Kurikulum Mərkəzində görüş

 

Yanvarın 4-də Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzində beynəlxalq bir görüş keçirilmişdir. Kurikulum Mərkəzinin konfrans zalına respublikanın müxtəlif bölgələrindən olan bir qrup fəal müəllim toplaşmışdı.

Görüşdə Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov,  koordinatoru İlham Cavadov, humanitar fənlərin təlimi bölməsinin müdiri Ramiz Hüseynov, Kurikulum.az portalının administratoru və Təhsil Nazirliyinin LƏQ məsləhətçisi Almaz Həsrət, Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, professor Akif İmanlı, Respublika İncəsənət Gimnaziyasının müəllimi Təranə Əliyeva, Bakı şəhər 188 nömrəli tam orta məktəbin müəllimi Ruhiyyə İbrahimova, 189 və 214 nömrəli tam orta məktəblərin müəllimi Vəfa Vəliyeva, 193 nömrəli tam orta məktəbin müəllimi Kəmalə Süleymanova, 219 nömrəli tam orta məktəbin müəllimi Təranə İbrahimova, 219 və 225 nömrəli tam orta məktəblərin müəllimi Roza Qasımova, 228 nömrəli tam orta məktəbin müəllimi Rimma Hüseynova, 250 nömrəli tam orta məktəbin müəllimi Könül Əliyeva, Bakı Avropa Liseyinin müəllimi Kəmalə Cəfərzadə, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin müəllimi Gülşən Novruzova, TET gimnaziyanın müəllimi İlham Əliyev, Saatlı rayonu 1 nömrəli tam orta məktəbin müəllimləri Cəfər Məmmədov, Günay Qənbərova, Vüsalə Astanova, Göyçay rayonu Məlikkənd kənd tam orta məktəbinin müəllimi Günay Mirzəliyeva, Hacıqabul rayonu 1 nömrəli tam orta məktəbinin müəllimi Səbinə Rəsulova, Qəbələ rayonu Cığat kənd tam orta məktəbinin müəllimi Yazgül Hacıyeva, Ucar rayonu 6 nömrəli tam orta məktəbin müəllimi Hədiyyə Seyidova, Göygöl rayonu Üçtəpə kənd tam orta məktəbinin müəllimi N.Quliyeva, Şəki rayonu Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin müəllimi Elnarə Əhmədova, Balakən rayonu Qabaqçöl qəsəbə tam orta məktəbin müəllimi Sahib Anqbazov, Lerik rayonu Bibiyoni kənd tam orta məktəbinin müəllimi Nəriman Qafarov, Rvarud kənd tam orta məktəbinin  müəllimi Rahim Muradxanov, Şəmkir rayonu Zəyəm qəsəbə tam orta məktəbinin müəllimi Vüsalə Mehtiyeva, Şəki rayonundan valideyn Ramin Xəlilov iştirak edirdilər. Tədbirə həmçinin respublikamızın müxtəlif bölgələrindən olan müəllimlər Skype vasitəsilə də qoşulmuşdular. Onlar bütün tədbir boyu çıxışları dinləmiş və onları maraqlandıran suallara distant olaraq cavab almışdılar. Tədbirə Kanadanın Toronto şəhər təhsil şöbəsinin xarici dillər bölməsinin C.H.Best adına 285 nömrəli məktəbin Azərbaycan dili müəllimi Yeganə Cəfərova Skype vasitəsilə qoşulmuşdur. Daha sonra Türkiyədən Rəşad Səlimov, Rusiyadan Sergey Bulanov, Aleksandr Kozlenkob. ilə İnternet bağlantısı olmuşdur.

Tədbiri giriş sözü ilə Təhsil Problemləri İnstitutunun direktor müavini, Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov açmışdır. O, iştirakçıları salamlayaraq belə işgüzar görüşlərin tez-tez keçirilməsinin vacib olduğunu vurğuladı. Natiq ölkədə həyata keçirilən təhsil islahatı, onun mərhələləri, hər mərhələdə nəzərdə tutulmuş məsələlər, onların icra vəziyyəti, əldə olunan ilkin nəticələrdən danışmışdır. O, yeni təhsil proqramlarının (kurikulumların) uğurla tətbiq olunmasında müəllimlərin rolunu qeyd etmiş, onun yaradıcı olmasını, yenilikləri öyrənməyə və işində yaradıcılıqla tətbiq etməyə qabil olmasını vurğulamışdır.

Sonra Ənvər Abbasov bu sahədə qəzet və jurnal məqalələrinin çoxluq təşkil etdiyini, kitabmetodik tövsiyələrin isə bir qədər az olduğunu, lakin bununla yanaşı, bu sahədə işlərin davam etdirildiyini və dərsliklərin yeni nəslinin hazlırlandığını nəzərə çatdırmışdır.

Müzakirə zamanı Kanadanın Toronto şəhərində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərən Yeganə Cəfərova ilə İnternet əlaqəsi yaradılmışdır. Yeganə xanım Kanadada mövcud təhsil proqramları (kurikulumlar), məktəbəqədər və məktəb səviyyəsində olan kurikulumlar barədə genişçox maraqlı məlumatlar vermiş, Azərbaycanda həyata keçirilən islahatyönümlü tədbirlərdən xəbərdar olduğunu və onların davam etdirilməsinin zəruriliyini qeyd etmiş, bu işdə Azərbaycan təhsilinə uğurlar arzulamışdır. 

Tədbir  iştirakçıları ilə (həm tədbirdə olan, həm də İnternetdə Skype vasitəsilə bağlantıda olanlar arasında) birbaşa yeni kurikulumla tədris zamanı qarşıda duran əsas məsələlər barədə geniş müzakirələr oldu.

Daha sonra mövzu ətrafında maraqlı fikir mübadiləsi aparılmışdır. Görüşün sonunda Göyçaydan olan müəllim Günay Göyçaylı özünün həmin günə həsr etdiyi şeirinioxumuşdur. Görüş iştirakçıları belə yığıncaqların gələcəkdədə davamlı olmasını arzuladılar.

 

 

İlham CAVADOV,

Kurikulum Mərkəzinin koordinatoru,

pedaqogika üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan müəllimi.- 2013.- 11 yanvar.- S.6.