəaliyyətini tənzimləyir. Demokratik
dəyərlərə əsaslanan konstitusiyamızda
xalqımızın bütün
hüquqları, o cümlədən təhsil
almaq hüququ geniş əks olunub. Təhsil
sahəsinin işçiləri kimi, biz Əsas Qanunun
qarşımızda açdığı geniş
imkanların şahidiyik. Son
dövrdə Prezident İlham
Əliyev cənablarının "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncamı
bu həqiqəti bir daha təsdiqləyir. Biz də
çalışacağıq ki, ölkə
başçımızın bizim üçün yaratdığı münbit şəraitdən faydalanaq,
vətənimizə yeni-yeni dəyərli
töhfələr verək.
Sonra tədbirdə institutun
professor-müəllim heyətinin digər üzvləri
çıxış edərək Dövlət bayrağı
və Konstitusiya kimi mühüm atributların hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olduğunu,
gənc nəslin vətənpərvərlik ruhunda
formalaşmasında böyük rol
oynadığını vurğuladılar.
Tədbirin sonunda institutun Gənclər
Təşkilatının üzvləri də
çıxış edərək hər iki
bayram münasibətilə institut kollektivini və
xalqımızı təbrik etdilər.
BPKİYİ-nin Mətbuat xidməti
Azərbaycan müəllimi.- 2013.-
15 noyabr.- S.3.