İdman məktəbinin uğurları
Respublikamızın
qabaqcıl idman məktəblərindən
biri "Təhsil" Respublika
İdman Mərkəzinin 2 saylı Respublika
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbidir. 1966-cı ildən yaradılmış məktəb
respublika statuslu müəssisə
kimi öz fəaliyyətində
əsas vəzifələri həyata
keçirir. Müstəqillik illərindən
əvvəl də məktəbin yetirmələrinin keçmiş SSRİ məkanında uğurlu nəticələri olmuşdur.
Həmin dövrlərdə 17 dəfə
keçirilən SSRİ
Spartakiadalarında bütün idman növləri üzrə iştirak
edən Azərbaycan yığma komandalarının təşkili
və təlim məşqi məhz bu məktəb
tərəfindən aparılmışdır.
Elə
həmin spartakiadalarda idmanın güləş
növü üzrə sonralar
bir neçə dəfə dünya və Avropa
çempionları olmuş Məhəddin
Allahverdiyev II yeri, Xəzər İsayev
isə III yeri tutmuşlar.
Həndbol komandası spartakiadanın gümüş,
futbol komandası isə bürünc
medalına sahib olmuşdur.
Lakin məktəbin əsas
inkişafı müstəqillik dövrünə təsadüf
edir. Ümummilli lider Heydər Əliyev xalqın tələbi
və dəstəyilə yenidən Azərbaycanın rəhbərliyinə
gəldikdən sonra həyatımızın
digər sahələrində olduğu kimi idmanda, xüsusən də uşaq-gənclər
idmanında böyük canlanma
oldu. Həmin dövrdən başlayaraq ölkədə, eləcə də
məktəbdə komanda idman
növləri üzrə bölmələrin
açılması və inkişaf
etdirilməsi prosesi başlandı.
Qısa
müddətdə məktəbdə voleybol,
həndbol, basketbol, futbol
və badminton kimi
bölmələr fəaliyyətə başladı. Bu işin daha
uğurlu olması üçün
respublikanın tanınmış məşqçi-müəllimləri
məktəbə cəlb edildi və təlim-məşq
prosesində xeyli canlanma
və irəliləyişlər
nəzərə çarpdı.
Belə
ki, milli yığma komandalara ehtiyat qüvvələrin
hazırlanması, respublika və beynəlxalq
yarışlarda məktəbin idmançılarının uğurlu çıxışları, dərəcəli
idmançıların sayının və kütləviliyin
sürətlə artması, metodiki sahədə
görülən işlər buna əyani sübutdur.
Hazırda
məktəbdə 1098 nəfər məktəbli və tələbə
idmanın müxtəlif növləri ilə məşğul
olur ki, onların təlim-məşq
prosesi ilə 51 yüksək ixtisaslı məşqçi-müəllim
çalışır. Əməkdar məşqçilər
Gülarə Mürsəlova (voleybol), Konstantin
Ruvinski və Mansur Xametov (hər ikisi həndbol),
İsmayıl Hüseynov (futbol)
məktəbin qabaqcıl müəllimlərindən
sayılır. Məktəbin üzvlərindən
Orxan Qələndərov, Səməd
Qayıbov, Vüqar Əlizadə, Bəhruz
Qədirli, İbrahim Əfəndiyev, Oleq Georqiyevski, Hüseyn Səlimov, Roman
Boqatırov, Teymur Axundov,
Cavid İmanov, Pərvin
İmanlı və bir çox
başqaları milli yığma
komandaların tərkibində müvəffəqiyyətlə
çıxış edirlər.
Məktəbin
təlim-məşq prosesi əsasən təhsil
sistemində fəaliyyət göstərən ümumtəhsil
məktəblərinin,
texnikumların, peşə liseylərinin idman
zalları və meydançalarında keçirilir
ki, bu da
kütləviliyin artmasına, məktəblilərin asudə
vaxtlarından səmərəli istifadə olunmasına və bacarıqlı
idmançıların seçilməsinə köməklik edir.
Bu idman
məktəbinin yetirmələri və komandaları bütün yaş
qrupları üzrə Bakı şəhəri və respublika birincilik və
çempionatlarında iştirak etmiş və yüksək nəticələr
əldə etmişdir.
Olimpiya oyunlarına ehtiyat qüvvələrin hazırlanmasında
və qazandığı digər uğurlara
görə məktəb 2003-cü ildən başlayaraq
hər olimpiya dövrü
üçün
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gəncər İdman
Məktəbi statusuna layiq
görülür.
2004-cü
ildən başlayaraq məktəbin
komandaları artıq respublika
çempionatlarının yüksək və birinci
dəstələrində çıxış etməyə
başlamışdır.
Ötən
il məktəbin "Təhsil"
komandası həndbol üzrə kişilər arasında Azərbaycan
çempionatının "Super
liqasında" II yeri tutaraq
Avropa kuboku
yarışlarına vəsiqə qazanmışdır.
İnanırıq ki, komanda
ölkəmizi həmin yarışda layiqincə təmsil edəcək.
Məktəbin
futbol
bölməsi 2004-cü ildən başlayaraq
Bakı şəhər klub komanda çempionatının birinci
dəstəsində iki komanda
ilə, Futbol Federasiyasının keçirdiyi "Sabahın ulduzları"
yarışında isə 3 komanda ilə təmsil olunur.
Bu komandalar dəfələrlə müxtəlif
yaş qruplarında respublika
birinciliklərinin qalibi olmuşdur.
Ötən il məktəbin müxtəlif yaş
qruplarında 12 komandası eyni vaxtda Bakı Şəhər Gənclər və
İdman İdarəsinin və Bakı Futbol Federasiyasının keçirdiyi
yarışlarda uğurla
çıxış edib. Bu da həmin bölmədə
məktəbin 300-ə qədər
idmançısının iştirakı deməkdir.
Bütün bu yarışlarda göstərdiyi yüksək
nəticələrə görə 2005-2012-ci illərdə mövcud təsnifat tələblərinə uyğun olaraq məktəbin
12 idmançısı idman ustası, 225 idmançısı idman ustalığına namizəd, 355
idmançısı isə I dərəcə normasını
yerinə yetirmişdir. Bu rəqəm
məktəbdə məşğul olan
idmançıların ümumi
sayının 20 faizini təşkil edir. Məktəbdə məşğul olan idmançıların 90 faizi
təlim-məşq mərhələlərinin keçid normativlərinə uyğun
olaraq kütləvi dərəcə
normalarını yerinə yetirmişlər.
Göstərdiyi
yüksək nəticələrə görə məktəbin
idmançılarının bir çoxu milli yığma
komandalarına cəlb olunmuşdur.
Hazırda voleybol üzrə gənclərdən
ibarət milli komandada
məktəbin 10 idmançısı, futbol
üzrə 15 və 17 yaşlılardan ibarət milli yığma komandalarda
8 idmançısı mübarizə aparır. Badminton və həndbol üzrə kişi və qadınlardan ibarət Azərbaycan
milli komandalarının əsasını
isə məktəbin idmançıları təşkil edir.
Yığma
komandaların heyətində idmançılarımız çox böyük uğurlar qazanmışlar. Buna
misal olaraq 2005-ci ilin oktyabr ayında
İrlandiyanın paytaxtı Dublin şəhərində
kişi həndbolçular arasında
keçirilən 4-cü "Challenge trophu" Avropa kubokunu göstərmək olar.
Həmin yarışda millimiz 2-ci yeri tutmuşdur. Məktəbin 4 idmançısı əsas heyətdə
yer almış və onlardan
biri Oleq Georqiyevski Avropa kubokunun ən yaxşı oyunçusu
mükafatına layiq görülmüşdür.
2005-ci ilin oktyabr
ayında İran
İslam Respublikasında keçirilən islam
ölkələri kubokunda qadınlardan
ibarət milli komandamız kubokun
sahibi, 2005-ci ilin noyabr ayında Portuqaliyanın Laqoze şəhərində Avropa
çempionatının seçmə mərhələsinin
oyunlarında isə çox güclü komandaları geridə qoyaraq 4-cü nəticə göstərmişdir.
Həmin oyunlarda
milli komandanın tərkibində məktəbin
4 idmançısı- Səkinat Abbasova,
Rumiyyə Xametova, Marina
Tankatskaya, Yulya Deryabina əsas heyətdə yer
tutmuşlar. Məktəbin yetirmələrinin
müxtəlif idman növlərindən
göstərdiyi nəticələrə aid
onlarca bu cür misallar göstərmək
olar.
Ən sevindirici hal ondan ibarətdir ki, məktəbi
bitirən idmançıların tam əksəriyyəti
yüksək dəstələrdə mübarizə aparan komandalara, milli yığma komandalarına cəlb olunur və respublikamızın idman şərəfini layiqincə təmsil
edirlər.
Göstərdiyi
yüksək nəticəyə görə məktəb
2006-cı ildə Təhsil Nazirliyi tərəfindən
keçirilən "İlin ən yaxşı
İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman
Məktəbi" nominasiyası üzrə müsabiqədə
II yeri, 2008-ci ildə I yeri,
2009-cu ildə II, 2010-cu ildə I yeri, 2011-ci ildə də
I yeri tutaraq "İlin ən yaxşı məktəbi"
adına layiq görülmüşdür.
İbrahim
MƏMMƏDOV,
Təhsil
Nazirliyi "Təhsil"
RİM-in
direktor müavini,
əməkdar bədən tərbiyəsi və
idman
xadimi
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.7.