Məktəblərdə
SMS gündəliklərin istifadəsi
genişlənir
"Elektron məktəb" layihəsinə qoşulmuş ümumtəhsil məktəblərində
SMS gündəliklərin istifadəsi genişlənir. Valideynlərə təklif olunan bu xidmət SMS vasitəsilə
övladlarının davamiyyəti və hər hansı fənn üzrə
aldıqları qiymətləri barədə məlumatları
onların mobil telefonlarına göndərilir.
Bu xidmətə hər bir valideyn tamamilə könüllü olaraq qoşulur. Xidmətin məqsədi valideynlərin
övladlarının davamiyyəti haqqında daha
operativ məlumat almasıdır. Mobil telefonlara SMS göndərilmə
əsasında fəaliyyət göstərildiyi üçün xidmət pulludur
və ayda 4 manat 72 qəpik
təşkil edir.
Elektron
gündəlik xidməti birbaşa olaraq elektron jurnalların
tətbiqi ilə əlaqədardır. Dövlət
Proqramı çərçivəsində həyata
keçirilən "Elektron məktəb"
layihəsinə daxil olan
ümumtəhsil məktəblərində elektron
jurnallar tətbiq olunmaqdadır. Layihə
çərçivəsində Bakı, Sumqayıt, Gəncə,
Şamaxı, Quba, Lənkəran, Ağdaş, Şirvan
şəhərlərində yerləşən 32 ümumtəhsil
məktəbində elektron jurnallar tətbiq olunur.
Təhsil
Sisteminin
İnformasiyalaşdırılması İdarəsindən
verilən məlumata əsasən, elekton jurnallardan istifadə edən məktəblərin
sırasına cari dərs ilində daha 11 məktəb
cəlb olunacaq. Yaxın illər ərzində
isə əksər ümumtəhsil
müəssisələrində elektron
jurnal tətbiq ediləcəkdir.
Eyni
zamanda qeyd etmək
lazımdır ki, valideynlər təmənnasız
olaraq Təhsil Nazirliyi
tərəfindən yaradılmış Təhsil
Portalının Valideyn elektron
nəzarəti sistemi vasitəsi ilə
şagirdlərin qiymətləri və davamiyyəti
haqqında məlumatları əldə edə bilərlər. Bundan əlavə, proqram
vasitəsi ilə məktəbin müdiriyyəti, müəllimləri
və digər valideynlər ilə interaktiv
ünsiyyət saxlamaq, məktəbin fəaliyyətinə
dair elanlarla (valideyn iclasları, yığıncaqlar, iməciliklər)
tanış olmaq imkanı da
vardır. Hazırda bu
sistemdən "Elektron məktəb"
layihəsində iştirak edən məktəb
şagirdlərinin valideynləri istifadə edir.
İnternet üzərindən bu xidmətə qoşulmaq
məqsədilə valideynlər məktəb tərəfindən
təqdim olunan müqaviləni doldurub imzalayaraq xüsusi login və parol ala bilərlər.
Azərbaycan müəllimi.- 2013.- 11
yanvar.- S.1.