Zəhmətlə yoğrulan ömür sahibi

 

Pedaqogika üzrə fəlsəfə doktoru, baş elmi işçi, PedaqojiSosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycanın əməkdar müəllimi, keçmiş Sovetlər İttifaqının və respublikamızın qabaqcıl maarif xadimi, Böyük Vətən müharibəsi iştirakçısı (əlili), Təhsil Problemləri İnstitutunun aparıcı elmi işçisi, əmək və müharibə veteranı İbrahim Mursaqulu oğlu Mayılov 1923-cü il yanvarın 15-də Dəvəçi rayonunun Məliklər kəndində anadan olub. İbtidaiyediillik təhsilini kənddə alıb, 1937-ci ildə Quba Pedaqoji Texnikumuna daxil olan İbrahim Mayılov 1939-cu ildə həmin məktəbi bitirib, Dəvəçi rayonunda pedaqoji fəaliyyətə başlayıb.

1939-1940-cı dərs ilindən başlayaraq Dəvəçi rayonunun Qəndab kəndində müəllim işləyib. Böyük Vətən müharibəsi başlayanda İbrahim müəllim rayon hərbi komissarlığına müraciət edərək könüllü olaraq ordu sıralarına getmək istədiyini bildirib. Lakin yaşı çatmadığı üçün onu birbaşa ordu sıralarına yox, Gürcüstanın Qaqra şəhərindəki zabitlər hazırlayan hərbi məktəbə göndəriblər. Məktəbi bitirmək və zabit rütbəsi almaq İbrahimə qismət olmur. Kursant kimi cəbhədə, döyüşlərdə iştirak etməli olur və ağır yaralanır. Hospitalda müalicə olunduqdan sonra III dərəcəli əlil kimi ordu sıralarından tərxis olunur.

Yenidən Dəvəçiyə qayıdan İbrahim müəllim rayonun Dəvəçi qəsəbə orta məktəbində hərbi rəhbər və sinif müəllimi vəzifələrində çalışıb. 1948-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub, 1953-cü ildə universiteti bitirərək biologiya müəllimi ilk peşə ixtisası alıb. Universitetdə oxuduğu illərdə fakültə Tələbə Elmi Cəmiyyətində ardıcıl çıxışlar etdiyinə və fəallıq göstərdiyinə görə 1953-cü ildə fakültə elmi şurası ona aspiranturaya girmək üçün zəmanət verib. Həmin il o, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasına daxil olmaq üçün böyük bir müsabiqədə qalib gələrək aspirant olur.

1957-ci ildə aspiranturanı bitirdikdən sonra bir müddət "Azərbaycan Neft Nəşriyyatı" jurnalında redaktor vəzifəsində çalışan İbrahim müəllim sonradan həmişəlik olaraq taleyini Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu ilə bağlayıb.

Həmin institutda kiçik elmi işçi, şöbə müdiri vəzifəsində çalışıb. 1966-cı ildə "Botanika kursunun şagirdlərin bitkiçilik üzrə əməyi ilə əlaqələndirilməsi və bu əlaqənin onların  bilik keyfiyyətinə təsiri" mövzusunda dissertasiya müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi alıb. İki il sonra Ali Attestasiya Komissiyası ona baş elmi işçi adı və aspirantlara elmi rəhbər olmaq icazəsi verib.

Uzun illər institutda əmək və politexnik təlim şöbəsində müdir, koordinasiya şurası və respublika pedaqoji cəmiyyətində bölmə rəhbəri, Təhsil Nazirliyi nəzdindəki elmi-metodik şuranın əmək təlimi bölməsinin sədri vəzifələrində çalışıb. Bundan əlavə, "Azərbaycan məktəbi" jurnalına əlavə kimi nəşr olunan "Əmək və politexnik təlim" məcmuəsinin redaktoru, ittifaq miqyasında çıxan "Şkola i proizvodstva" jurnalının redaksiya şurasının üzvü olub.  Respublika pedaqoji mətbuatında, digər sahə jurnallarında və qəzetlərdə o, 150-dən çox elmi-metodik, pedaqojipublisistik məqalələrlə çıxışlar edib. Yazıları maraqla oxunub, öyrənilib, tətbiq edilib.

İbrahim müəllim bölgələrdə keçirdiyi elmi-praktik konfranslar, sessiyalar, oxuduğu mühazirələrlə pedaqoji kollektivlərə yaxından köməklik göstərib. Bu mürəkkəb və çətin sahənin bilicisi olub, respublikanın pedaqoji kollektivlərində, ümumiyyətlə, pedaqoji aləmdə tanınıb, hörmətlə qarşılanıb. Respublikanın ümumtəhsil məktəblərində 1957-2012-ci illərdə əmək təlimi üzrə tədris kompleksinin (proqram, dərs vəsaiti, metodik vəsait və s.) yaradılması sahəsində mühüm işlər görüb.

Əmək fəaliyyəti dövründə SSRİ Pedaqoji Elmlər Akademiyası "Şkola i proizvodstva" jurnalı redaksiyasının, Təhsil Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, komsomolun Mərkəzi Komitəsinin, institut rəhbərliyinin, pedaqoji cəmiyyətin və s. fəxri fərmanları, pul mükafatları ilə rəğbətləndirilib.

İbrahim müəllim müharibədə iştirakına görə də ordenmedallarla təltif olunub. Ağır xəstəliklər keçirməyinə baxmayaraq, pedaqoji fəaliyyətini indi də müvəffəqiyyətlə davam etdirir.

Alimin tədqiqat işləri ümumtəhsil fənlərinin çoxunu (fizika, riyaziyyat, rəsmxət, kimya, biologiya, aqrokimya, texnologiyas.) özündə inteqrasiya edən, təhsilin ağır sahələri olan politexnik əmək təlimi, istehsalat təlimi, ilk peşə-ixtisasyönümü, ilk peşə-ixtisas təlimi, şagird istehsalat briqadalarının işinin məzmunu və təşkili, istehsalata ekskursiyaların təşkili və keçirilməsi, ictimai-faydalı məhsuldar əməyin təşkili, fənlərarası əlaqə və s. aid mövzularda olmuşdur. Onun tədqiqatının ana xəttini əmək təliminin, istehsalat təliminin, seçmə kursların məzmununu müəyyənləşdirmək, təkmilləşdirmək, metodik təminatını təşkil etmək olmuşdur. Bu mövzular üzrə müəllimlərə nəzəri, təşkilati, praktik kömək göstərən materiallar, onun yazdığı və çap etdirdiyi 40 monoqrafiya, kitabkitabçalarda, toplularda (Azərbaycan ETPEİ-ninAPİ-nin elmi əsərlərində) öz əksini tapmışdır.

Yuxarıda sadalanan sahələr üzrə fəlsəfə doktorları, pedaqoji elmlər doktorları yetişdirilməsində də İbrahim müəllimin əməyi az olmamışdır. O, bu xeyirxah işini indidavam etdirir. İşlədiyi institutun orta ümumtəhsil şöbəsində dissertasiyaların müzakirəsində fəal iştirak edir, tədqiqat işlərinin keyfiyyətinin yüksəldilməsi üçün öz dəyərli tövsiyələrini verir.

Hazırda 2013-cü ilin elmi tədqiqat mövzusu ilə yanaşı o, son illərdə yazdığı böyük həcmli monoqrafiyasının - "Texnologiyanın (əmək hazırlığının) tədrisi" metodikasının çapı ilə bağlı da aparır. Bu kitabı müəllimlər çoxdan gözləyirlər.

İbrahim müəllim 1959-1992-ci illərdə ümumtəhsil məktəblərində ilk peşə-ixtisasqabağı və ilk peşə-ixtisas hazırlığı keçilən, respublikamızda da tədris-istehsalat kombinatları yaradılan dövrlərdə xüsusilə gərgin, lakin səmərəli fəaliyyət göstərmişdir.

Respublikamızda sayı 5-dən çox olan bu yeni tədris müəssisələrinin - kombinatların maddi-texniki təchizatında, işinin təşkilində, hami müəssisə və təşkilatlarla əlaqənin yaradılması və möhkəmləndirilməsində, tədris kompleksinin (iqtisadiyyatın müxtəlif: ağır sənaye, yüngül sənaye, nəqliyyat, rabitə, kənd təsərrüfatı, xidmət və s.) sahələri ilə bağlı ilk peşə-ixtisas proqramları, dərs vəsaitləri, əyanilik, didaktik materiallars. hazırlanmasında, metodik təminatında; müəllim, təlimatçı və ustaların pedaqojipraktik hazırlığının təkmilləşdirilməsində onun əməyi çox olmuşdur. Demək olar ki, kombinatlar əsasən İbrahim Mayılovun iqtisadiyyatın müxtəlif sahələrinə aid rus dilindən tərcümə etdiyiyerli şəraitə uyğunlaşdırdığı (40-dan çox), özünün hazırladığı orijinal proqramlar (Pambıqçı-mexanizator, Çaybecərən-mexanizator və s.), dərs vəsaitləri, metodik əsərlər və jurnal məqalələrinin köməkliyi sayəsində işləyirdi. İndi respublikamızın müstəqilliyi illərində iqtisadiyyatın müxtəlif sahələrini uğurla inkişaf etdirənlərin: rəqabət qabiliyyətli fəhlələr, mühəndislər, sahibkarlar, idarəetmə və xidmət sahəsi işçiləri və s. böyük əksəriyyəti əsasən həmin dövrün ümumtəhsil məktəblərində və tədris-istehsalat kombinatlarında ilk peşə-ixtisasqabağı hazırlıq keçən məzunlardır.

İbrahim müəllimi 90 yaşı tamam olması münasibətilə təbrik edir, ona möhkəm gümrahlıq və işlərində müvəffəqiyyətlər arzulayırıq.

 

 

Ş.MİKAYILOV,

ATPİ-nin şöbə müdiri,

pedaqoji elmlər  doktoru, professor,

 

F.ORUCOV,

ATPİ-nin aparıcı elmi  işçisi,

pedaqogika üzrə  fəlsəfə doktoru, dosent,

 

A.QƏMBƏROV,

institutun aparıcı elmi  işçisi,

pedaqogika üzrə  fəlsəfə doktoru, dosent,

 

M.MİRZƏLİYEV,

institutun Veteran təşkilatının

sədri, baş mütəxəssis

 

Azərbaycan müəllimi.- 2013.- 18 yanvar.- S.4.