2013-cü ilin sülhiqtisadiyyat üzrə Nobel

mükafatı laureatlarının da adları açıqlanıb

 

Oktyabrın 11-də Nobel Mükafatları Komitəsi 2013-cü il Nobel sülh mükafatına   Kimyəvi Silahların Qadağan Olunması Təşkilatını (OPCW) layiq görüb. Komitənin qərarında təşkilatın  "kimyəvi silahlara qarşı ümumi mübarizənin təşkilinə görə" fəaliyyətinə yüksək qiymət verilib.   Nobel komitəsinin məlumatında qeyd olunur ki, 1925-ci ildə qəbul olunmuş Cenevrə Konvensiyası  kimyəvi silahlardan istifadə olunmasını,   1992-1993-cü ildə qəbul olunmuş konvensiya isə kimyəvi silahın istehsalı və saxlanılmasını qadağan edir. 1997-ci ildə qüvvəyə minmiş konvensiyanı bu günə kimi 190 dövlət imzalayıb.   Suriyadakı son hadisələr kimyəvi silaha qarşı mübarizənin gücləndirilməsi zəruriliyini bir daha göstərib. 

 

Sülh üzrə Nobel mükafatı laureatı

 

Təşkilat adından təbrikləri qurumun baş katibi, türkiyəli diplomat Əhməd Üzümçü qəbul edib.  Əhməd Üzümçü 1951-ci il avqustun 30-da Türkiyənin Armutlu vilayətinin Yalova şəhərində anadan olub. Ankara Universitetinin siyasi elmlər fakültəsinin xarici əlaqələr şöbəsinin məzunudur. Türkiyənin İsraildəki diplomatik nümayəndəliyinin  keçmiş rəhbəri, 2002-2004-cü illərdə Türkiyənin NATO-dakı daimi nümayəndəsi  olub.  2006-2010-cu illərdə Türkiyənin BMT-dəki daimi nümayəndəliyinin rəhbəri işləyib.   Ə.Üzümçü  2008-ci ildə Cenevrədəki  Diplomatiya Məktəbində tərksilahsilahlara nəzarət sahəsindəki görkəmli  xidmətlərinə görə fəxri doktor elmi adına layiq görülüb.   

Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı 1997-ci il aprelin 29-da yaradılıb, müstəqil beynəlxalq təşkilatdır.  Təşkilat Suriya münaqişəsinin nizamlanmasında birbaşa iştirak edib.  OPCW hələ  sentyabr ayında vətəndaş qarşıdurması şəraitində olan  Suriyada kimyəvi silahların ləğv olunması planını təsdiq edib.    Dünya birliyi təşkilatın Nobel mükafatına layiq görülməsini razılıqla qarşılayıb. Təşkilatda isə hesab edirlər ki, yüksək mükafat bütün ölkələri kimyəvi silahları ləğv etməyin zəruriliyinə inandırmağa kömək edəcək. 

"Mən inanıram ki, Nobel sülh mükafatı qarşıdakı aylarda bizə kimyəvi silahlardan istifadənin qadağan olunması konvensiyasını bütün dövlətlərə yaymaqda kömək edəcək. Ümid edirik ki, biz buna tezliklə nail olacağıq", - deyə Əhməd Üzümçü bildirib. Nobel Mükafatları Komitəsinin rəsmi saytına verdiyi eksklüziv müsahibəsində Ə.Üzümçü mükafatın təşkilatın fəaliyyətinə yeni stimul verəcəyini vurğulayıb.

Qeyd edək ki, bu il sülh mükafatına rekord sayda - 250 namizəd göstərilib ki, onlardan 50-si beynəlxalq və ictimai təşkilatdır. Nobel komitəsinin üzvləri isə Əhməd Üzümçünün rəhbərlik etdiyi təşkilata səs veriblər.   

 

İqtisadiyyat üzrə Nobel mükafatı laureatları

 

Oktyabrın 14-də Nobel Mükafatları Komitəsi iqtisadiyyat sahəsində  2013-cü ilin Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. 2013-cü il iqtisadiyyat sahəsində Nobel mükafatı amerikalı alimlər Yucin Fam, Lars Peter HansenRobert Şillerə "aktivlərin qiymətlərinin empirik analizi" sahəsində tədqiqatlarına görə verilib. 

Qeyd edək ki, bu mükafat bütün dünyadan olan iqtisadçılar üçün başlıca elmi mükafat hesab olunur. Mükafat İsveç Dövlət Bankı tərəfindən təsis olunub. Bu mükafatın təsis edilməsi 1968-ci ildə bankın yaradılmasının 300 illiyinə həsr olunub. 

Yucin Fam 1939-cu ildə anadan olub, Çikaqo Universitetinin professorudur. 

Lars Peter Hansen 1952-ci ildə anadan olub. Çikaqo, İllinoys universitetlərinin professorudur.

Robert Şiller 1946-cı ildə anadan olub, Yel  Universitetinin professorudur.

 

Oruc MUSTAFAYEV

Azərbaycan müəllimi.- 2013.- 18 oktyabr.- S.8.