"Azərbaycanın
təhsil siyasəti: nəticələr və qarşıda duran
vəzifələr" mövzusunda respublika elmi-praktik konfransı
Lənkəran
Dövlət Universitetində "Azərbaycanın təhsil
siyasəti: nəticələr və qarşıda duran vəzifələr" mövzusunda
respublika elmi-praktik konfransı keçirildi.
Lənkəran
Şəhər İcra Hakimiyyəti, Lənkəran
Dövlət Universiteti və AMEA Lənkəran
Regional Elm Mərkəzinin
birgə keçirdiyi konfransı universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru,
əməkdar elm xadimi,
professor Asəf İsgəndərov açaraq konfransın məqsəd və vəzifələrindən
danışdı.
Azərbaycan
Respublikasının Dövlət himni səsləndi.
Sonra universitetin rektoru
A.İsgəndərov bildirdi ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi
və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən müasir Azərbaycan elmi
və təhsili beynəlxalq təcrübəyə əsaslanaraq
inkişaf edir. Qeyd edilib
ki, müstəqillik illərində bir sıra mərhələlərdən və
sınaqlardan keçən Azərbaycan təhsili bu gün yüksək inkişaf dövrünü
yaşayır. Hazırda təhsil sistemi
qarşısında kamil insan
və rəqabətə qabil şəxsiyyət
hazırlamaq kimi yüksək tələblər
durur.
Lənkəran
Rayon Təhsil Şöbəsi müdirinin müavini Güloğlan Bağırov, Lənkəran Tibb Kollecinin direktoru, tibb elmləri
namizədi İqbal Əmənullayev, Lənkəran
Humanitar Kollecinin direktoru Şaban Şəfiyev,
Astara Humanitar Kollecinin direktoru, fəlsəfə
elmləri namizədi Əlihəsən Həmzəyev, Cəlilabad
Rayon Təhsil Şöbəsi metodkabinetinin
müdiri Nadir Babayev, Masallı Rayon Təhsil
Şöbəsinin əməkdaşı Adıgözəl Eminov və başqaları məruzə edərək
Azərbaycanın təhsil siyasətindən, qazanılan uğurlardan, beynəlxalq təhsil sisteminə
inteqrasiya istiqamətində görülən
işlərdən və təhsil islahatları ilə
bağlı qarşıda duran vəzifələrdən
danışdılar.
Konfransda ölkədə milli
təhsil quruculuğu strategiyasının
uğurla həyata keçirilməsində
dövlət başçısının çoxcəhətli
və yorulmaz fəaliyyəti yüksək
qiymətləndirildi.
Qeyd edildi ki, təhsilimiz müasir tələblərə
uyğun qurulmaqla tədrisin
keyfiyyəti daha da
yaxşılaşdırılmalıdır. Konfransda
həmçinin məktəblərin maddi-texniki
bazasının gücləndirilməsi ilə bağlı təkliflər
səsləndi.
Təkliflərin
ümumiləşdirilib müvafiq orqanlara çatdırılması tövsiyə
edildi.
Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə müraciət qəbul edildi.
Konfransda
respublikamızın müxtəlif ali
məktəblərinin, qonşu
rayonların elm, təhsil müəssisələrinin
və Lənkəran ictimaiyyətinin nümayəndələri
iştirak edirdilər.
Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri
Azərbaycan müəllimi.- 2013.- 11 oktyabr.- S.5.