Coğrafiya fənninin tədrisində
fəal təlimin əhəmiyyəti
Bütün dünya kimi Azərbaycan Respublikası da III minilliyə qədəm qoymuşdur. Bu gün məktəbdə təlim alan uşaqlar yaxın gələcəkdə cəmiyyətimizin tamhüquqlu üzvləri olacaqlar. Qarşıya belə bir sual çıxır: "Gələcəyin təlimi necə olmalıdır? XXI əsrdə insanlara vacib olan bilik, bacarıq, vərdiş və keyfiyyətlər hansılardır?".
Biz sürətlə dəyişən dünyada yaşayırıq. Elmin,
texnika və texnologiyanın
sıçrayışlı inkişafının şahidləriyik.
Daima dəyişən həyata
alışmaq üçün çevik olmaq, yeni şəraitə uyğunlaşmaq,
öz qabiliyyətlərini gerçəkləşdirməyi
bacarmaq, özünüinkişafa
və özünütəkmilləşdirməyə
hazır olmaq zəruridir. Bu
gün pedaqoji ictimaiyyətin
qarşısında duran vacib
məsələlərdən biri,
yaradıcılığa meyilli, geniş dünyagörüşə malik, hərtərəfli biliyə yiyələnmiş
şəxsiyyətin formalaşdırılmasıdır.
Qarşısındakı
şagirdə tələb olunan keyfiyyətləri
aşılamaq isə, ilk növbədə,
orta məktəb müəlliminin vəzifəsidir. Deməli, müəllim
də öz gələcək fəaliyyətini
yeni əsaslarla qurmağa
çalışmalıdır.
Müasir təlim metodlarından istifadə, ilk növbədə, müəllimin öz işinə yaradıcı
yanaşmasına, şagird-müəllim münasibətlərində
səmimiliyin yaranmasına imkan verir, ikinci bir
tərəfdən isə şagirdlər müstəqil fikir yürütməyə vərdiş edir, onların tam fəallığı
təmin olunur,
onlar yeni bilikləri
hazır şəkildə yox,
apardıqları tədqiqatın gedişində əldə
edirlər.
Yeni texnologiyalarla qurulan müasir dərsdə
müəllim istiqamətverici rol
oynayır. Burada əsas fikir
və söz şagirdindir.
Müasir dərslər motivasiya
ilə başlayır. Burada əsas məqsəd
yaddaş məktəbindən təfəkkür
məktəbinə keçməkdir. Yaddaş
məktəbində biz şagirdə
yalnız bilik verməklə məşğul
idik. Verdiyimiz biliklərin həyata tətbiqinə o qədər də əhəmiyyət verilmirdi. İndi
şagirdlərdən öyrəndiyi bilikləri həyata tətbiq
etmək bacarığı tələb olunur.
Ənənəvi dərsdə şagirdin
özünün tədqiqata
qatılmasına şərait yaradılmırdı, müasir üsullarda isə
əksinə, şagird özü düşünür,
sintez edir, tədqiqat
aparır, nəticə çıxarır.
Uzunmüddətli pedaqoji təcrübəyə malik
coğrafiya müəllimi kimi
mən də fəal təlim metodlarını dərslərimdə
tez-tez tətbiq edirəm.
IX sinifdə "Qərbi
Avropa ölkələri" mövzusunda keçdiyim fəal
dərsin bəzi məqamlarını oxuculara
çatdırmaq istəyirəm.
Dərsin ilk mərhələsində liderlik
və nüfuz haqqında söhbət
aparılır. Kompüterin köməyilə şagirdlərə Avropa İttifaqı və Avropa
Şurasının bayraq və iqamətgahları,
Avropanın iri şəhərləri, mühüm turizm bölgələri,
Eyfel qülləsi, dünyanı qərb
və şərq yarımkürələrinə bölən
Qrinviç rəsədxanası, Cəbəllütariq
boğazı və s. slaydlar şəklində
göstərilir.
Şəkillər və
slaydlar vasitəsilə tədqiqat
sualı müəyyənləşdirilir:
Biz bu regionu
nə üçün öyrənirik?
Qrupların
cavabları:
1. Çox
böyük iqtisadi
gücünə, həm də siyasi
çəkisinə görə.
2. Dünya
təsərrüfatının mühüm
mərkəzlərindən biri olduğuna görə.
3. İnsan
haqları və vətəndaş hüquqlarının
yüksək səviyyədə qorunduğu
regiondur.
4. Siyasi
dünyagörüşümüzü
artırmaq üçün.
Avropa köhnə,yaxud yeni
dünya adlanır?
Qərbi Avropa ölkələrinin hamısının inkişaf etmiş ölkələrə
aid edilməsinin səbəbi nədir?
Ayrı-ayrı
qrupların cavabları meyarlar cədvəlində
öz qiymətini alır.
Dərsin əsas hissəsi
olan tədqiqatın aparılması qruplar şəklində təşkil olunur.
I qrup
- Qərbi Avropanın iqtisadi-coğrafi mövqeyi, ərazi, təbii ehtiyatları
II qrup
- Qərbi Avropanın əhalisi
III qrup
- Sənaye və kənd təsərrüfatı
IV qrup
- Nəqliyyat və xarici əlaqələri
Məlumatın
mübadiləsi və müzakirəsi:
Hər bir qrupun təqdimatı
digər qruplar tərəfindən dinlənilir.
Şagirdlərin əldə
etdikləri biliklərin mövzu çərçivəsində
qalması diqqət mərkəzində saxlanılır.
Təcrübə
göstərir ki, qrup
halında tapşırıqların yerinə yetirilməsi
şagirdlərin qarşılıqlı əməkdaşlığına
və biliyi sərbəst əldə etmək
bacarıqlarının inkişaf etməsinə
şərait yaradır.
Ümumiləşdirici
nəticə:
Ayrı-ayrı qruplara test
tapşırıqları təqdim olunur.
Hər bir qrup öz cavablarını müəllimə təqdim
edir, cavablar hazır şablonlar vasitəsilə yoxlanılaraq, nəticələr
ümumiləşdirilir.
Ayrı-ayrı
qrupların aldıqları ballar toplanaraq meyarlar cədvəlində
qeyd olunur. Qalib komanda elan
olunur.
Dərsin sonunda mövzu ilə
bağlı açılmış sərgi həm şagirdlərə,
həm də qonaqlara təqdim olunur.
Refleksiya:
1. Mövzunun
keçilməsi sizə nə verdi?
2. Avropa-Azərbaycan əlaqələri
haqqında nə bilirsiniz?
3. Avropada
təhsil almaq istərdinizmi?
4. Avropa mövzusu ilə bağlı daha nələri öyrənmək istərdiniz?
Zalxa RAZIYEVA,
N.Allahverdiyev adına Qax şəhər 2
nömrəli məktəb-liseyin coğrafiya müəllimi
Azərbaycan müəllimi.- 2013.- 22 noyabr.- S.3.