Akkreditasiya Şurasının növbəti
iclası
Yanvarın
12-də Təhsil Nazirliyində Akkreditasiya
Şurasının növbəti iclası keçirilib.
İclasda Bakı şəhər
164 nömrəli tam orta
məktəb, Quba şəhər 2
nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey,
Lənkəran şəhər 4 nömrəli humanitar
fənlər təmayüllü məktəb-lisey və Lənkəran
şəhər 6 nömrəli
məktəb-liseyin akkreditasiyasının nəticələri
müzakirə olunub.
Təhsil
naziri Misir Mərdanov
iclası giriş sözü
ilə açaraq ümumi
təhsil müəssisələrinin akkreditasiyasının ilk dəfə aparıldığını qeyd edib və təhsilin
keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə həyata keçirilən
tədbirlərin əhəmiyyətinə toxunub.
Bakı
şəhər 164 nömrəli tam orta məktəbdə aparılmış
akkreditasiyanın nəticələri barədə məlumat
verən həmin müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Bəhram
Şiriyev bu təhsil
ocağının ümumi fəaliyyəti
barədə fikirlərini bildirib. B.Şiriyev 164 nömrəli
tam orta məktəbdə
tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji kollektivi və şagird kontingenti, məzunların
ali məktəblərə qəbulu, eləcə
də digər bu kimi
məsələlərdən söz
açıb.
Quba şəhər 2 nömrəli
Təbiət fənləri təmayüllü məktəb-lisey
üzrə Akkreditasiya Komissiyasının
sədri Nizami Əzizov qeyd
olunan müəssisədə
aparılmış araşdırma barədə məlumatı
nəzərə çatdırıb. N.Əzizov Quba şəhər 2 nömrəli təbiət
fənləri təmayüllü məktəb-liseyin fəaliyyəti,
pedaqoji heyəti, maddi-texniki
bazası haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna
uyğunluğu göstəricilərini qeyd edib.
Lənkəran
şəhər 4 nömrəli humanitar fənlər
təmayüllü məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri Qurban Həsənov təqdimat-məruzəsində
liseyin fəaliyyəti, şagirdlərin bilik səviyyəsi, təhsil müəssisəsinin
maddi-texniki təminatı haqqında məlumat
verib, ümumilikdə akkreditasiyanın nəticələrindən
söz açıb.
Lənkəran
şəhər 6 nömrəli məktəb-liseyi üzrə
Akkreditasiya Komissiyasının sədri Nizami Novruzov tədris
ocağında aparılmış araşdırmaya dair məlumat verib. N.Novruzov
liseydə təhsilin səmərəli təşkili
baxımından yaradılmış şərait, tədris
ocağının maddi-texniki bazası, təhsilin
məzmunu, məzunların ali məktəblərə
qəbul göstəricilərindən bəhs edib
və Akkreditasiya Komissiyasının təkliflərini
nəzərə çatdırıb.
Sonra qeyd olunan təhsil müəssisələri
üzrə aparılmış akkreditasiyanın nəticələri
barədə iclas iştirakçılarını
maraqlandıran suallar
cavablandırılıb.
Təhsil naziri orta ümumi təhsil
müəssisələrində aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib, müvafiq
tövsiyə və tapşırıqlarını verib.
İclasda Bakı şəhər
164 nömrəli tam orta
məktəb və Lənkəran şəhər 4 nömrəli
humanitar fənlər təmayüllü məktəb-liseyin fəaliyyətinin
"yaxşı", Quba şəhər
2 nömrəli təbiət fənləri təmayüllü
məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli
məktəb-liseyin fəaliyyətinin isə "kafi" qiymətləndirilməsi, qeyd olunan təhsil müəssisələrinin
akkreditə olunması barədə qərar qəbul edilib.
Azərbaycan
müəllimi.- 2013.- 18 yanvar.- S.2.