"İnformasiya-Kommunikasiya
Texnologiyalarının
tətbiqi üzrə VII beynəlxalq konfrans
keçirilib
Oktyabrın 23-də
Bakı Dövlət Universitetində (BDU) "İnformasiya-Kommunikasiya
texnologiyalarının tətbiqi - AİCT 2013" VII Beynəlxalq
konfrans öz işinə
başlayıb. AICT 2013 Konfransı informasiya-kommunikasiya
texnologiyaları (İKT) və xidmətləri barədə yenilikçi ideyaları və müxtəlif
mövzuları müzakirə etmək məqsədilə iş adamları, tədqiqatçılar,
alimlər və sahə üzrə peşəkarları bir araya gətirmək üçün bir forumdur. Qeyd edək, ki "AICT 2013" 7-ci Beynəlxalq konfransı Bakı, Daşkənd və
Tbilisi şəhərlərində
keçirilən əvvəlki konfransların davamıdır.
Budəfəki konfrans Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi,
Təhsil Nazirliyi, Qafqaz
Universiteti, BDU, Lomonosov
adına Moskva Dövlət Universitetinin Bakı filialı, AMEA İnformasiya Texnologiyaları İnstitutu,
Azərbaycan Texniki Universiteti
ilə birgə təşkil olunur.
Konfransı açan rektor, akademik Abel Məhərrəmov
qeyd edib ki, yüksək texnologiyalar
əsri adlandırılan XXI əsrdə postsənaye ölkələrinin
iqtisadiyyat və infrastrukturunun
səviyyəsinin universal ölçüsünün
İKT olmasını xatırlatmağa ehtiyac
yoxdur. Bu amil hökumətin ardıcıl siyasəti nəticəsində
telekommunikasiya, teleradio
yayımı, internet-infrastruktur və
ümumilikdə İKT sektorunda böyük uğurların əldə edildiyi Azərbaycan üçün
də artıq uzun illərdir əhəmiyyət
kəsb edir. Diqqətə
çatdırılıb ki, hələ
1990-cı illərdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə
qayıdışı ilə ölkədə İKT sektorunu tənzimləyən ilk
qanunlar qəbul edilib,
mobil rabitənin təşəkkülü
üçün əlverişli şərait
yaradılıb, ilkin internet-infrastruktur
və s. formalaşdırılıb.
Təsadüfi deyil ki, 2013-cü il Prezident İlham Əliyev
tərəfindən "İKT ili" elan olunub. Ölkəmizdə
bu sahədə bir çox vacib addımlar
atılıb və əhəmiyyətli qərarlar verilib, İKT sahəsinin inkişafında böyük rol oynayan işlər görülüb.
Ölkəmizin süni peykinin orbitə
çıxarılması bu sırada
müstəsna yer tutan
xüsusi əlamətdar hadisədir və
son illərdə Azərbaycanın müasir, inkişaf etmiş, ən yeni və
qabaqcıl texnologiyalara yiyələnən
ölkə kimi imicinin
daha da möhkəmlənməsində
bu peykin müstəsna
rolu vardır. İKT-yə hər zaman xüsusi önəm
verən ölkə Prezidenti cənab İlham Əliyev qeyd etmişdir ki, "İKT
sahəsində Azərbaycan, doğrudan da, son illər ərzində
böyük uğurlar
əldə edib. Bu, həm
biznes, həm də zəka, intellekt sahəsidir. Eyni zamanda, innovasiya və
şəffaflığa təkan verən, xidmət göstərən
bir sahədir. Biz bu imkanlardan daha geniş şəkildə
istifadə etməliyik".
Daha sonra akademik Abel Məhərrəmov qeyd
edib ki, Azərbaycanın
İKT sektorunda
dinamik inkişaf
müşahidə edilir, yaxın gələcəkdə
bu sahə energetika ilə
yanaşı ölkə iqtisadiyyatının əsas istiqamətlərindən
biri ola bilər.
Ölkəmiz Cənubi Qafqazda informasiya cəmiyyətinə keçid
strategiyası qəbul etmiş birinci və yeganə
dövlətdir. Ümumilikdə isə Azərbaycan bu xarakterli strategiyanı qəbul
edən azsaylı ölkələrdən biridir.
Akademik Abel Məhərrəmov
vurğulayıb ki, İnternet
istifadəçilərinin say göstəricisinə
görə Azərbaycan MDB ölkələri arasında liderdir və ümumdünya
orta göstəricisini 2 dəfə
üstələyir.
Konfransda 26 ölkədən dəvət edilmiş nümayəndələrin 105 məruzəsi,
o cümlədən Azərbaycanın müvafiq elm və təhsil
müəssisələrinin nümayəndələri tərəfindən
təqdim edilmiş məruzələr
dinləniləcəkdir.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.- 2013.- 25 oktyabr.-S.4.