Uşaqlar qayğı ilə əhatə olunurlar
SOS Uşaq kəndində kimsəsiz və valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən diqqət və qayğı onların bu
müəssisəyə qəbul olunduğu
gündən müstəqil həyata yiyələndikləri
günədək davam edir. Bu
qayğının əsas məqsədi uşaqların ailə şəraitində
böyüməsi, onların hərtərəfli inkişaf etməsi, gələcəkdə
müstəqil yaşamaq üçün
lazımi şərait yaratmaqdan ibarətdir. Müəyyən yaş
həddinə çatdıqda isə uşaqlar Gənclər Evinə
köçürülürlər.
Gənclər evi SOS uşağa
qayğı modelinin ikinci
mərhələsidir. Bu model
ailə əsaslı qayğı olmaqla
ölkədə yeganə uzunmüddətli alternativ
qayğı modelidir.
Belə ki, ilk
öncə SOS Uşaq
kəndində himayə olunan uşaqlar ikinci mərhələdə Gənclər Evinə köçür, sonra
onların yarımmüstəqil həyatı başlayır, dördüncü
mərhələdə isə uşaqlar müstəqil həyata tam hazır şəxslər kimi
cəmiyyətə inteqrasiya olunurlar.
Hazırda SOS Uşaq Kəndləri - Azərbaycan
Assosiasiyasının himayəsində iki
Gənclər Evi fəaliyyət göstərir.
Hər iki Gənclər Evi
20-21 gənc üçün nəzərdə
tutulub. Bu layihələr
Azərbaycan dövlətinin və SOS və Kinderdorf İnternational Fondunun birbaşa maliyyə dəstəyi sayəsində
reallaşır. Gənclər Evinin
avadanlıq, mebel, məişət əşyaları
ilə təmin edilməsində yerli Mobitel Nokia Şirkəti, Mc Donalds və digər
şirkətlərin dəstəyi böyükdür. Bu şirkətlərə
səyahətə aparılan gənclər orada onların fəaliyəti
haqqında informasiya alır, mobil telefonların hazırlığı prosesini görürlər.
Gənclər Evinə SOS Uşaq kəndlərində
tərbiyə almış 15 yaşdan
yuxarı, sosial yetkin
və orta təhsilini başa
vurmuş yeniyetmələr qəbul olunur. Burada
yaşadıqları müddətdə onların sənətə,
peşəyə və ya hər hansı bir ixtisasa yiyələnməsi,
əmək fəaliyyətinə başlaması və ilkin gəlir əldə etməsi üçün şərait yaradılır.
Peşəkar mütəxəssislərdən ibarət heyət
hər bir gənclə birgə fərdi inkişaf planı hazırlayır və
planın həyata keçirilməsini izləyir.
Gənclər
Evində yaşayan gənclər
hazırda müxtəlif ali və orta ixtisas təhsili müəssisələrində təhsil alır, yaxud
növbəti mərhələdə
təhsillərini davam etdirmək üçün müxtəlif kurslarda hazırlaşdırılırlar. Gənclərin maraqlarına uyğun olaraq həmçinin
əmək bazarında rəqabətə davamlı
olmaları üçün onlar ixtisasartırma kurslarına da yönəldilirlər. Gənclər
davamlı olaraq müxtəlif səpgili təlim
və seminarlarda
iştirak edir,
dövlət səviyyəli müsabiqələrə və forumlara qatılırlar. Təhsillə
yanaşı, gənclərə mənəvi, psixoloji,
hüquqi, tibbi dəstək
də göstərilir, onlara asudə vaxtlarının səmərəli təşkili və ilkin həyat
səriştələrinin əldə olunması bacarıqları
da aşılanır.
Gənclər Evinin lideri Könül Məmmədova bildirdi
ki, gənclərin asudə
vaxtlarının səmərəli təşkili, istedadlarının üzə
çıxarılması və sosial-mədəni
inkişaflarının təmin
edilməsi məqsədilə vaxtaşırı olaraq müxtəlif tədbirlər -
"Dostlarımızla bir gün", 8 mart Beynəlxalq Qadınlar Günü,
Novruz bayramı, BMT-nin
xətti ilə Ümumdünya əhali günü, Beynəlxalq ailə günü, bir gəncin
Xına şənliyi və sair tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdə
fəallıq göstərən gənclərimiz diplom və fəxri
fərmanlarla mükafatlandırılıb. Xorvatiyada
keçirilən Beynəlxalq Gənclər
şurasının bağlanış görüşündə
evin sakini Kaminina Ramina sertifikat, "Mobitel"
şirkəti tərəfindən əmək fəaliyyətinə
görə Elza Ağayeva,
Röya Məmmədova diplomla
təltif olunub.
Könül Məmmədova
qeyd etdi ki, qızlarımız "Asiman"
rəqs qrupuna qatılaraq rəngarəng çıxışları ilə
milli və dünya
xalqlarının rəqslərini ifa edirlər. "Beynəlxalq ailə günü" münasibətilə "Park bulvarda" təşkil
olunan tədbirdə isə gənclərin əl işlərindən
ibarət rəsm sərgisi və satış yarmarkası olub. Əldə olunan gəlir
onların gəzintisinə sərf
edilib.
Gənclər Evindən çıxdıqdan sonra da onlar
unudulmur. Yaşayış yeri olmayan, maddi
vəziyyəti çətin olan evsiz gənclərin kirayə pulu,
yemək və təhsil xərcləri ödənilir ki, bu da
onların yarımmüstəqil həyatları adlanır, həmin
məbləğ onların adına açılan hesaba köçürülür.
Sifai SƏFƏROVA
Azərbaycan müəllimi.- 2014.- 4 aprel.- S.4.