Təbriklərə bayram arzuları da
qatılır
5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR
Altmış
yaşı, otuz səkkiz il
iş stajı olan Yunis müəllimi yəqin ki,
bu ildəki qədər təbrik edən
olmayıb. Yunis müəllim bu il "Ən
yaxşı müəllim" müsabiqəsində qalib gəlib və qaliblərin
mükafatlandırılması haqqında Prezident
sərəncamı mətbuatda dərc olunandan
ona təbriklər ünvanlanır.
Ziyalılar, ağsaqqallar, müəllim
yoldaşları pedaqoji kollektivlər,
şagirdləri, vaxtilə dərs dediyi məzunlar
ona telefon
açır, görüşünə gəlir, qazandığı
yüksək ada və mükafata
görə sevindiklərini bildirirlər. Beynəlxalq Müəllimlər
Gününü qeyd etdiyimiz bu günlərdə
bu təbriklərə həm də bayram arzuları əlavə olunub.
Bu təbriklərin arxasında, sözsüz, Yunis müəllimin
sevib-seçdiyi peşədə
qazandığı hörmət, ad-san,
peşəkarlığı, müəllimə məxsus
keyfiyyətləri özündə tam təcəssüm
etdirməsi, şagirdlərinə sevgisi,
işinə məsuliyyəti durur.
Yunis Allahqulu oğlu Quliyev 1954-cü
ildə Naxçıvan Muxtar
Respublikasının Şahbuz rayonunun Kükü kəndində
ziyalı ailəsində dünyaya göz açıb. Atası A.H.Quliyev
respublikamızın tanınmış ziyalılarından biri, əməkdar müəllim olub.
Y.Quliyev 60 illik ömrünün 38 ilini gənc
nəslin təlim-tərbiyəsinə həsr edib.
O, 1975-ci ildə ADPU-nu bitirərək öz doğma kəndində
əmək fəaliyyətinə başlayıb. Bu illər ərzində qəlbinin odunu, gözünün nurunu gənc nəslin tərbiyəsi yolunda sərf edib. Dərs dediyi 1000-dən çox şagirdin
hamısı əsl vətəndaş kimi
yetişib, onlardan
500-dən çoxu ali
təhsilli mütəxəssisdir, 50 məzun kimya,
kimya-biologiya müəllimi, 10 nəfəri
kimya üzrə fəlsəfə doktoru, bir nəfəri kimya elmləri doktorudur.
Məzunlardan Prezident təqaüdçüsü
olanlar da var. Şagirdlərindən əksəriyyəti
öz peşəsinin vurğunu
olan, xalqın sevgisini
qazanan sənət sahibləridir. Bu illər ərzində 100-dən çox şagirdi respublika kimya
olimpiadasının qalibi olub.
Yaradıcı pedaqoq kimi tanınan Y.Quliyev pedaqoji fəaliyyətini
elmi axtarışlarla birləşdirən
müəllimlərdəndir. İndiyədək dövri mətbuatda, radio
və televiziyada 500-dən artıq məqaləsi
dərc olunub və səsləndirilib.
"Maddə kütləsinin saxlanması qanununu
M.V.Lomonosov, yoxsa N.Gəncəvi
kəşf etmişdir?", "H.Cavidin fəlsəfi
görüşləri", "A.Eynşteynin
həyat və fəaliyyəti", "Bizim
ana dilimiz",
"N.Gəncəvinin fəlsəfi dünyası",
"Ailə dağılmasın", "Asudə vaxtdan səmərəli istifadə edək"
və s. kimi məqalələri
geniş oxucu kütləsi
tərəfindən rəğbətlə
qarşılanıb.
25 dəfə
elmi-praktik konfranslarda
məruzəsi dinlənilib və dəfələrlə I yerə
çıxıb. 2004-cü ildə Sumqayıtda keçirilən
nüfuzlu beynəlxalq konfransda
məruzəsi dinlənilən, I yerə çıxan və kitab şəklində dərc olunan
yeganə orta məktəb müəllimidir. Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasının qəbul
imtahanları ilə bağlı apardığı təhlilə
görə son 12 ildə Naxçıvan Muxtar Respublikasında bütün
fənlər üzrə ən yüksək nəticə Şahbuz rayonunun Kükü kəndində kimya
fənnindən olmuşdur. Bunda isə Y.Quliyevin xidmətləri
şübhəsizdir.
Mütaliəni çox sevən bu
ziyalının şəxsi kitabxanasında 2000-dən çox kitab, təqribən
bir o qədər də
elmi jurnal var.
Pedaqoji fəaliyyəti Təhsil Nazirliyi tərəfindən ümumiləşdirilərək
yayılan, haqqında ayrıca bülleten
buraxılan Y.Quliyev barədə dövri mətbuatda çoxlu
oçerk, məqalə və şeirlər
yazılıb.
Yunis müəllim öz
müvəffəqiyyətini məktəb kollektivinin
uğuru, ümumiyyətlə,
Naxçıvan MR təhsilinə verilən yüksək qiymətin
nümunəsi hesab edir.
Hər il olduğu kimi, bu il
də Naxçıvan MR Ali Məclisinin sədri
ali məktəblərə qəbul
imtahanlarında 500-dən çox bal toplayan 312 nəfəri
pul mükafatı və qiymətli hədiyyələrlə
mükafatlandırıb. Bundan başqa, il ərzində
yüksək nəticələr göstərən orta məktəb şagirdlərinə kompüter dəstləri verilib.
Şahbuz rayonundan 102
gənc ali məktəbə qəbul olunub, onlardan 27-si 500-dən
artıq bal toplayıb. Kükü
məktəbinin məzunlarından 16 nəfəri ali məktəbə qəbul olunub.
Bu, məktəbin tarixində ən
yüksək nəticədir. Şübhəsiz ki, bunlarda da
Yunis müəllimin zəhmət payı çoxdur.
Yunis Quliyev müsabiqədə qalib gəlməsi münasibəti ilə ona ünvanlanmış təbrikləri
respublikamızın Prezidenti cənab İlham Əliyevin təhsilə verdiyi yüksək qiymətin bariz
nümunəsi kimi qiymətləndirir, bu diqqət və qayğıya, ümumiyyətlə,
dövlətimizə şərəflə qulluq
edənlərə layiqli qiymət verdiyinə görə ümummilli liderimiz Heydər
Əliyevin layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını
bildirir.
Qəlbinin
odu, gözünün
nuru ilə şagirdlərin yoluna bundan sonra
da işıq saçmağı özünün həyat amalı sayan Yunis müəllimi
peşə bayramı münasibəti ilə ürəkdən
təbrik edir,
ona şərəfli fəaliyyətində
daha böyük uğurlar arzulayırıq.
Yusif ƏLİYEV
Azərbaycan
müəllimi.- 2013.- 4 oktyabr.- S.6.