Məqsədimiz Dünya şahmat tacını

Azərbaycana gətirməkdir

 

1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbi  bunu hədəf götürüb

 

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də uğurlarımız artmaqdadır. Məhz bu inkişafın nəticəsidir ki, hər il idmançılarımız dünya, Avropa və beynəlxalq turnirlərdə iştirak edərək  Vətənimizə qızıl medallarla dönürlər. Azərbaycanda idmanın bütün növləri üzrə peşəkar və güclü idmançılar hazırlanır. Təbii ki, idmançıların hər hansı bir idman növünün sirlərinə mükəmməl şəkildə yiyələnməsində, güclü idmançı kimi yetişməsində respublikamızda fəaliyyət göstərən idman məktəblərinin rolu çox böyükdür. Haqqında söhbət açacağımız idman məktəbi də güclü idmançıları və təcrübəli məşqçi müəllim kollektivi ilə seçilir. Bakıdakı 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbi  əldə etdiyi  uğurları ilə diqqət çəkir. Məktəbin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün bu günlərdə yolumuzu bu tədris ocağından saldıq. Öyrəndik ki,  şahmat  məktəbi  1981-ci ildə yaradılmışdır. Altı   məşğələ otağı və iki  zaldan ibarət məktəb iki  növbədə fəaliyyət göstərir. Məktəbdə 35 müəllim şahmatın sirlərini şagirdlərə öyrədir. 

 

"Məktəbimizdə güclü şahmatçılar yetişir"

 

Natiq Ələkbərov, 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbinin direktoru: Bizimlə söhbətinə ölkəmizdə bütün sahələrə olduğu kimi, idman sahəsinə də dövlətimiz tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd etməklə başladı. Bildirdi ki, məhz bu diqqət və qayğı sayəsində istedadlı uşaq və gənclərin aşkara çıxarılıb inkişaf etdirilməsi məqsədi ilə "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" qəbul edilərək həyata keçirilmişdir. Hazırda isə dövlət başçısının xüsusi sərəncamı ilə qəbul olunmuş "2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı" həyata keçirilməkdədir. Bütün bunlara  görə ölkə başçısı İlham Əliyev cənablarına idmançılar və idmansevərlər adından minnətdarlığını  bildirən N.Ələkbərov qeyd etdi ki, məhz möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən layihələr, görülən işlər sayəsində idmanımız  günü-gündən inkişaf edir, Azərbaycan  dünya ölkələri arasında tanınır.  İdmanın şahmat növünə də xüsusi diqqət göstərilir.  N.Ələkbərov bildirdi ki,  direktor vəzifəsinə təyin olunduğu 1997-ci ildə burada 10 müəllim şahmat və damanın sirlərini  250 şagirdə öyrədirdi. İlk vaxtlardan məktəbə şagird axını artırıldı.  2000-ci ildən məktəb yeni uğurlar qazanmağa başladı. Əldə olunan ilk uğurlar məktəb kollektivi və şagirdlərdə yüksək əhvali-ruhiyyə yaratdı. Şagirdlər respublika  və beynəlxalq turnirlərdə iştirak etməyə başladılar. Məktəb  qısa müddət ərzində əldə etdiyi uğurları ilə tanındıqdan sonra şagird axını bir az da artaraq 450-500 nəfər oldu.  Təhsil müəssisəsinə istedadlı və təcrübəli müəllimlər cəlb olundu. 2001-ci ildə məktəb olimpiya statusu aldı. Şagirdlər hər il Avropadünya çempionatlarında uğurla iştirak edərək yüksək nəticələr əldə edirdilər. 2003-cü ildə Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı idman məktəbi", "İlin ən yaxşı idmançısı" və "İlin ən yaxşı şahmat müəllimi" nominasiyalarında da məktəbimiz iştirak etdi və yüksək nəticələr  qazanaraq qalib oldu. Bu da məktəbdə böyük sevincə səbəb oldu.  2003-cü ildə əsası  qoyulan 2013-cü ilə kimi hər il keçirilən bu müsabiqədə məktəb  mükafata layiq yerləri tutub.  Direktor əlavə etdi ki, bu illər ərzində şagirdlərimiz yaxşı təcrübə qazanaraq beynəlxalq qrossmeyster, beynəlxalq usta, FİDE ustası adlarına layiq görülüblər. Demək olar ki, həmin müddətdə 5 beynəlxalq qrossmeyster, 5 beynəlxalq usta və 6 FİDE ustası yetişdi. Məktəbin eyni zamanda yığma komandasının üzvləri sırasında şagirdlərin sayı 10 il ərzində 138 nəfərə çatdı. Bundan başqa, məktəbin şagirdləri digər yarışlarda da yüksək nəticələr əldə ediblər. İdmançılarımız  müəyyən yaşa çatdıqdan,  dərəcələr  aldıqdan sonra  məktəbə məşqçi-müəllim təyin olunurlar.

N.Ələkbərov qeyd etdi ki, ixtisaslı kadr çatışmazlığı  əsas problemlərdən biri idi. Zaman keçdikcə kadr məsələsi də həll olundu. Məktəbimizdə bu gün beynəlxalq qrossmeysterlər, FİDE  ustaları və beynəlxalq ustalar 800-ə yaxın şagirdə şahmatın sirlərini öyrədirlər. Onu xüsusilə qeyd etmək istərdim ki, hər il məktəbin yetirmələri dünyaAvropa çempionatlarından yüksək nəticə əldə edərək ölkəmizə qızıl, gümüş, bürünc medallarmükafatlar gətirirlər. 1993-cü ildən bu günə kimi respublikaya dünyaAvropa çempionatlarından şahmat üzrə 84 medal gətirilib.  Bunlardan 30-a qədər medal məktəbimizin payına düşür. Bütün bunlar məktəbin müəllim və şagird kollektivini sevindirir və hər il bu nəticələr daha  da artır.  Hər il 16 yaşlılar arasında keçirilən məktəblilərin olimpiadasında da məktəbimiz mükafata layiq yerləri tutur.  Bundan başqa, Təhsil Nazirliyi tərəfindən keçirilən çempionatlarda, beynəlxalq və ölkədaxili turnirlərdə məktəbin  şagirdləri I, II, III yerlərə çıxıblar.

N.Ələkbərov əlavə etdi ki, Azərbaycanda şahmat əvvəlki illərlə müqayisədə xeyli inkişaf edib. Ölkəmiz demək olar ki, idman ölkəsidir. Bildiyimiz kimi, ölkə başçısının göstərişi ilə orta məktəblərdə şahmat dərslik kimi tədris olunur. Şahmat elə bir idman növüdür ki, hər bir insanın təfəkkürünü, düşüncəsini, hafizəsini formalaşdırır. Bu gün bizim fəxr etdiyimiz Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Vüqar Həşimov kimi dünyada ilk sıraları tutan şahmatçılarımız var. Məktəbimizdə  güclü şahmatçılar var. Yetirmələrimizdən Nərmin Kazımova, Xəyalə Abdulla, Bəhruz Rzayev, Nərmin Söyünlü, Pərvanə İsmayılova, Qədir Hüseynov  2010-cu ildə orta məktəbi bitirərək  qəbul imtahanı vermədən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman  Akademiyasına daxil olublar. Bundan başqa, 12 yaşlı Günay Məmmədzadə yeddiqat, 11 yaşlı Abdulla Qədimbəyli isə beşqat dünyaAvropa çempionatının mükafatçısıdır.

Sonda direktor məktəbin yetirmələrinə inamını və arzusunu belə ifadə etdi:  İstərdim ki,  digər idmançılarımız da yüksək nəticələr əldə etsinlər, onlar da ölkə başçısı tərəfindən yüksək səviyyədə medallarlayaxud da qiymətli hədiyyələrlə təltif olunsunlar, dünya şahmat tacını Azərbaycana gətirsinlər, məktəbin idmançıları və məşqçi-müəllimləri də bunu bayram sevinci ilə qeyd etsinlər. 

 

"Məktəbin uğurları bizi çox sevindirir"

 

Nailə Rzaquliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri: Məktəbdənkənar təhsil müəssisələri şagirdlərin asudə vaxtının təşkili, onların istedadının artırılmasında önəmli  rol oynayır. Ona görə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu sahə üzrə çox ciddi işlər gördü. İlk növbədə, məktəbdənkənar müəssisələrdə fəaliyyət göstərən dərnəklərin istiqamətinin düzgün olub-olmaması məsələləri araşdırıldı. Yəni elə  dərnəklər var idi ki, müasir tələblərə cavab vermirdi, onlar artıq müəyyən dövrünü keçmişdi. Həmin bölmə və dərnəklərin məktəblərdə fəaliyyət göstərməsinə ehtiyac qalmırdı. Bu, idman məktəblərinə və yaradıcılıq mərkəzlərinə aiddir. Biz bu dərnəkləri sistemləşdirdik. Lazımsız dərnəklərin fəaliyyətini dayandırdıq, sonda  bu sahənin inkişaf etdirilməsi və  müəyyən nəticələrin əldə olunması məsələsi gündəmə çıxdı. Məktəbdənkənar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı ciddi işlər  görməyə başladıq. Bizim üçün əhəmiyyət kəsb edən məsələlərdən biri idman, o cümlədən şahmat məktəblərinin inkişafi ilə bağlı idi. Bu barədə  cənab Prezidentin müvafiq sərəncamı ilə proqram təsdiq edildi. 

Proqramın təsdiqindən sonra bu sahədə işlər daha da keyfiyyətli görülməyə başladı. Biz 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbi üçün proqramın tələblərinə uyğun işlər gördük.  İlk növbədə, fəaliyyətinin gücləndirilməsi üçün məktəbə  yardımlar göstərildi. Kadr təminatının yaxşılaşdırılması sahəsində, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində  addımlar atıldı. Əlbəttə, maddi-texniki bazanın yaxşılaşdırılması ilə bağlı addımlar atarkən  məktəbin ümumi xüsusiyyətləri nəzərə alındı. Bildiyimiz kimi, məktəbin binasının vəziyyəti o qədər də yaxşı deyil. Biri var ki, bina ayrı olsun, birvar ki, hansısa bir binanın birinci mərtəbəsində fəaliyyət göstərsin,  müəyyən məhdud sayda otaqlara malik olsun.  İlk növbədə, bütün orta  ümumtəhsil məktəb  rəhbərlərinə  tapşırıq  verildi ki,  öz  məktəblərinin bazasından bu idman məktəbinin istifadəsi üçün tam şərait yaradılsın.

Bu gün 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbində  çox uğurlu addımlar atılır. Bu məktəbin uğurları bizi çox sevindirir. İstər respublika, istərsə də  beynəlxalq yarışlarda yüksək səviyyədə məktəbin yetirmələrinin çıxışı bunu deməyə əsas verir.  Əgər hər hansı bir məktəb məhdud şəkildə fəaliyyət göstərirsə, beynəlxalq aləmə çıxmırsa, həmin   məktəbin fəaliyyətinin düzgün qiymətləndirilməsi bir qədər  çətinlik törədir. Əgər beynəlxalq arenaya çıxırsa, bir-biri ilə, nəticələri  dünya şahmatçıları ilə müqayisəli şəkildə təhlil olunursa, demək bu məktəb haqqında xüsusi fikir yürütmək olar. Bu gün şahmat məktəbinin yetirmələri dünyaAvropa yarışlarında öz sözlərini deyirlər.  Biz inanırıq ki, gələcək dünyaAvropa çempionları bu məktəbin yetirmələri olacaqdır. Məktəb kollektivinə qarşılarına qoyduqları məqsədlərinə çatmağı arzulayırıq. 

 

"Məktəbin ümumi nailiyyətləri

ölkə üzrə ən yüksək səviyyədədir"

 

Ağababa  İbrahimov,  Təhsil  Nazirliyinin  Tərbiyə  və məktəbdənkənar müəssisələrlə şöbəsinin müdiri:  1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbi respublikanın şahmat məktəbləri içərisində uzun illərdir ki, liderliyini qoruyur. İşlərində çox böyük uğurlar var. Məktəbdə çox güclü məşqçi kollektivi formalaşmışdır. Onlar içərisində çoxlu əməkdar məşqçi, beynəlxalq qrossmeyster, beynəlxalq ustaları, FİDE ustaları fəaliyyət göstərir. Məktəbin ümumi nailiyyətləri ölkə üzrə  ən yüksək səviyyədədir. Məktəb Təhsil Nazirliyinin keçirdiyi müsabiqə və yarışlarda əsasən birinci yerləri tutur. Ümidvaram ki, bu məktəbin yetirmələri həmişə beynəlxalq yarışlardan, olimpiadalardan və digər yarışlardan fərəhlə qayıdacaqlar, bizi sevindirəcəklər. Mən ümid edirəm ki, bu məktəbin yetirmələri ölkəmizə şahmat tacını gətirəcəklər. Onlara bütün fəaliyyətlərində uğurlar arzulayıram.

 

"Mən bir valideyn kimi öz övladımı burada olan

təcrübəli müəllimlərin ixtiyarına vermişəm"

 

Raqif Abbasov, Bakı Şəhər Gənclər və İdman Baş  İdarəsinin rəisi:  1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbinin yetirmələri istər Təhsil Nazirliyinin, istərsə də Bakı Şəhər Gənclər  İdman Baş İdarəsinin keçirdiyi yarışlarda həmişə yüksək  yerləri tutur. Əvvəlki illərlə müqayisədə biz görürük ki, burada müxtəlif yaş qruplarında əldə olunmuş nailiyyətlər və əmsalların artımı, o cümlədən yüksək müəllim-pedaqoji heyətin fəaliyyəti bizə onu deməyə əsas verir ki, məktəb düz yoldadır. Belə ki, bir neçə statistik rəqəmə baxdıqda  görərik ki, Avropadünya çempionatlarında mükafatçıların sayı artıq 30 nəfərdir. Azərbaycan Respublikasının milli yığma komandasına bugünkü günə qədər  yüzlərlə şahmatçı yetişdirilmişdir. Beynəlxalq turnirlərin mükafatçılarının sayı 363 nəfərdir. Beynəlxalq turnirlərin çempionları 180-dən çoxdur. Azərbaycan Respublikasının əməkdar məşqçilərindən 5-i məhz bu məktəbdə fəaliyyət göstərir. Beynəlxalq qrossmeysterlərin sayı 5 nəfərdir.  Beynəlxalq ustaların sayı 5, FİDE ustası 5 nəfərdir. 16 yaşadək respublika şahmat olimpiadasında məktəbin komandası  11 dəfə qalib seçilib. Məktəb "Yaxşıların yaxşısı" nominasiyası üzrə 3 dəfə qalib olub. "İlin ən yaxşı məşqçi-müəllimi" nominasiyasında bu məktəbin üç nəfər müəllimi  mükafat alıb. Üç şahmat dərsliyinin müəlliflərindən iki nəfəri məhz burada çalışır. Bu rəqəmlər özü-özlüyündə artıq məktəbin sanballılığına və Dövlət Proqramından irəli gələn məsələlərin icrasında fəallığına əyani sübutdur. Bunların hamısı böyük bir zəhmətin, əziyyətin nəticəsidir. Mən bir valideyn kimi öz övladımı burada olan təcrübəli müəllimlərin ixtiyarına vermişəm. Məktəbin maddi-texniki bazası ilbəil yaxşılaşır. İstər Təhsil Nazirliyinin, istərsə də Gənclər və  İdman Nazirliyinin bu məktəbə olan diqqətinin sayəsində biz bu nəticələri görürük. 

 

"Dövlət Proqramından irəli gələn məsələlərdən biri

orta məktəblərdə şahmatın fənn kimi tədrisidir"

 

Faiq Həsənov, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti:  2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişafı barədə Azərbaycan Respublikası  Prezidentinin  sərəncamı ilə Dövlət Proqramı qəbul olunmuşdur. Bu proqram bütün şahmat ictimaiyyəti və  şahmatçılar, məşqçilər üçün əsas  sənəddir. Biz bütün işlərimizi Dövlət Proqramının həyata keçirilməsi üzərində qurmalıyıq.  Dövlət Proqramında Azərbaycanda şahmat məktəblərinin və klublarının tamamilə yenidən qurulması və  istedadlı gənc  şahmatçıların aşkara çıxarılması nəzərdə tutulub. Eyni zamanda Dövlət Proqramından irəli gələn məsələlərdən biriorta məktəblərdə şahmatın fənn kimi keçilməsidir. Respublikamızda çoxlu şahmat məktəbləri var. Gənc istedadlı şahmatçıların yetişdirilməsində, üzə çıxarılmasında əsas bizim şahmat məktəblərinin üzərinə düşür.  Əgər biz müqayisə etsək, görərik ki, bu şahmat məktəbləri ildən-ilə artır və müasirləşir, onların  texniki bazası güclənir. Bütün bunlar onu göstərir ki, Təhsil Nazirliyi Dövlət Proqramı çərçivəsində bu işə çox ciddi yanaşır. Bu da ondan irəli gəlir ki, ölkə Prezidenti tərəfindən şahmata diqqət çox böyükdür. Şahmat məktəblərinin açılışında  cənab Prezidentimiz  iştirak etmişdir.  Bu da böyük məsuliyyət və bu sahəyə olan diqqətdir. Biz federasiya olaraq hər il şahmat məktəblərində işin qurulmasına nəzarət edirik. Bu cəhətdən, əlbəttə, mən  1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbinin fəaliyyətini çox yaxşı cəhətdən qeyd etmək istəyirəm. Çünki neçə illərdir ki, biz bu məktəbin yetirmələrinin  Avropadünya çempionatlarında əldə etdikləri yaxşı nəticələri görürük. Onlar məktəblilər arasında  Avropadünya çempionatlarında yüksək nəticələr, medallar qazanıblar.  Digər məktəblərlə müqayisədə  bu məktəbdə çox səviyyəli, peşəkar məşqçi kollektivi yaranmışdır. Bizim başqa məktəblərimizdə beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar çox azdır. 1 nömrəli  şahmat məktəbində elə qurulub ki, bütün respublikamızda olan güclü və peşəkar məşqçi-müəllimlər buraya cəlb olunub. Nəticə də göz qabağındadır. Hər bir yarışda biz görürük ki,  mükafatçılar sırasında bir qayda olaraq bu məktəbin yetirmələri öz yerini alır. Mən bunu nümunə kimi hər dəfə göstərmək istəyirəm ki,  bizim digər məktəblərimiz də 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Şahmat-Dama Uşaq-Gənclər İdman Məktəbindəki kimi işlərini  qursaydı, bizim işimiz xeyli asan olardı və bir daha yüksək səviyyəli şahmatçıların hazırlanmasının şahidi olardıq. 

 

Hazırladı: Rəşad ZİYADOV

 

Azərbaycan müəllimi.- 2013.- 11 oktyabr.- S.10.