"Bələdiyyə
demokratik dövlət idarəetməsinin
təsisatı kimi" mövzusunda diskussiya
Naxçıvan
Dövlət Universitetinin sosial
idarəetmə hüquq fakültəsində
"Bələdiyyə demokratik dövlət
idarəetməsinin təsisatı kimi"
mövzusunda diskussiya keçirildi.
Tədbiri giriş sözü ilə
universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov
açaraq qeyd etdi ki, XX əsr Azərbaycan
xalqının həyatında əhəmiyyətli və unudulmaz izlər qoymuşdur.
Azərbaycanda iqtisadiyyatın, elmin,
təhsilin, mədəniyyətin dirçəlişi və dinamik inkişafı, eləcə də yerli özünüidarəetmə orqanı olan bələdiyyələrin yaranması,
dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
qısa bir zamanda Azərbaycanın
beynəlxalq aləmdə böyük nüfuz qazanması,
sürətlə dünya birliyinə
inteqrasiyası ümummilli lider
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində
mümkün olmuşdur.
Rektor vurğuladı ki, Azərbaycan Respublikasında bələdiyyə
təhsili ildən-ilə təkmilləşir və genişlənir.
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun diqqət və
qayğısı nəticəsində universitetdə dövlət
və bələdiyyə idarəetməsi ixtisası
açılmışdır. Ölkənin digər ali təhsil müəssisələri kimi, Naxçıvan Dövlət Universitetində
də 2004-2005-ci tədris ilindən sosial
idarəetmə və hüquq fakültəsinin
nəzdində bələdiyyə və turizm
kafedrası yaradılmış, Dövlət və bələdiyyə
idarəetməsi ixtisası üzrə kadr
hazırlığına başlanmışdır. O da qeyd edildi
ki, kafedranın 2 əməkdaşı
Beynəlxalq Turizm Akademiyasının həqiqi
üzvüdür. Bu
sahədə hazırlanan kadrlar müvafiq işlərlə təmin olunurlar.
Naxçıvan bələdiyyəsinin
sədri Nuraləm İbrahimov mövzu ilə bağlı geniş
məlumat verərək bu sahəyə
dövlət tərəfindən xüsusi
diqqət və qayğı göstərildiyini də nəzərə
çatdırdı.
Naxçıvan
bələdiyyəsində vergi
şöbəsinin müdiri İbrahim Həsənov "Yerli
əhəmiyyətli sosial məsələlərin
həllində bələdiyyələrin rolu",
universitetin bələdiyyə və turizm kafedrasının müdiri
Hafiz Hüseynov "Bələdiyyələrin
inkişafına kadr təminatı və bu sahədə görülən işlər",
Naxçıvan bələdiyyəsinin baş
mütəxəssisi Akif Məmmədov
"Yerli əhəmiyyətli şikayət
və təkliflərin həll edilməsində bələdiyyələrin
rolu", universitetin bələdiyyə
və turizm kafedrasının müəllimi
Flora Kərimova
"Yerli özünüidarəetmə
orqanlarının inkişaf perspektivləri
və problemləri" mövzularında məruzələr
etdilər.
Sonda "Bələdiyyə demokratik
dövlət idarəetməsinin təsisatı kimi" adlı diskussiya
başlandı. Tələbələri maraqlandıran suallar cavablandırıldı.
Mina QASIMOVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı
Azərbaycan müəllimi.- 2013.-
18 oktyabr.- S.4.