Naxçıvan Özəl
Universitetində konfrans
Naxçıvan Özəl Universitetində Dövlət Müstəqilliyi Günü münasibətilə "Müstəqil Azərbaycan 22" mövzusunda konfrans keçirildi. Universitetin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent İbrahim Kazımbəyli konfransı açaraq xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu olduğunu diqqətə çatdırdı.
Bildirildi ki, bəşəriyyətin
yetirdiyi Heydər Əliyev kimi
nadir dühalar isə
özləri bütöv bir
salnamə, tarix yaratmağa
qadir olurlar. Ulu öndərin
Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, vətən
və xalq qarşısındakı
ölçüyəgəlməz misilsiz
xidmətləri dahi şəxsiyyətlərin
tarixin gedişində həlledici rol oynadıqlarını əyani şəkildə
təsdiqləyən ən dəyərli nümunələrdəndir.
XX-XXI əsrlərin qovuşuğunda
Azərbaycanın demokratik və bəşəri
dəyərlərə sadiq müstəqil
bir dövlət kimi
formalaşması ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli
tələbi ilə hakimiyyətə
qayıdışının nəticəsi, titanik
siyasi fəaliyyətinin bəhrəsidir.
Ulu
öndər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini,
xalqın birliyinin təmin
olunmasını, ictimai-siyasi sabitlik və iqtisadi
dirçəliş üçün zəmin
yaradılmasını özünün
dövlətçilik strategiyasının əsas istiqamətləri
kimi müəyyənləşdirdi.
Konfransda vurğulandı ki,
Heydər Əliyevin siyasi, iqtisadi,
ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar
artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti
də, şəxsiyyəti də Azərbaycan tarixinin
ayrılmaz bir hissəsini təşkil edir. Hər bir
azərbaycanlının taleyində Heydər Əliyev
dühasının bir zərrəsi var. 1993-cü ilin iyun günlərində Azərbaycan xalqı taleyinin ən çətin, ağır
dönəmində, nəinki yenicə bərpa edilmiş müstəqilliyin, hətta ölkənin
özünün müqəddəratının
sual altına düşdüyü
bir vaxtda məhz öz tarixi müdrikliyinə
söykəndi və son dərəcə düzgün qərar qəbul etdi:
dünya şöhrətli siyasi xadim, ümummilli
lider Heydər Əliyevi respublika
rəhbərliyinə dəvət etdi. Beləliklə də 20 il bundan öncə ulu
öndər Heydər Əliyevin titanik siyasi kursu ətrafında
sıx birləşən və milli qurtuluşa, dövlət müstəqilliyinin
xilasına nail olan Azərbaycan
xalqı bununla onu böyük gələcəyə, sosial firavanlığa, xoşbəxt gələcəyə
aparan davamlı inkişaf
yoluna səfərbər oldu.
Qeyd olundu ki,
artıq dövlət müstəqilliyinin bərpasının
22-ci ilini yaşayan Azərbaycanın
bu dövrdə əldə etdiyi dövlət müstəqilliyinin möhkəmlənməsi,
beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı
inkişafının təmin olunması, xalqın rifah halının
mütəmadi olaraq yüksəlməsi və
digər tarixi nailiyyətlər silsiləsi
məhz ümummilli lider
Heydər Əliyevin xalqın çağırışı
ilə Azərbaycana rəhbərliyə
qayıdışından başlanır.
Sonra universitetin humanitar
elmlər kafedrasının müdiri, dosent Elbrus İsayevin
"Azərbaycanın dövlət müstəqilliyi
xalqımızın böyük tarixi nailiyyətidir", humanitar
elmlər kafedrasının müəllimləri, fəlsəfə
üzrə fəlsəfə doktoru Səbuhi
İbrahimovun "Müstəqil Azərbaycanın
dövlət quruculuğunda milli
mənəvi və bəşəri ideyalar",
Rövşən İsmayılxanlının "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin hüquqi əsasları", tarix
ixtisası üzrə III kurs tələbəsi
Nəsib Mustafayevin "Müstəqil Azərbaycanda dövlət gənclər siyasəti"
mövzularında məruzələri dinlənildi. Məruzələrdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi
Prezident İlham
Əliyev tərəfindən həyata keçirilən mühüm siyasi xəttin
bütün konturları ilə Azərbaycanın
dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi
və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə
xidmət etdiyi vurğulandı.
Sonda tələbələr vətənimizə
həsr edilmiş şeirləri bədii
qiraət etdi, müstəqilliyimizi əks
etdirən slayd nümayiş
etdirildi.
Nuray ƏSGƏROVA,
NÖU-nun Mətbuat xidmətinin rəhbəri
Azərbaycan müəllimi.-
2013.- 25 oktyabr.-S.10.