Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci
ildönümünə həsr olunmuş şahmat
festivalının açılışı olub
Aprelin 1-də ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr olunmuş
şahmat festivalının açılış mərasimi
keçirilib.
Təhsil Nazirliyi tərəfindən təşkil
olunmuş festivala paytaxt rayonlarını, Gəncə,
Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Lənkəran,
eləcə də digər şəhər və rayonları
təmsil edən məktəblilərdən ibarət komandalar
qatılıb. 5 gün davam edəcək yarışda
iştirak üçün 66 şəhər və rayondan 396
nəfər məktəbli qeydiyyatdan keçib. Onlardan 198 nəfəri
qızdır.
Yarış
İsveçrə
sistemi üzrə keçirilir. Hər bir
komandanın tərkibi 7-14 yaş arası 3 oğlan və 3
qız olmaqla 6 nəfərdən ibarətdir.
Açılış mərasimində
çıxış edən təhsil nazirinin müavini Ceyhun
Bayramov Təhsil Nazirliyi tərəfindən hər il Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin anadan
olmasının ildönümünə həsr olunmuş bir
çox tədbirlərin, o cümlədən ənənəvi
olaraq, məktəblilər arasında respublika şahmat
yarışının keçirildiyini bildirib.
Ölkə Prezidentinin müvafiq sərəncamı ilə
təsdiq edilmiş "2009-2014-cü illərdə Azərbaycanda
şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramı" ölkəmizdə bu qədim idman
növünün kütləviliyinin təmin olunması,
şahmat müəssisələri şəbəkəsinin
genişləndirilməsi və onların maddi-texniki
bazasının gücləndirilməsi, bu sahədə
yüksək peşəkarlıq səviyyəsinə malik
mütəxəssis korpusunun formalaşdırılması,
beynəlxalq aləmdə Azərbaycanın şahmat ölkəsi
kimi nüfuzunun artırılması baxımından
böyük imkanlar açıb.
Məlumat üçün qeyd edək ki, hazırda Təhsil
Nazirliyinin tabeliyində fəaliyyət göstərən 66
uşaq-gənclər şahmat məktəbində on minlərlə
məktəbli bu intellektual oyunun sirlərini öyrənir.
2013-cü ildə uşaq-gənclər şahmat məktəblərinin
yetirmələri respublika yarışlarında 41, Avropa,
dünya və beynəlxalq səviyyəli rəsmi
yarışlarda 11 qızıl, 7 gümüş, 5
bürünc olmaqla, ümumilikdə, 23 medal qazanıblar.
Ölkə üzrə 22 nəfər beynəlxalq qrossmeysterdən
15-i, 14 nəfər beynəlxalq dərəcəli idman
ustasından 7-si, beynəlxalq reytinqə malik və dünya
reytinq cədvəlinə daxil olan 100 azərbaycanlı
şahmatçıdan 79-u bilavasitə təhsil sistemində fəaliyyət
göstərən şahmat məktəblərinin yetirmələridir.
Hər il ayrı-ayrı yaş qrupları üzrə
keçirilən respublika birinciliklərində mükafata
layiq yerlərin, Avropa və dünya miqyaslı
yarışlara vəsiqələrin 80 faizdən çoxunu məhz
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən
şahmat məktəblərinin yetirmələri qazanırlar.
Şagirdlərin əqli inkişafında və
intellektual səviyyəsinin yüksəlməsində əhəmiyyətli
rolu nəzərə alınaraq, 2012-ci ildən etibarən
pilot layihə kimi hər rayon və şəhərdən
seçilmiş bir ümumtəhsil məktəbinin 2-ci siniflərində
şahmat dərslərinin tədrisinə
başlanılıb. Hazırda 500-dən çox ümumtəhsil
məktəbinin 2-ci, 3-cü və 4-cü siniflərində
şahmat fənni tədris olunur.
Azərbaycan
müəllimi.- 2014.- 4 aprel.- S.2.