Niderland Krallığının
Azərbaycandakı
səfiri Bakı Slavyan Universitetində olub
Bakı
Slavyan Universitetində
(BSU) "Səfir saatı"
klubunun növbəti qonağı Niderland Krallığının ölkəmizdəki
səfiri Robert Jan Qabrielse
olmuşdur.
BSU-nun mətbuat xidmətindən
AzərTAc-a bildirmişlər
ki, universitetin rəhbərliyinin, müəllim
və tələbələrinin
iştirak etdikləri
görüşü giriş
sözü ilə açan BSU-nun rektoru,
professor Asif Hacıyev
qeyd etmişdir ki, səfirin universitetə ikinci dəfə gəlməsinə
baxmayaraq, "Səfir
saat"ı klubunda
ilk dəfədir ki qonaqdır.
Səfir
Robert Jan Qabrielse BSU-da
xarici qonaqlarla görüşlərin artıq
ənənəyə çevrildiyini
və bu qonaqlar sırasına qoşulduğunun onun üçün sevindirici
hal olduğunu nəzərə çatdırmışdır. Universitetdə hər il keçirilən
"Bir günlük xəlifə" layihəsi
haqqında məlumatı
olduğunu bildirən
səfir bu layihənin onda böyük maraq oyatdığını vurğulamışdır.
Ölkələrarası əməkdaşlıqdan söz açan qonaq Niderland Krallığı ilə Azərbaycan arasında iqtisadi, siyasi, mədəni əlaqələrdən
danışmış və
bu əlaqələrin
gələcəkdə daha
da inkişaf etdiriləcəyinə əminliyini
ifadə etmişdir.
O, eyni zamanda Niderland Krallığındakı
ali təhsil
ocaqları ilə BSU arasında yeni əlaqələrin qurulması
üçün əlindən
gələni etməyə
hazır olduğunu söyləmişdir. Diplomat səfirliyin Bakıda artıq 5 ildir ki, fəaliyyət göstərdiyini və ölkəsini təmsil edən üçüncü
səfir olduğunu nəzərə çatdırmışdır.
Xalqımızın çox zəngin
mədəniyyətə malik
olduğunu, Bakının
son illər çox sürətlə inkişaf
etdiyini qeyd edən səfir Azərbaycanın bir sıra bölgələrinə
səfər etdiyini və Vətənimizə
heyran olduğunu bildirmişdir.
Görüşdə
qonaq Niderland Krallığında olmuş
BSU-nun professor və tələbələrinin
təəssüratlarını maraqla dinləmiş, sualları cavablandırmışdır.
Sonda səfir BSU-nun "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini
yazmışdır.
Azərbaycan müəllimi.-
2014.- 4 aprel.- S.2.