Azərbaycan təhsilinin
uğurları
Prezident təqaüdçüləri
Məlum olduğu kimi, 2013-2014 tədris ili üçün ali məktəblərə keçirilmiş qəbul imtahanlarında Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə ayrılmış 36 min 537 plan yerinə 33 min 745 gənc qəbul olunub.
Onlardan
10 min 812-si I qrupa, 9 min 698-i ikinci qrupa, 9 min 615-i üçüncü
qrupa, 3 min 620-si dördüncü
qrupa qəbul edilib.
Qəbul
imtahanlarında üçüncü
ixtisas qrupu üzrə 4 nəfər,
dördüncü ixtisas
qrupu üzrə isə 2 nəfər maksimum - 700 bal toplayıb.
Hər il olduğu kimi, bu il
də tələbə
qəbulu imtahanlarında
ixtisas qrupları üzrə ən yüksək nəticələr
göstərmiş və
ölkəmizin ali məktəblərinə daxil
olmuş bir qrup tələbə (102 nəfər) Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin 13 sentyabr
2013-cü il tarixli sərəncamı ilə
Prezident təqaüdünə
layiq görülüb.
Bu nömrəmizdən başlayaraq onları təqdim edirik:
Nərminə MURĞUZOVA,
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının tələbəsi
Tovuz
rayonunun Bozalqanlı kəndində anadan olub. 2013-cü ildə orta məktəbi doğulduğu, boya-başa
çatdığı kənddə
bitirib. Bu il III qrup üzrə keçirilən
qəbul imtahanında
700 bal toplayaraq
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının siyasi
idarəetmə fakültəsinin
hüquqşünaslıq ixtisasına
daxil olub. Təhsil aldığı
ali məktəb
haqqında əvvəllər
yaxşı sözlər
eşidən Nərminə
akademiyada dərslər
başladıqdan sonra
eşitdiklərindən daha
maraqlı anların şahidi olub.
DİA-da yüksək bilik əldə etmək üçün doğrudan
da hər cür şərait var.
Bu gün o, DİA-nın tələbəsi olması ilə fəxr edir. Sevincinin hədd-hüdudu yoxdur.
Çünki ölkə
Prezidentinin verdiyi sərəncamda Prezident təqaüdünə layiq görülən
tələbələr sırasında onun da adı var.
Vaxtının çoxunu
kitabxananın oxu zalında keçirən Nərminənin
ən böyük arzusu ona göstərilən etmadı doğruldaraq savadlı hüquqşünas
olmaqdır.
Fatma
İSMAYILOVA,
Azərbaycan Dillər Universitetinin
tələbəsi
Naxçıvan
Muxtar Respublikasının
Naxçıvan şəhərində
anadan olub. 2002-ci ildə Bakı şəhərindəki
164 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olsa da, sonra ailə vəziyyəti ilə əlaqədar təhsilini Naxçıvan
şəhər Heydər
Əliyev adına tam orta məktəbdə davam etdirib. Təhsil aldığı
müddətdə məktəblilər
arasında keçirilən
Azərbaycan dili və ədəbiyyat fənni üzrə olimpiadaların respublika turunda iştirak edərək I yerə layiq görülüb. Həm də məktəblilər
arasında keçirilmiş
"Mənim hüquq
və vəzifələrim"
adlı hüquq olimpiadasında I dərəcəli
diplom alıb.
2013-cü ildə orta
məktəbi qızıl
medalla bitirib. Uşaqlıqdan ADU-nun tələbəsi olmaq arzusunda olub, nəhayət arzusu həyatda reallaşıb. Qəbul
imtahanında 687 bal toplayaraq Azərbaycan Dillər Universitetinin pedaqoji fakültəsinə
qəbul olub.
Universitetin
tələbəsi olduğu
üçün özünü
çox xoşbəxt
hesab edir. Təhsil aldığı müddətdə
bir neçə xarici dil öyrənmək
fikrindədir.
Fatma
bildirib ki, dövlətimiz təhsilə və gəncliyə xüsusi diqqət və böyük qayğı göstərir. Belə
olan şəraitdə arzum
ali məktəbi fərqlənmə diplomu ilə bitirməkdir.
Əsmər İSKƏNDƏROVA,
Azərbaycan Tibb Universitetinin
tələbəsi
İmişli rayonunda anadan olub. 2002-ci ildə rayonun A.Eminov adına 7 nömrəli orta məktəbinin birinci
sinfinə daxil olduğu gün heç vaxt Əsmərin yadından çıxmır. O, orta məktəbdə oxuduğu
müddətdə müəllimlərinin biliklərindən lazımınca
faydalanıb.
Həmin vaxtlarda
məktəbdə keçirilən bilik yarışlarında
həmişə yaxından
iştirak edib və uğurlar qazanıb. Bu il ali məktəblərə qəbul imtahanında 695 bal toplayaraq
Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika
fakültəsinə daxil
olmaqla öz arzusuna qovuşub.
Əsmər Prezident təqaüdünə layiq
görüldüyünə görə ailə üzvləri adından Prezident cənab İlham Əliyevə öz təşəkkürünü
bildirir.
Ən böyük
arzusu ona göstərilən etimadı
doğruldub, insanların
sağlamlığı keşiyində durmaq üçün yaxşı
həkim olmaqdır.
Flora
QAFAROVA,
Qafqaz Universitetinin tələbəsi
Sumqayıt
şəhərində anadan
olub. Sumqayı şəhər N.Gəncəvi
adına Texniki və təbiət elmləri liseyini bitirib.
Orta
məktəb illərində
fənn olimpiadalarında
fəal iştirak edib.
Dediyinə görə,
hazırda oxuduğu ali məktəb
haqqında heç də geniş məlumatı yox imiş. Arzusu da bu universitetə qəbul olmaq imiş.
Ona görə də 700 balla bu ali təhsil
müəssisəsinə qəbul
olub, hazırda tərcüməçilik
fakültəsində təhsil
alır. O, bizimlə söhbətində universitetin
təsəvvür etdiyindən də üstün olduğunu dedi. Çünki burada oxumaq,
yüksək təhsil
almaq üçün
imkanlar genişdir.
Prezident təqaüdünə
layiq görulməsini qürurverici
sayan tələbə
üçün bu böyük dəstəkdir.
Həm də bu təqaüd
Azərbaycan gəncinə,
Azərbaycan elminə
dövlət qayğısının
sübutudur. Dövlət tərəfindən verilən
bu təqaüd həm də hər kəsi yaxşı oxumağa sövq edir.
Prezidentimizin bu
diqqətini elmin sirlərinə dərindən
yiyələnməsi ilə
doğrultmağa çalışacağını
deyən gənc gələcəkdə Azərbaycana
lazımlı bir mütəxəssis olmağı
arzulayır.
Məhəmməd İSMAYILOV,
Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət
İdarəçilik Akademiyasının
tələbəsi
Bakı şəhərində anadan olub. 2013-cü ildə
paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təhsilini başa vurub. Məktəbə gedən ilk
gündən dərslərini yaxşı oxuyaraq, yoldaşları arasında həmişə
fərqlənib. Oxuduğu müddətdə "Araz"
kurslarının bilik yarışlarında III yer, XI sinifdə
oxuyanda isə tarix fənnindən Bakı şəhəri
üzrə keçirilən olimpiadada I yeri tutub. Orta məktəbi qızıl medalla
bitirib.
Bu il III ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 700 bal toplayaraq
DİA-nın siyasi idarəetmə fakültəsinin
hüquqşünaslıq ixtisasına
qəbul olub. Məhəmməd bildirib ki, Prezident təqaüdünə layiq görüldüyünə görə
üzərinə düşən
məsuliyyəti ciddi
dərk edir və təhsildə daha böyük uğurlar qazanmağa çalışır.
Hazırladı: Şakir CƏFƏROV
Azərbaycan müəllimi.-
2013.- 25 oktyabr.- S.8.