Peşəsinin vurğunu
5 OKTYABR BEYNƏLXALQ MÜƏLLİMLƏR GÜNÜDÜR
Bu yaşa qədər
bu cür
düşünmüşəm və yəqin ki,
bundan sonra da belə düşünəcəm ki, ömrümün ən
şirin vaxtını məktəb illərində
yaşamışam. Məktəb illərimi tez-tez
xatırlayıram və təbii ki, o illəri mənə xatırladan dəyərli
insanlar olur. Rəna Seyidova belə insanlardandır. Rəna
müəllim gözəl və səfalı Gədəbəy
rayonunun İsalı kəndindən Azərbaycan
Dövlət Pedaqoji Universitetinin
ibtidai təhsilin pedaqogikası və metodikası fakültəsinə və
Nəsimi rayon Abdulla Şaiq adına 54 nömrəli orta məktəbə qədər gün kimi aydın və
saf bir ömür
yolu keçib.
Rəna müəllim
insanın əxlaq və xarakterini ucaldan və ona əbədiyyət
şüurunu aşılayan elə bir peşənin sahibidir ki, yer üzündə ona bərabər ikinci bir peşə sahibi
göstərmək mümkün deyil. Təbii ki, burada söhbət
"müəllim" sözündən getmir,
müəllimlikdən gedir. Müqəddəs
olan da "müəllim"
sözü deyil, məhz
müəllimlikdir. Ona görə ki, bir peşə nə qədər
müqəddəs olursa-olsun, əgər
peşə sahibi öz
vəzifəsini layiqincə yerinə yetirmirsə və ya yetirə bilmirsə burada
heç bir müqəddəslikdən
söhbət gedə bilməz. Rəna müəllim öz vəzifəsini və işini
layiqincə yerinə yetirən insanlardandır. Cəmiyyətimiz
ancaq Rəna müəllim kimi
bilikli, savadlı, sənətinin vurğunu olan, öyrətməyi
sevən və bacaran müəllimlərin
əlində ucala bilər. Rəna
müəllim gənc nəslin formalaşmasında böyük rol oynayan, neçə-neçə uşaqlara qələm tutub
yazmağı öyrədən, hər il
keçdikcə öz bildiklərini onlarla bölüşən və
bölüşdükcə, danışdıqca daha da zənginləşən
dəyərli bir insandır.
Rəna müəllim
haqqında ayrı-ayrı adamların bütün
fikir və düşüncələri, arzu və istəkləri demək olar ki, eyni
mənbədən qidalanır. O mənbənin adı sevgidir, o mənbənin
adı müəllimlikdir. Onu tanıyandan
sonra düşündüm
ki, əsl müəllim belə
olmalıdır. Xalqının, bütövlükdə bəşəriyyətin
gələcəyi, onun əxlaqi kamilliyi, qazandığı elmi
yalnız insanlığın xeyrinə istifadə etmək
amalı Rəna müəllimin düşüncəsinin
mayasıdır.
Rəna müəllim
bir də ona görə
xoşbəxtdir ki, o,
54 nömrəli orta məktəbin kollektivi ilə bir yerdə
çalışır. Məktəbin direktoru
Sahibə Abbasovanın xidmətləri və mütərəqqi
fəaliyyəti danılmaz bir faktdır. İnsan bütün bu faktların şahidi olduqca heyrət edir. Məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Zeynəb
Qasımova haqqında məktəbin müəllim kollektivi və şagirdlər arasındakı
fikirlərdən sonra ürəyimdən
külək kimi bir hiss keçdi: Kaş təzədən
doğulaydım, kaş təzədən
məktəbə gedəydim, kaş təzədən
1-ci sinifdə oxuyaydım, kaş oxuduğum məktəb 54 nömrəli orta məktəb olaydı. Və kaş ibtidai sinif müəllimim Rəna müəllim
olaydı. Kaş belə işıqlı
insanlardan dərs alaydım.
Pərvanə İBRAHİMOVA
Azərbaycan
müəllimi.- 2013.- 4 oktyabr.- S.6.