Bakı Uşaq Teatrının kollektivi
dünya səhnəsində
"Körpəm"
eksperimental uşaq
teatrı 1990-cı ildə 20 Yanvar hadisələrinə
həsr olunmuş "Uşaq
olmaq istəmirəm" tamaşası ilə
fəaliyyətə başlayıb.
2001-ci ildən isə
teatrın nəzdində
Bakı Uşaq Teatrı
yaradılıb. Teatra İntiqam Soltan rəhbərlik edir. Yetmiş nəfərə yaxın peşəkar aktyor
çalışan teatr beynəlxalq festivallarda bir çox uğurlara imza atıb. Kollektiv Ankarada keçirilən "IV ETHOS" Ankara Beynəlxalq teatr
festivalında O.Henrinin
"Allahın bəlası" tamaşası ilə iştirak edib. "Əyləncəli
oyunlar" və
"Allahın bəlası" tamaşaları ilə İstanbul
Böyükşəhər Bələdiyyəsinin keçirdiyi XXVI
Cocuq şənliyinə də
qatılıb. Respublika günü münasibətilə Türkiyənin Ərzurum şəhərində
keçirilən festivalda "Vətən",
"Turp" nağıllarının
motivləri əsasında hazırlanmış "Gücümüz birliyimizdədir"
tamaşası nümayiş olunub. 2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq
Bakı Uşaq Teatrında teatrdaxili "Hər
aktyor bir tamaşa"
adlı tamaşalar festivalı keçirilib. Məqsəd aktyorların
peşə vərdişlərini, fərdi
ustalıqlarını və potensial
imkanlarını daha da
inkişaf etdirmək olub.
Teatr
Türkiyənin Sinop şəhərində
keçirilən II Gerze beynəlxalq teatr festivalına qatılıb. BUTA Azərbaycan
Teatr Xadimləri
İttifaqının təşkil etdiyi
"2+1" teatr
festivalında iştirak edərək
diplomlara layiq görülüb. Bakı Uşaq
Teatrının nəzdində fəaliyyət göstərən
rusdilli uşaqlardan ibarət "Günay"
teatr studiyasının kollektivi
Polşanın Kelşe şəhərində keçirilən "Avropanın istedadları"
müsabiqəsində "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə iştirak edərək
bürünc medal
qazanıb.
Əlbəttə,
teatr xüsusi qayğıya ehtiyacı olan uşaqları da unutmur. 2009-cu ildə Bakı
Uşaq Teatrının nəzdində
xüsusi qayğıya ehtiyacı olan əlil uşaqlardan ibarət
studiya da yaradılıb. Studiya respublikamızda
keçirilən əlilliyi olan uşaq və gənclərin interaktiv
tamaşalarının IV milli
festivalında, Moskvada təşkil olunan sağlamlığı məhdud olan
şəxslər üçün gənclərin
II beynəlxalq yaradıcılıq festivalında uğurla çıxış edib və diplomlarla
mükafatlandırılıb. Bakı Uşaq
Teatrının kollektivi hazırda BUTA Humanitar uşaq fondunun dəstəyi ilə audiokitablarının
hazırlanması və yayılması layihəsi üzərində
çalışır. Layihə çərçivəsində 30 Azərbaycan
nağılının audiotamaşa formatında səsləndirilməsi nəzərdə tutulub.
Maraqlı və rəngarəng proqramlarla
zəngin olan "Qalan
ömrün ilk günü", "Gücümüz
birliyimizdədir", "Şapalaqsız gün",
"Xaş-xaşın göz
yaşı", "Sehrli güzgü"
"Keçəlin toyu", "İmperator", "Vətən", "Məni
xatırlayacaqlar", "Üç
ayı balası", "Ağıllı tülkü",
"Fidan və qoğal",
"Şirek və dostları" və s. tamaşalar tamaşaçılar tərəfindən
rəğbətlə qarşılanıb. Narkomaniyaya
qarşı maarifləndirmə funksiyasını yerinə
yetirən "Həyatla oyun"
tamaşası da ali təhsil
ocaqlarında nümayiş olunub. Teatr ötən ilin
dekabrında fiziki
qüsurlu uşaqlar üçün internat-məktəblərin
şagirdləri və uşaq evlərində
məskunlaşan körpələr
üçün
Yeni il şənliyi keçirərək balaca fidanlara bayram sevinci bəxş edib.
Bakı
Uşaq Teatrının direktoru
və bədii rəhbəri İntiqam Soltan bildirdi ki, Türkiyədən yaradıcılıq
ezamiyyətindən qayıdıb. Səfərin
məqsədi Türkiyə Eksanat
teatrının rəsmi dəvəti ilə teatrın aktyorlarına ustad dərsləri
keçmək və yaxın gələcəkdə Türkiyənin
Eksanat və Bakı Uşaq
teatrının birgə
planlaşdırdıqları
maraqlı bir layihənin ilkin mərhələsinin
reallaşması olub. Direktorun qənaətinə
görə, layihənin birinci mərhələsi çox
uğurla başa çatıb. İkinci
mərhələ isə ötən
ilin əvvəlində Bakıda gerçəkləşib. Eksanat teatr mərkəzinin və Bakı Uşaq Teatrının aktyorları bir araya gələrək
Bakıda çıxış edəcəklər.
Sifai
SƏFƏROVA
Azərbaycan
müəllimi.- 2013.- 25 yanvar.- S.7.