Fizika dərslərində ekologiya elementləri

 

Ekologiya canlı və cansız təbiətin qarşılıqlı münasibətini öyrənən elmdir. Ekologiya təbiət elmlərinin ən öncül, xüsusi əhəmiyyətə malik olan sahəsidir. Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Beynəlxalq səviyyədə ətraf mühitin qorunması həlli vacib olan bir nömrəli məsələdir.

Ətraf mühitin qorunması - ekoloji problemləri həll etməkdir. Ekoloji problemlər bəşəriyyətin qlobal problemlərinin bir hissəsidir.

Qlobal problemlərin xüsusiyyətləri odur ki, onlar planetar xarakterə malik olub bütün bəşəriyyətə aid olur, bütün müasir sivilizasiyanı məhv etməklə hədələyir, aradan qaldırılması üçün təcili effektiv tədbirlərə ehtiyac duyulur,  beynəlxalq, dövlətlərarası səylər tələb edir, hazırda gələcək nəsil üçün sivilizasiyanın qorunub saxlanılması uğrunda hər bir kəsin sərmayə qoymasını tələb edir.

Hazırda dünyada qlobal ekoloji problemlərə təbii ehtiyatların tükənməsi, istixana effektinin  yaranması, ozon qatının nazikləşməsi, tullantıların artmsı, torpaqların, suyun çirklənməsi, dünya okeanı ilə bağlı problemlər, kiyəvi turşu yağışları s. daxildir.

Fizika təbiəti oyrənən elm olduğundan ekoloji problemlərin həlli yolları fizikasız mümkün deyil. Bu fikri mən müxtəlif dərslərdə şagirdlərimə izah edirəm. Məsələn, 8-ci sinifdə "Daxiliyanma mühərrikləri" mövzusunda dərsdə atmosfer ekologiyasından söhbət açıram. Müasir zamanda avtomobillər şəhər havasının çirklənməsinin başlıca amilidir. Hazırda onların sayı yarım milyarddan artıqdır. Avtomobillərdən çıxan tullantılar şəhərlərdə ona görə təhlükəlidir ki, onlar əsasən yer səthindən 60-90 sm səviyyədə, xüsusən işıqforlar olan avtomobil yollarında havanı çirkləndirirlər.

Qeyd edirəm ki, yerindən götürülmə, tormozlama, mühərrikin boş-boşuna işləməsi zamanı, həmçinin çala-çuxurlarda daha çox kanserogen maddələr ayrılır. Məhz buna görə "Hidrogen-gələcəyin yanacağı" fikri son vaxtlar daha tez-tez işlədilir. İri avtomobil istehsalçılarının əksəriyyəti yanacaq elementləri ilə təcrübələr keçirirlər. Hidrogen mühərriklər dizel benzin mühərrikləri ilə müqayisədə ekoloji cəhətdən daha təmiz olurlar. Bu yaxınlarda İngiltərədə bir şirkət karbon qazı su buxarından ibarət olan yeni yanacaq növü haqqında xəbər verdi. Həmin sahənin quraşdırdığı kompleks hər gün 1 ton yanacaq istehsal edəcək. Ənənəvi  neftin əvəzi olan belə yanacaq ətraf mühiti xeyli yaxşılaşdırır.

VII sinifdə "Gəmilərin üzməsi" mövzusunda dərsdə neft tankerlərinin qəzaları nəticəsində yaranan ekoloji fəlakətdən danışıram. Neftin sıxlığı suyun sıxlığından az olduğu üçün o, suyun üzərinə çıxır hər tərəfə yayılır. Bu zaman neftin altında olan canlı aləm məhv olur. Ona görə qəza zamanı dağılmış nefti qısa müddətdə yığıb, ərazını təmizləmək üçün müxtəlif üsullardan istifadə edirlər.

Dərslərimdə yerli ekologiyaya daha çox üstünlük verirəm. Azərbaycan neft ölkəsidir. Şagirdlərə bildirirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi ölkəmizdə ekoloji sağlamlaşdırma ilə bağlı böyük işlər aparır. Məsələn, Xəzər dənizinin sahil zolağı ərazilərində yerləşən müəssisələrin fəaliyyəti nəticəsində ətraf mühitə atılan tullantıların azaldılması üçün lazımi tədbirlər görülür.

Proyektor vasitəsi ilə Bakının neft mədənlərini göstərib uşaqlara aşağıdaki məlumatı çatdırıram:

Ekologiya idarəsi neftlə çirklənmiş torpaqların təmizlənməsində mexaniki bioremeditasiya üsullara üstünlük verir. Neftlə çirklənmiş torpaqların mexaniki üsulla təmizlənməsi istehsal gücü 20m3/saat olan qurğuda həyata keçirilir. Neftlə çirklənmiş torpaqlar sexin ərazisində olan müvəqqəti saxlama sahəsinə özüboşaldan yük maşınları vasitəsi ilə gətirilərək boşaldılır. Çirkli torpaqlar tələbata uyğun olaraq qurğuya verilir. Qurğuya daxil olan çirkli torpaqlar bərk tullantılardan neft məhsullarından mexaniki üsulla təmizlənir.

"Səs dalğaları" mövzusunun tədrisi zamanı mən şagirdlərə səs dalğalarının insan orqanizminə müsbət mənfi təsirlərindən danışıb, onlara "Səs dalğaları" təqdimatımı göstərirəm. Təqdimatda dəniz ləpələrinin, quşların səslərinin insana müsbət təsiri göstərilir. Müqayisə üçün belə faktları şagirdlərə çatdırıram:

Yarpaqların xışıltısı - 3-5 db

Uçan təyyarənin səsi - 120 db

Diskotekada musiqinin səsi - 100 db

Yol verilən küy normalarından artıq olan səslər (təbii fondan artıq) insana mənfi təsir göstərir: yorğunluq artır, nevrozlar əmələ gəlir.

Fizika otağında olan kompüteri işlədəndə hələ ilk dərslərdə aşağıdakı məlumatla uşaqları tanış edirəm. Adətən dörd il xidmət göstərən bir çip yaddaşın istehsalına "çipin öz çəkisindən 800 dəfə çox faydalı qazıntılar sərf olunur". Yaponiya, Fransa Birləşmiş Ştatların analitikləri hesab edirlər ki, 32 meqabayt həcmli yaddaşı 2 qram çəkisi olan bir çipin istehsalına ən azı 1,6 kq faydalı qazıntılar, 32 kq-dan az olmayaraq su 72 qram ammonyak xlorid turşusu kimi zəhərli kimyəvi maddələr tələb olunur.

"Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamında qeyd olunur ki, "Azərbaycan Respublikası hazırda iqtisadi yüksəliş dövrünü yaşayır. Ölkənin geniş sosial-iqtisadi islahatlara söykənən ümumi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması təbii sərvətlərdən xalqın rifahının yaxşılaşması naminə istifadəsi məsələləri mühüm yer tutur".

Dərslərdə bu sərəncam haqqında şagirdlərə danışıb, Prezidentimizin ekoloji məsələlərə göstərdiyi diqqətini vurğulayıram. Bildirirəm ki, respublikada bütün yeni tikilən müəssisələr güclü qoruyucu təmizləyici qurğularla təmin olunur.

Az tullantı yaradan texnologiyaların tətbiqi, alternativ enerjidən istifadə, çirklənmiş torpaqların, suların təmizlənməsi, tullantıların utilizasiyası sahəsində elmi nailiyyətlərin istehsalata tətbiqi sahəsində respublikamızda mühüm işlər görülür.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: "Texniki düşüncəni, biosfer ekosistem düşüncəsi əvəz etməlidir. Hamı  başa düşməlidir ki, canlı aləm biosferin bir hissəsidir biosferin tərkib hissəsi saxlanmasa, ekosistem yaşaya bilməz".

Ekologiyaya münasibətdə ulu öndərimizin bu müdrik sözlərini hər birimiz həmişə rəhbər tutmalıyıq. 

 

 

Aliyə SƏLİMOVA,

Bakıdakı 264 nömrəli

məktəb-liseyin fizika müəllimi

 

Azərbaycan müəllimi.- 2013.- 25 yanvar.- S.5.