Karatenin kiokshkay növü üzrə dünya ikincisi
Ötən ilin sonlarında
vədələşdiyimiz kimi, Bakıdakı 104 nömrəli tam orta məktəbin direktor müavini Kamran Hüseynovla onun iş otağında görüşdük. Burada ucaboylu
bir oğlan da var idi.
Kamran müəllim həmin oğlanı bizə göstərərək
dedi:
-Tanış olun, sizə haqqında söylədiyim,
məktəbimizin fəxri,
karate üzrə dünya ikincisi olan Xanlar Vəlizadə
bax, bu şagirdimizdir.
Onunla tanış olduq. Öyrəndik ki, Xanlar
1995-ci ildə Bakıda
anadan olub. 2002-ci ildə paytaxtdakı
141 nömrəli tam orta
məktəbin birinci sinfinə qəbul olub. İkinci sinifdən sonra
təhsilini Bakıdakı
104 nömrəli tam orta
məktəbdə davam
etdirib. Hazırda həmin məktəbin
XI sinfində oxuyur. Xanlar 2003-cü ildən "Kentavr" İdman Klubunda karatenin kiokshkay (mütləq həqiqət axtaranlar cəmiyyəti) idman növü ilə məşğul olur.
Onun məşqçi-müəllimi 3-cü dan-qara kəmər ustası İlqar Hüseynovdur.
X.Vəlizadə bir il gərgin
məşqlərdən sonra
2004-cü ildə Bakının
Sabunçu rayonunda gənclər arasında keçirilən respublika çempionatında uğurla
iştirak edərək
II yerə çıxıb.
2007 və 2011-ci illərdə Hövsanda keçirilən respublika çempionatlarında da
II yerin qalibi olub. 2010-cu ildə isə Bakıda keçirilən respublika
çempionatında I yeri
tutaraq Bakı çempionu olub. 2011-ci ildə Göyçay rayonunda gənclər arasında keçirilən
respublika çempionatında I yerin qalibi olub.
Xanların ən gərgin beynəlxalq yarışlarından
biri 2012-ci ilin oktyabrında İranın
Kiş adasında keçirilən dünya
çempionatı olub.
32 ölkənin iştirak etdiyi, 16-17 yaşlı, 65 kiloqram çəki dərəcəsində
olan idmançılarla
mübarizə aparan Xanların rəqibi beşqat dünya çempionu olub. Boyda və çəkidə
də Xanlardan artıq olan, idman qanunlarına tamamilə zidd olaraq meydançaya buraxılan bu iranlı idmançıya
cəmisi bir
xal fərqi ilə "uduzub". Dünya ikincisi adını qazanaraq gümüş medalın sahibi olub. Bütün bu haqsızlıqlara
baxmayaraq, Xanlar qətiyyən ruhdan düşməyib. Hazırda o, məşqlərini
inadla davam etdirir. Onun ən böyük
arzusu 2013-cü ilin aprelində Türkiyənin
Antalya şəhərində keçiriləcək Avropa
çempionatında iştirak
edib Avropa çempionu olmaqdır.
Rəşad ZİYADOV
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.7.