BDU ilə Türkiyənin
3 universiteti
arasında müqavilə
imzalanıb
Oktyabrın
4-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Sinop
Universitetinin rektoru, professor Recep Bircan, Canık
Başarı Universitetinin rektoru,
professor Yunus Bekdemir, Kastamonu Universitetinin rektoru Seyit Aydının daxil olduğu Türkiyədən gələn
nümayəndə heyətini qəbul edib. Qonaqlara BDU
haqqında məlumat verən rektor Abel Məhərrəmov universitetin
üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən,
bu qurumlarla əməkdaşlıq
çərçivəsində həyata keçirilən
birgə qrant layihələri və proqramlardan danışıb.
Qonaqlar öz növbəsində
rəhbərlik etdikləri universitetlər haqqında məlumat
verib, əməkdaşlıq perspektivlərinə
toxunublar. Görüş zamanı qarşılıqlı maraq
doğuran məsələlər
müzakirə edilib və BDU ilə
ayrı-ayrılıqda Türkiyə universitetləri
arasında əlaqələrin yaradılması, müştərək
konfrans və simpoziumların keçirilməsi,
birgə proqram və layihələr
üzərində işlənilməsini nəzərdə
tutan əməkdaşlıq müqavilələri
imzalanıb. Çıxış edən rektorlar
müqavilənin işlək olacağına və əməkdaşlığın
səmərə verəcəyinə inandıqlarını
bildiriblər.
Sonda qonaqlar BDU-nun Heydər Əliyev muzeyi,
tədris, elmi-tədqiqat laboratoriyaları və mərkəzləri
ilə tanış olublar.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.-
2013.- 11 oktyabr.- S.5.