Təhsil naziri valideyn himayəsindən
məhrum
olmuş uşaqlar üçün 1 nömrəli
internat-məktəbdə olmuşdur
Sentyabrın
16-da Azərbaycan Respublikasının təhsil naziri Mikayıl
Cabbarov Bilik Günü münasibəti ilə valideyn himayəsindən
məhrum olmuş uşaqlar üçün 1 nömrəli
internat-məktəbdə olmuşdur.
Təhsil naziri ilk öncə təhsil
müəssisəsi ilə tanış olmuşdur.
Məktəbdə təlim-tərbiyə alan
uşaqlara göstərilən xidmətlərlə
maraqlanan nazir uşaqlarla birlikdə nahar
etmiş, onların arzu
və istəklərini dinləmişdir.
Nazirə
məlumat verilmişdir ki,
1 nömrəli internat-məktəb 1963-cü ildə fəaliyyətə
başlamışdır. İnternat-məktəbdə
dövlət himayəsi altında yaşayan
159 şagirdin təlim-tərbiyəsi ilə
28 nəfər pedaqoji işçinin
məşğul olduğu bildirilmişdir.
Sonra nazir məktəbin
VIII və IX siniflərində vətənpərvərlik mövzusuna həsr olunmuş
dərsi tədris etmişdir. Şagirdlərlə
səmimi ünsiyyət əsasında təşkil edilmiş dərsdə interaktiv
təlim metodlarından geniş istifadə
olunmuşdur.
Qeyd edək ki, Təhsil
Nazirliyinin müvafiq əmrinə
əsasən, 2013-2014-cü tədris ilində ölkənin bütün ümumi təhsil
müəssisələrinin V-XI siniflərində ilk dərs saatı vətənpərvərlik
mövzusuna həsr olunmuşdur.
Dərsdə müəllimlə yanaşı, məktəbin
elm, təhsil, mədəniyyət, ədəbiyyat,
ictimai fəaliyyət, dövlət qulluğu, idman və digər
sahələrdə uğur qazanmış
nüfuzlu məzunlarından, valideynlərdən,
şəhər, rayon, qəsəbə və
kəndin nüfuzlu ziyalılarından və
ya rəhbər şəxslərdən
hər hansı birinin iştirakı nəzərdə
tutulmuşdur. Əsas məqsədi
ölkəmizin yeni cəmiyyət quruculuğunda gənc nəslin vətənpərvərlik
ruhunda yetişdirilməsi, onlarda
təhsilə, elmə marağın daha da artırılması və geniş
dünyagörüşün formalaşdırılmasından
ibarət olan dərs şagirdlər tərəfindən
maraqla qarşılanmışdır.
Azərbaycan müəllimi.- 2013.- 20 sentyabr.- S.7.