20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümünün qeyd edilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri
ƏMR EDİRƏM:
1. 20 Yanvar faciəsinin iyirmi üçüncü
ildönümünün keçirilməsi ilə əlaqədar
Təhsil Nazirliyinin tədbirlər planı təsdiq edilsin (əlavə
olunur).
2. Tədbirlər planına müvafiq olaraq
bütün təhsil müəssisələrində 10-18
yanvar tarixlərində Azərbaycanın azadlığı
uğrunda mübarizədə həlak olmuş şəhidlərin
xatirəsinə həsr olunmuş geniş tədbirlər həyata
keçirilsin.
3. Yerli təhsili idarəetmə orqanlarının rəhbərləri
görülmüş işlər barədə 25 yanvar
2013-cü il tarixinədək nazirliyə hesabat təqdim etsinlər.
4. İctimaiyyətlə əlaqə şöbəsi
(B.Hüseynzadə) əmri "Azərbaycan müəllimi"
qəzetində dərc etdirsin, tədbirlər planı ilə
birlikdə nazirliyin İnternet səhifəsində yerləşdirsin.
5. Ümumi şöbə (X.Fərəcov) əmr və
tədbirlər planının çoxaldılıb yerlərə
göndərilməsini təmin etsin.
6. Əmrin icrasına nəzarət nazir müavini
Q.Novruzova həvalə olunsun.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
7 yanvar 2013-cü il
Azərbaycan
müəllimi.- 2013.- 11 yanvar.- S.2.