Əl işlərinə
həsr olunmuş müsabiqə
Respublika Texniki
Yaradıcılıq Mərkəzində məşğul olan dərnək üzvlərinin əl işlərinə
həsr olunmuş
respublika baxış müsabiqəsi keçirilib. Müsabiqədə
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş
şöbəsinin aparıcı məsləhətçisi Təranə
Aslanova, texniki
yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri,
Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru Məhəmməd
Novruzov, Respublika Gənc
Turistlər və Diyarşünaslıq Mərkəzinin rəhbəri Alik Məmmədov
və qaliblər iştirak ediblər.
Tədbiri
giriş sözü
ilə açan mərkəzin direktoru Qorxmaz Əliyev qeyd edib ki,
müsabiqənin keçirilməsində məqsəd burada məşğul olan
məktəblilərin yaradıcılıq
potensiallarının üzə çıxarılması və
inkişaf etdirilməsi üçün
stimulların yaradılması və respublikada
fəaliyyət göstərən
texniki yaradıcılıq mərkəzlərinin
dərnəklərinə cəlb olunmuş
məktəblilər arasında təcrübə mübadiləsinin
təşkili olmuşdur. Müsabiqə iki mərhələdə və 4 nominasiya üzrə keçirilib.
Müsabiqədə 37 rayon, şəhər
texniki mərkəzlərinin üzvləri iştirak ediblər
və respublika mərhələsinə
237 iş təqdim olunub.
Respublika mərhələsində hər nominasiya üzrə müsabiqədə iştirak etmiş məktəblilərin
yaş qrupları nəzərə
alınmaqla I, II və III yerləri tutmuş
qaliblər müəyyənləşdirilib.
Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar
müəssisələrlə iş
şöbəsinin aparıcı məsləhətçisi Təranə
Aslanova müsabiqədə yer tutan qalibləri təbrik
edərək onlara uğurlar
arzulayıb.
Sonda qaliblər
diplom və hədiyyələrlə
mükafatlandırılıb.
Rəşad RAMAZANOĞLU
Azərbaycan müəllimi.- 2013.- 6 dekabr.- S.10.