Azərbaycanlı
şagird və tələbə Vyanada
keçirilmiş Gənclər Forumunda iştirak ediblər
Təhsil Nazirliyinin dəstəyi
ilə Bakı şəhəri 189 nömrəli məktəbin
şagirdi Afət Məmmədova və Azərbaycan Dövlət
Neft Akademiyasının tələbəsi Salman Babazadə Birləşmiş
Millətlər Təşkilatının Narkotik Vasitələr
üzrə Komissiyasının Avstriyanın paytaxtı Vyanada
keçirilmiş Gənclər Forumunda iştirak ediblər.
Dünyanın 30-dan
çox ölkəsindən 60 nəfərin
qatıldığı forumun əsas məqsədi gənclərin
cəmiyyətdə narkomaniya ilə mübarizə tədbirlərinə
cəlb edilməsindən və bu sahədə fikir mübadiləsi
aparmaqdan ibarət olub.
Azərbaycan gəncləri
forum çərçivəsində keçirilən qrup
müzakirələrində öz təkliflərini səsləndiriblər.
Narkomaniya ilə mübarizədə təbliğat vasitələrindən
səmərəli istifadə və Azərbaycanın
işğal altında olan Dağlıq Qarabağ bölgəsində
narkomaniyanın yayılması ilə bağlı tədqiqat
işlərinin aparılmasını əhatə edən təkliflər
müsbət qarşılanıb.
Tədbirdə
İsveç kraliçası Ülyahəzrət Silvia, Birləşmiş
Millətlər Təşkilatının Narkotik Vasitələr
üzrə Komissiyasının icraçı direktoru Yuri
Fedotov da iştirak ediblər.
Azərbaycan
müəllimi.- 2014.- 4 aprel.- S.4.