Təhsil
Nazirliyində Akkreditasiya
Şurasının növbəti iclası keçirilib
Yanvarın
10-da Təhsil Nazirliyində Akkreditasiya
Şurasının növbəti iclası keçirilib.
İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay
Peşə Liseyi və Neftçala
Peşə Məktəbinin akkreditasiyasının nəticələri
müzakirə olunub.
Təhsil
naziri Misir Mərdanov
iclası giriş sözü
ilə açaraq təhsil müəssisələrinin
akkreditasiyadan keçirilməsinin əhəmiyyətini
qeyd edib və təhsilin
keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə reallaşdırılan tədbirlərin
zəruriliyini nəzərə çatdırıb.
Cəlilabad
Peşə Liseyində aparılmış akkreditasiyanın nəticələri
barədə məlumat verən həmin müəssisə
üzrə Akkreditasiya Komissiyasının
sədri Vidadi Quliyev bu təhsil ocağının ümumi
fəaliyyəti barədə fikirlərini bildirib.
V.Quliyev Cəlilabad Peşə Liseyində
müvafiq ixtisaslar
üzrə kadr
hazırlığının aparılması, liseyin
şagird kontingenti, məzunların
işlə təminatı və digər bu
kimi məsələlərdən söz açıb.
2
nömrəli Bakı Peşə Liseyi
üzrə Akkreditasiya Komissiyasının
sədri Vidadi Quliyev qeyd olunan müəssisədə
aparılmış araşdırma barədə məlumatı
nəzərə çatdırıb. V.Quliyev 2 nömrəli
Bakı Peşə Liseyinin fəaliyyət
istiqamətləri, mütəxəssis
hazırlığının keyfiyyəti, mühəndis-pedaqoji
heyəti, maddi-texniki bazası haqqında
danışıb, habelə liseyin fəaliyyətinin
statusuna uyğunluğu
göstəricilərini qeyd edib.
Göyçay Peşə
Liseyi üzrə Akkreditasiya
Komissiyasının sədri Mövlud
Hacıyev təqdimat-məruzəsində liseyin
fəaliyyəti, şagirdlərin hazırlıq səviyyəsi,
təhsil müəssisəsinin maddi-texniki
təminatı haqqında məlumat verib,
ümumilikdə akkreditasiyanın nəticələrindən bəhs
edib.
M.Hacıyev təqdimat-məruzəsində bildirib ki, Göyçay
Peşə Liseyinin akkreditasiyaya
təqdim olunmuş ixtisaslar
üzrə təhsil proqramlarının məzmunu müvafiq normativ sənədlərin
və Dövlət Təhsil Standartlarının tələblərinə
əsasən uyğundur.
Neftçala Peşə
Məktəbində aparılmış araşdırmaya dair məlumat verən Təhsil Nazirliyinin Akkreditasiya
şöbəsinin müdiri Həbib Zərbəliyev
akkreditasiyaya təqdim olunmuş
ixtisaslar üzrə mövcud
vəziyyət, lisey məzunlarının
işlə təminatı və digər məsələlərdən
danışıb.
H.Zərbəliyev Neftçala Peşə
Məktəbinin maddi-texniki bazası, təhsilin
məzmunu, məktəbdə çalışan mühəndis-pedaqoji
heyət haqqında ətraflı məlumat verib
və Akkreditasiya Komissiyasının təkliflərini
nəzərə çatdırıb.
Sonra qeyd olunan peşə məktəbləri üzrə
aparılmış akkreditasiyanın nəticələri barədə
iclas iştirakçılarını
maraqlandıran suallar
cavablandırılıb, bir sıra təklif
və tövsiyələr səsləndirilib.
Təhsil
naziri Misir Mərdanov peşə təhsili müəssisələrində
aparılmış akkreditasiya ilə
bağlı fikirlərini bildirib, öz tövsiyə və
tapşırıqlarını verib.
İclasda Cəlilabad Peşə Liseyi, 2 nömrəli Bakı Peşə Liseyi, Göyçay
Peşə Liseyi və Neftçala
Peşə Məktəbinin fəaliyyətinin "kafi" qiymətləndirilməsi, müvafiq ixtisasların akkreditə olunması
barədə qərar qəbul edilib.
Azərbaycan
müəllimi.- 2013.- 11 yanvar.- S.2.