ABŞ-ın Cons Hopkins Universitetinin professor tələbələri ADU-da

  

Yanvarın 18-də Azərbaycan Dillər Universitetinin İnformasiya Resurs Kompleksində Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Cons Hopkins Universitetinin Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar Məktəbinin professoru həmin fakültənin tərkibindəki Münaqişələrin İdarəedilməsi Proqramının direktoru Filip Terrens Hopman,  professor Vilyam Zartman   universitetin 18 tələbəsi ilə görüş keçirildi.

Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatları Asim Mollazadə   Sevinc Fətəliyeva  iştirak edirdilər.

Rektor Səməd Seyidov qonaqları salamlayaraq ADU Amerika Mərkəzi haqqında onlara məlumat verdi. ABŞ universitetləri ilə əlaqələrdən danışan rektor hər il bir qrup  amerikalı tələbənin Azərbaycana gəldiyini  ADU-da Azərbaycan dilini, tarixini, coğrafiyasını, adət-ənənələrini öyrəndiklərini bildirdi.  Səməd Seyidov universitetdə  Azərbaycanşünaslıq, Qafqazşünaslıq  s. ixtisasların da olduğunu qeyd etdi. Rektor universitetdə  ingilis, alman, fransız dilləri ilə yanaşı,  Şərq dillərinin   tədris olunduğunu, bir çox mərkəzlərin  fəaliyyət göstərdiyini vurğuladı. 

Azərbaycan-ABŞ əlaqələrinin parlament səviyyəsində inkişaf etdiyi qonaqların diqqətinə çatdırıldı. Professor Səməd Seyidov bu əlaqələrin inkişaf istiqamətində ABŞ-Azərbaycan Parlamentlərarası İşçi Qrupunun rolundan danışdı.

Sonra çıxış edən Münaqişələrin İdarəedilməsi Proqramının direktoru Filip Terrens Hopman  ADU-da  olmaqdan məmnunluğunu dilə gətirdi. O, təmsil etdiyi universitetdə azərbaycanlı tələbələrin təhsil aldığını qeyd etdi. Azərbaycana gələn  18 tələbənin  5 müxtəlif ölkədən olduğunu bildirdi.

Görüşdə həmçinin beynəlxalq regional məsələlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparıldı.

Görüş sual-cavabla başa çatdı.                                    

 

 

ADU-nun Mətbuat xidməti

 

Azərbaycan müəllimi.- 2013.- 25 yanvar.- S.3.