Üçüncü İslam Həmrəyliyi

Oyunlarının qalibi

 

Sarıyeva Yekaterina Andreyevna 1995-ci ildə Bakıda anadan olub.  11 yaşından atletika idman növünün üçtəkanla tullanma bölməsi  ilə məşğul olur. Hazırda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının I kurs tələbəsidir. Yekaterina sentyabrın 27-də İndoneziyanın Palembanq şəhərində keçirilən 3-cü İslam Həmrəyliyi Oyunlarında atletikanın üçtəkanla tullanma növü üzrə I yerə çıxıb. İdmançımız əldə etdiyi qələbə, qazandığı uğurlarözü  haqqında bunları əlavə etdi:  Ən böyük arzum olimpiya oyunlarında ölkəmizi layiqli təmsil edərək olimpiya çempionu olmaqdır.

 

- Mən idmançı  ailəsində böyümüşəm. Atamanam idmanın atletika növü üzrə veteran idmançılardır. 3-4 yaşlarımdan atam mənə evdə akrobatik hərəkətləri öyrədirdi. Hər gün müxtəlif idman hərəkətlərini öyrənirdim. Atamın ən böyük arzusu məni bu idman növü üzrə təcrübəli bir idmançı kimi görmək olub. Məktəbə  gedəndə artıq mən sinif yoldaşlarıma və müəllimlərimə akrobatik hərəkətlər göstərirdim. Onlar da mənim bu istedadımı görüb heyrətlə baxırdılar. Məktəbdə keçirilən tədbirlərə də məni dəvət edirdilər. Məktəb illərində idman dərslərini digər dərslərdən çox sevirdim. İdmana maraq mənə babamdanata-anamdan keçib. Kiçik yaşlarımdan idmanla məşğul olmuşam. Ancaq professional idmana 11 yaşından, daha dəqiq desəm , 2002-ci ildə 32 kq çəki dərəcəsində  başladım.  Mən 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində yeniyetmələr üzrə baş məşqçi, respublika dərəcəli hakim, yığma komandanın üzvü Nazim İsrafilovdan idmanın gimnastika növünün sirlərini öyrənməyə başladım.  İki ildən sonra məşqçi-müəllimim Nazim İsrafilovun məsləhətini qəbul edib, müəyyən təcrübə qazanıb  yarışlarda iştirak etməyə başladım. Məşqçi-müəllimimlə mənim birgə gəldiyimiz  qərar gələcəkdə qazanacağım bütün uğurlar üçün bir zəmin oldu.

- Bir idmançı kimi ölkəmizi beynəlxalq turnirdə  təmsil etmək nə deməkdir?

- Təbii ki, milliyyətindən asılı olmayaraq bütün idmançıların ən böyük arzusu o olur ki, qatıldığı yarışmalarda qalib olsun.  Mən qalib gəldiyim yarışlarda çox sevincli dəqiqələr yaşayıram. Zəfər qazanandan sonra çempionatların keçirildiyi dövlətlərdə  qalibiyyətimin nəticəsi olaraq, təmsil etdiyim ölkəmin himni mənim qələbəmə görə  səsləndirilir... bayrağımız  qaldırılır... dalğalandırılır. İnanın ki, o anlarda keçirdiyim hisslərimi sözlə ifadə etməkdə acizəm.

Nazim İsrafilov, baş məşqçi: 

- Bəzi idmançılar haqqında ilk gündən rəy vermək olur. Belə idmançılar arasında Yekaterinanın adını xüsusi qeyd etmək lazımdır. Bu idmançı çalışqanlığı, verilən tapşırıqları dərhal yerinə yetirməklə idmançılar arasında həmişə seçilib. Onun yaxşı bir idmançı kimi yetişməsində valideynlərinin də rolu çox böyük olub. Yekaterinanın valideynləri də akrobatika ilə məşğul olubidman aləmində tanınıb. Onun yaxşı idmançı kimi ölkəmizi layiqli təmsil edəcəyinə inanıram.

Elman Rzazadə, 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru:

-  Yekaterina haqqında onu demək olar ki, bu idmançının yaşının az olmasına baxmayaraq çox güclü bir idmaçımızdır. O, ölkədaxili çempionatlarda həmişə yaxşı nəticə qazanmışdır. Birinci ildən məşqçilər onun haqqında müsbət rəy verdilər. Onun güclü bir idmançı kimi yetişməsində, şübhəsiz, müəllimləri ilə birgə valideynlərinin də böyük köməyi olmuşdur. Çünki valideynləri idmanı çox sevir və özləri də zamanında atletika ilə məşğul olublar. Sonradan məşqlər davam etdikcə verilən proqnoz  özünü doğrultdu. Bundan da qabaq Qazaxıstanda keçirilən beynəlxalq yarışda o, birinci yerə çıxıb.

 

Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.12.