Doğu Ağdəniz Universiteti ilə müqavilə
imzalanıb
Naxçıvan
Müəllimlər İnstitutu müstəqil institut kimi fəaliyyətinin
onuncu ilinə qədəm qoyduğu bir dövrdə Azərbaycanda
və qardaş Türkiyə Respublikasında fəaliyyət
göstərən bir çox təhsil müəssisələri
ilə qarşılıqlı əlaqələr
yaratmışdır.
İnstitut
bu günlərdə Kuzey Kıprıs Türk Cümhuriyyətində
fəaliyyət göstərən Doğu Ağdəniz
Universiteti ilə də qarşılıqlı təcrübə,
müəllim və tələbə mübadiləsi, elmi
araşdırmaların aparılması və bir çox məsələlər
üzrə müqavilə imzalamışdır.
Doğu Ağdəniz Universiteti KKTC-nin sayılıb-seçilən universitetlərindəndir. 1979-cu ildə "Yüksək texnoloji institut" kimi, 105 tələbə ilə fəaliyyətə başlayan
universitetin bu gün 11 fakültə, 30
bölüm, xarici dillər və ingiliscə hazırlıq,
məlumat və texnologiya məktəbi, məsafədən (distant) təhsil
məktəbləri və
s. fəaliyyət göstərir.
Hazırda universitetdə 75 ölkədən 8 min xarici,
ümumilikdə 14000 tələbə
təhsil alır. Onların təhsili ilə yerli müəllim-professor
heyəti ilə yanaşı, 32 ölkədən
gələn professor müəllim-mütəxəssislər də çalışır.
İstər ali
təhsil, istərsə
də elmi müəssisələrin inkişafında
qarşılıqlı təcrübə
mübadiləsinin və
dostluq əlaqələrinin
yaradılmasının mühüm
əhəmiyyəti vardır.
Naxçıvan Müəllimlər
İnstitutu da bu istiqamətdə işini genişləndirməyi,
qabaqcıl ali
təhsil müəssisələrinin
təcrübəsindən faydalanmağı,
cəmiyyət üçün
hərtərəfli inkişaf
etmiş şəxsiyyət
yetirməyi məqsəd
kimi qarşıya qoymuşdur.
Naxçıvan Müəllimlər İnstitutunun
Mətbuat xidməti
Azərbaycan müəllimi.- 2013.- 11
yanvar.- S.6.