Naxçıvan
Müəllimlər İnstitutunun Elmi Şurasının iclası keçirilib
Yanvarın 11-də Naxçıvan
Müəllimlər İnstitutunda dördüncü
çağırış Naxçıvan MR Ali Məclisinin altıncı sessiyasında
qarşıya qoyulan vəzifələr müzakirə
edilmişdir.
İclasda çıxış edən institutun
rektoru, professor O.Həsənli qeyd etdi ki, 22 dekabr 2012-ci il
tarixdə dördüncü çağırış
Naxçıvan MR Ali Məclisinin
altıncı sessiyası keçirilmişdir. Sessiyada
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
2012-ci ildə Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar
məruzə etmişdir. Həyatımızın bütün
inkişaf sahələri məruzədə əhatəli təhlil
edilmişdir. Sessiyada elm və təhsil sahəsinə də
geniş yer ayrılmışdır. Göstərilmişdir
ki, 2012-ci ildə 4 nəfər elmlər doktoru, 19 nəfər
fəlsəfə doktoru alimlik dərəcəsi adını
almış, ali təhsil və elm mərkəzlərində
8 beynəlxalq əhəmiyyətli konfrans keçirilmiş,
alim və tədqiqatçılar tərəfindən 70 kitab
və monoqrafiya, 97 metodik vəsait, 1000-dən çox elmi məqalə
və tezis çap olunmuşdur. Rektor demişdir:
"Bildirmək istəyirəm ki,
yuxarıda göstərilən faktları analiz etsək,
görərik ki, 4 elmlər doktorundan 1 nəfəri, 19 fəlsəfə
doktorundan 4 nəfəri bizim institutun payına
düşür. Eyni zamanda 8 beynəlxalq əhəmiyyətli
konfransdan 2-si bizim institutun iştirakı ilə
keçirilmiş, 70 kitab və monoqrafiyadan 14-ü, 97 metodik vəsaitdən
16-sı, 1000-dək məqalədən 171-i bizim müəllim-professor
heyəti tərəfindən yazılıb çap
olunmuşdur".
Məruzədə o da qeyd olunmuşdur
ki, ötən illərlə müqayisədə çap
olunan kitabların, monoqrafiyaların, metodik vəsaitlərin və
məqalələrin keyfiyyəti də diqqətdə
saxlanılmış və
müsbət irəliləyişlər əldə
olunmuşdur.
Qeyd olunmuşdur ki, institut tərəfindən
yazıçı və şairlərimizin yubileylərinə
həsr olunmuş tədbirlərin keçirilməsi də
diqqət mərkəzində saxlanılır. Ötən il həm
Azərbaycan ali təhsil müəssisələri,
həm də qardaş Türkiyənin "Qafqaz"
Universiteti və Kuzey Kıprıs Türk Cümhuriyyətindəki
Doğu Ağdəniz Universiteti ilə dostluq və
qarşılıqlı təcrübə mübadiləsi məqsədi
ilə yaradılan əlaqələr və bağlanan
müqavilələr qarşıya qoyulan tələblərin
həyata keçirilməsi yolunda atılan addım kimi dəyərləndirilməlidir.
İstər tədrisin keyfiyyəti, istərsə də kadr
hazırlığının müxtəlif sahələrində
institutun uğurları getdikcə artır.
Dördüncü
çağırış Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin altıncı sessiyasının qəbul etdiyi
qərarların həyata keçirilməsi ilə əlaqədar
institutun tədris işləri üzrə prorektoru, professor
A.İmanlı, tərbiyə işləri üzrə
prorektoru, professor S.Həsənova, riyaziyyatın tədrisi
metodikası kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə
doktoru R.Vəliyev, xarici əlaqələr şöbəsinin
müdiri, filologiya üzrə fəlsəfə doktoru
H.Eyvazlı çıxış etmişlər.
İnstitutun rektoru, professor O.Həsənli
eimi şuranın iclasına yekun vuraraq dördüncü
çağırış Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin altıncı sessiyasında qəbul
olunan qərarların həyata keçirilməsinə səylə
çalışacaqlarını vurğuladı.
Azərbaycan
müəllimi.- 2013.- 18 yanvar.- S.4.