İngilis dilinin kommunikativ bacarıqlara

yiyələnmədəki roluonun

tədrisində diqqətəlayiq məqamlar

  

İngilis dili beynəlmiləl bir dildir. Hazırda dünyada elə bir yer yoxdur ki, orada ingilis dilini bilməsinlər.

Hamıya məlumdur ki, ingilis dilinin vətəni İngiltərədir. Dünya tarixində gedən proseslər nəticəsində bu dil dünyanın, demək olar ki, bütün hissələrinə yayılmışdır. Bu dildə həm şifahi, həm yazılı ünsiyyət vasitəsi kimi beynəlxalq biznes, diplomatiya  İnternet şəbəkəsində istifadə edilir. İngilis dili texnologiya beynəlxalq kommunikasiya üzrə qlobal dil sayılır, ədəbiyyatın bütün növlərinin, texniki kitab dərgilərin, eləcə elmi jurnalların dilidir. Bir çox ingilisdilli olmayan ölkələrin əhalisi onu ikinci dil kimi öyrənir. Buna görə şagirdlərin hələ aşağı siniflərdən bu dildə anlaşa bilməsi çox vacibdir.

Yaşadığımız əsrdə ölkələr sürətlə böyüyür, inkişaf edir. Təhsil isə bu inkişafın əsas tərkib hissəsini  təşkil edir. Bu baxımdan müəllimlərin üzərinə böyük yük düşür.

İngilis dili xarici dil olduğu üçün şagirdlərə bir qədər çətin gələ bilər. Ona görə bu fənni tədris edən müəllim, ilk növbədə, şagirdə dilin əhəmiyyətini aşılamalı, dilə maraq oyatmalıdır. Yeni təlim üsulları, metodları bu işdə aparıcı  rol oynayır. Nitqin inkişafı ilə əlaqədar mövzulara dair şəkillər üzrə işin təşkili buna misal ola bilər. Şagirdlər əvvəlcə şəkildə gördüklərinin adlarını deməyi öyrənir. Sonra sadə cümlələrdən istifadə edərək onlar haqqında fikir mübadiləsi aparır. Müəllim onlara kömək etmək məqsədilə müdaxilə edir. Bu zaman uşaqları maraqlandıran mövzuların seçilməsi məqsədəuyğun hesab olunur.

Müəllim şagirdə dilin mütəxəssisi kimi yanaşmamalı, əksinə, ona sərbəstlik verməlidir. Çünki şagird üçün tamamilə yad olan bir dilə aid ilkin dil bacarıqlarının öyrənilməsi bu bacarıqların bünövrəsinin necə qoyulması olduqca mühüm məsələdir. Müəllim unutmamalıdır ki, xarici dilin tədrisində əsas məqsəd dil öyrənənlərdə bu dildə dinləyib anlama, fikrini sərbəst ifadə etmə bacarıqlarının aşılanmasıdır. Hər bir xarici dilin, həmçinin, ingilis dilinin tədrisində əsas məqsəd nitq, dil ünsiyyət bacarıqlarının yaranması formalaşmasıdır. Bunun üçün hər təhsil pilləsinin öz vəzifəsi tələbləri mövcuddur:

Ümumi orta təhsil pilləsində şifahi nitqin inkişafı əsas tələb kimi götürülməklə şagirdlərdə ünsiyyət bacarıqlarının formalaşdırılması, lüğət ehtiyatının zənginləşdirilməsi, ən zəruri qrammatik anlayışların dil konstruksiyalarının mənimsənilməsi, oxu, yazı texnikası yazılı nitq, dinləyib-anlama vərdişlərinin inkişaf etdirilməsi təmin olunur.

Tam orta təhsil pilləsində əsas pillə üçün nəzərdə tutulan fəaliyyətlər inkişaf etdirilməklə şagirdlərin xarici dil üzrə kommunikativ bacarıqlara ünsiyyət mədəniyyətinə yiyələnmələri, lüğət ehtiyatının zənginləşdirilməsi, onlarda xarici dili dərindən öyrənməyə maraq oyadılması, dilini öyrəndiyi ölkə (ölkələr) ilə tanışlıq əsasında dünyagörüşlərinin genişləndirilməsi təmin olunur.

Xarici dilin təlimində qarşıya qoyulan tələbləri reallaşdırmaq üçün dörd məzmun xətti mövcuddur:

- Dinləyib-anlama

- Danışma

- Oxu

- Yazı

İngilis dilini tədris edən müəllim təlim prosesində bu dilin özünəməxsus xüsuyyətlərinin olduğunu nəzərə almalı, müəyyən məsələləri izah edərkən diqqətli olmalıdır. İngilis dilinin lüğətinin zənginliyi, qrammatikası, say sisteminin sadəliyi, formasının demokratikliyi kimi yaxşı xüsusiyyətlərindən başqa, bu dildə böyük çatışmazlıqlar da mövcuddur. İngilis dilinin tələffüz qaydalarının kifayət qədər qeyri-sistematik olması bu dilin öyrənilməsini çətinləşdirən ən mənfi cəhətlərdən biridir. Məsələn: "a" simvolunu götürsək, onun müxtəlif sözlərdə müxtəllif cür tələffüz olunduğunu görə bilərik. Məsələn: alone (tək, yalnız), all (bütün, hamısı),  age (yaş) sözlərində  "a" hərfi üç müxtəlif səs verir. Sell (satmaq) cell (zirzəmi) sözlərində isə "s" "c" hərflərinin hər ikisi [s] səsini verir. Bundan əlavə, xeyli sözdə tələffüz olunmayan artıq "l", "b" simvolu (debt, doubt, talk s.) ya  oxunmayan lal hərflər (believe, recieve s.) bu dilin tələffüzünü çətinləşdirən amillərdəndir.

Buna görə müəllim tədris zamanı belə məqamları xüsusilə qeyd etməlidir. Şagirdin yorulmaması, bezməməsi üçün interaktiv təlim metodlarından səmərəli istifadə etməlidir.

 

Səadət ZEYNALOVA,

Bakıdakı 250 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

 

Azərbaycan müəllimi.- 2013.- 18 oktyabr.- S.5.