Dünya Elm və Mədəniyyət
Akademiyasının prezidenti
Bakı Dövlət
Universitetində olmuşdur
Sentyabrın
7-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov
Dünya Elm və Mədəniyyət Akademiyasının
prezidenti, İvo Slausu və Akademiyanın İdarə Heyətinin
sədri Garri Ceykobsu qəbul etmişdir.
BDU
haqqında qonaqlara məlumat verən rektor, universitetin
üzvü olduğu birlik və assosiasiyalardakı fəaliyyətindən,
bu qurumlarla əməkdaşlıq çərçivəsində
həyata keçirilən birgə qrant və proqramlardan, bu
ali məktəbdə təhsil alan və təhsil almaq istəyində
olan xarici tələbələrdən
danışmışdır.
Azərbaycanın
klassik universitetində olmaqdan məmnunluğunu ifadə edən
Dünya Elm və Mədəniyyət Akademiyasının
prezidenti İvo Slaus bildirmişdir ki, təmsil etdiyi qurum
1969-cu ildən fəaliyyət göstərir və hazırda
dünyanın ən nüfuzlu 675 alimin üzv olduğu elm mərkəzidir.
Görüş
zamanı qarşılıqlı maraq doğuran məsələlər
müzakirə edilmiş və Bakı Dövlət Universiteti
ilə Dünya Elm və Mədəniyyət Akademiyası
arasında əlaqələrin yaradılması, müştərək
konfrans və simpoziumların keçirilməsi, birgə
proqram və layihələr üzərində işlənilməsi
qərara alınmışdır.
Sonda
qonaqlar BDU-nun Heydər Əliyev muzeyi, tədris, elmi-tədqiqat
laboratoriyaları və mərkəzləri ilə
tanış olmuşlar.
BDU-nun Mətbuat və informasiya şöbəsi
Azərbaycan müəllimi.-
2013.- 13 sentyabr.- S.9.