Yaponiyanın "Tokyo Boeki Technology Ltd" şirkətinin
nümayəndələri Bakı Dövlət
Universitetində olublar
Yaponiyanın "Tokyo Boeki Technology
Ltd" şirkətinin prezidenti
Kazuey Uçida,
satış və marketinq şöbəsinin direktoru Keiji
Takigawa, şirkətin Ukrayna ofisinin direktoru Aleksey Şpak və
mühəndisi Vitaliy Tinkov Bakı Dövlət Universitetində
olublar. Qonaqlar BDU-nun Nano araşdırmalar laboratoriyasına
baş çəkib və "Tokyo Boeki Technology Ltd"
şirkətindən alınmış cihazların
hazırkı vəziyyətləri ilə tanış olublar.
Nano araşdırmalar laboratoriyasında professor Məmmədəli Ramazanov
cihazların texniki vəziyyəti və bu cihazlar vasitəsi
ilə aparılan tədqiqatlar barədə onlara ətraflı
məlumat verib.
Sonra qonaqları BDU-nun rektoru, akademik Abel Məhərrəmov
qəbul edib. Görüşdə Bakı Dövlət
Universitetində elektron mikroskopunda işləmək
üçün treninq mərkəzi yaratmaq, gələcəkdə
müxtəlif sahələrdə, materialşünaslıq,
nanotibb, nanotoksikologiya və neftçıxarmada
nanotexnologiyanın tətbiqi istiqamətlərində
danışıqlar aparılıb və razılığa gəlinib.
Qeyd edilən istiqamətlərdə treninqlər aparmaq
üçün Yaponiyanın nüfuzlu şirkət və
universitetlərindən mütəxəssislərin,
professorların dəvət olunması üçün
müzakirələr aparılıb.
BDU-nun bilikli və bacarıqlı tələbələrinin
elmə həvəsinin artırılması məqsədi ilə
"Tokyo Boeki Technology Ltd" şirkətinin xüsusi təqaüdünün
verilməsi qərara alınıb. BDU-da təbiət elmləri
istiqamətində elm muzeyinin, innovasiya texnologiyalarının
elektron nümayişi üçün xüsusi sahənin
yaradılması məsələləri, skanedici elektron
mikroskopunun daha geniş imkanlarla işinin təmin edilməsi və
nümunələrin tədqiqata hazırlanması məqsədilə
xüsusi qurğunun alınması barədə də
razılıq əldə edilib.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.-
2013.- 15 noyabr.- S.2.