"İntellektə
gedən yol" adlı müsabiqəyə
yekun vuruldu
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil
İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil
Nazirliyinin nümayəndəsi Adilə Mahmudova, Milli Məclisin
deputatı Məlahət İbrahimqızı, Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yenidənhazırlanma
İnstitutunun rektoru, professor Asəf Zamanov, Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə,
məktəb direktorları, valideynlər və digər şəxslər
iştirak edirdilər. Qeyd edək ki, müsabiqə ötən
ilin dekabr ayında keçirilib. Məktəb, rayon və
şəhər mərhələlərindən ibarət olan
müsabiqədə yüksək nəticələr göstərənlər
fərqləniblər. Müsabiqədə 47 nəfər qalib
seçilib ki, onlardan 10-u "Qızıl onluğ"a daxil
edilib.
Tədbiri giriş sözü ilə
açan Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin müdiri Nailə
Rzaquliyeva qeyd etdi ki, BŞTİ-nin fəaliyyət istiqamətindəki
prioritet sahələrdən biri də istedadlı şagirdləri
üzə çıxarmaq və onların potensialını
inkişaf etdirməkdən ibarətdir. Bu istiqamətdə bir
çox tədbirlərin keçirildiyini bildirən
N.Rzaquliyeva belə tədbirlərin təşkilində əsas
məqsədin müstəqil Azərbaycanın gələcəyi
və qarantı olan şagirdləri aşkar etməklə
yanaşı, onlara dəstək olmaqdan ibarət olduğunu
diqqətə çatdırdı. "İntellektə gedən
yol" müsabiqəsinin də bu istiqamətdə atılan
addımlardan biri olduğunu deyən N.Rzaquliyeva daha sonra
çıxışında ümummilli lider Heydər Əliyevin
uşaqlara və xüsusi istedada malik şagirdlərə
göstərdiyi diqqət və qayğıdan söz
açaraq ulu öndərin layiqli davamçısı ölkə
Prezidenti İlham Əliyevin bu istiqamətdə
gördüyü işlərdən bəhs etdi. Belə
müsabiqələrin şagirdlərin həyatında
xüsusi önəm daşıdığını bildirən
Nailə Rzaquliyeva qalibləri təbrik edərək onlara gələcək
həyatlarında uğurlar arzuladı.
Tədbirdə digər
çıxış edənlər müsabiqənin əhəmiyyətindən
danışaraq qalibləri təbrik etdilər.
"Qızıl onluq" kimi seçilən
və müsabiqə iştirakçıları arasında ən
intellektual hesab olunan şagirdlərə BŞTİ tərəfindən
diplom, ensiklopediya və videokamera hədiyyə edildi.
Müsabiqənin yarım final mərhələsinə
çıxan 37 qalibə isə diplom və ensiklopediya təqdim
olundu. Qaliblərlə xatirə şəkli çəkdirildi.
Niyazi
RƏHİMOV
Azərbaycan
müəllimi.- 2013.- 18 yanvar.- S.5.