Əlil uşaqların əl işlərindən ibarət sərgi

 

Azərbaycan  Dövlət Gənc Tamaşaçılar Teatrında Respublika Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə  əlil və kimsəsiz uşaqların  əl işlərindən ibarət satış-sərgi nümayiş olunub.

"SOS" Uşaq kəndinin, "Ümid yeri" uşaq sığınacağının və Bakıdakı uşaq evlərinin sakinlərinin əl işlərindən ibarət sərgi tamaşaçılarda xoş ovqat  yaradıb. Sərgidə  yeniyetmə rəssamların rəngli boya ilə çəkilmiş 100-ə yaxın tablosu, əl ilə toxunmuş işləri, muncuqlardan düzəldilmiş bəzək əşyaları və digər aksessuarların nümayişi ilə yanaşı, onların  satışı da təşkil olunub.

 

Sifai SƏFƏROVA

 

Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.12.