Azərbaycan Dövlət İqtisad Universitetində

ötən ilin elmi-tədqiqat işlərinin yekunlarına

həsr edilmiş elmi-praktik konfrans keçirilib

 

 Aprelin 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) bu ali təhsil ocağının professor-müəllim heyətinin 2013-cü ilin elmi-tədqiqat işlərinin yekunlarına həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.

ADİU-dan AzərTAc-a bildirmişlər ki, konfransı universitetin rektoru, professor Ədalət Muradov açaraq rəhbərlik etdiyi ali məktəbin elmi fəaliyyətinin prioritet istiqamətlərini, elmi-tədqiqat işlərinin praktiki səmərəliliyini, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası kontekstində ölkə iqtisadiyyatının davamlı inkişafını və onun istiqamətlərini, müasir dövrün çağırışlarından irəli gələn problemləri və onların həlli yollarının araşdırılmasının vacibliyini vurğulamışdır.

Konfransın plenar iclasında professor Ə.Əlirzayevin "Müasir şəraitdə sosial problemlər və onların həlli mexanizminin təkmilləşdirilməsi istiqamətləri", baş müəllim T.Şirvanovanın "Avropa inteqrasiyası və İslam sivilizasiyası: dəyərlərin uzlaşdırılması problemləri", dosent Ə.Əliyevin "Sənaye potensialının statistik qiymətləndirilməsi: metodiki yanaşmanın təkmilləşdirilməsi istiqamətləri" mövzularında məruzələri dinlənilmişdir.

Konfrans işini bölmələrdə davam etdirmişdir.

 

Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.2.